» » Boşanmalar uşaq taleyində çox mənfi rol oynayır (I yazı)

Boşanmalar uşaq taleyində çox mənfi rol oynayır (I yazı)

 

Boşanmalar uşaq taleyində çox mənfi rol oynayır (I yazı)

Uşaq həyata gəldiyi andan etibarən valideynlər onlarla maraqlanar, onların qidalanmasını, təmiz və rahat boy atmalarını təmin edərlər. Ata-analar uşaqların ən güvəndikləri və bağlandıqları kəslər olurlar, uşaqlar onlarsız bir həyatı düşünə bilmirlər. Təsadüf elə gətirsə ki, onlar boşanmaya qərar versələr və ya hansısa biri evi tərk etsə, uşaqlar böyük bir şok və acı yaşayırlar, bu, onlar üçün qorxunc bir fəlakətdir. Uşaqların güvən duyğuları dərindən sarsılır, kəskin stress pozuqluqları müşahidə olunur.
Boşanma uşaqlara hansı  səbəblərdən  təsir edir?

Uşaqlar anlaqlıoldu-olmadı,  dərk edə bildi-bilmədi,  fərqi yoxdur, əsas olan budur ki, həyata göz aşdıqları andan etibarən onlarla maraqlanan, baxan ana-ataları vardır. Uşaqlar ana-ataya bağlanarlar, bu da onları sağlam bir şəkildə inkişaf etdirib, kamilləşdirir. Uşaqlar, sevgi, güvən, qürur, sədaqət kimi duyğuları valideynləri ilə sevgi və güvən dolu əlaqələrindən, birlikdə yaşanan ailə mühitindən öyrənirlər. Ana-atanın birlikdə yaratdığı mühit onların ən etibarlı ünsiyyət mühitlədidir, onlar bu mühitin sonsuzadək pozulmayacağına inanırlar. Amma boşanma baş verərsə, yəni ana-atadan hər hansı biri evdən gedincə, bir anda uşaqlarındünyaları alt-üst olar. Belə ayrılıqdan sonra onlar bir daha ana-ata olmasının ola biləcəyinə inanmır, bilinməyən bir gələcəkdən qorxurlar. Boşanma vəziyyəti uşaq üçün çox sarsıdıcı, onların inkişafına mənfi təsirləri olan bir hadisədir.

Boşanma qərarı uşaqlara bildirilməlimi?

 

Boşanmalar uşaq taleyində çox mənfi rol oynayır (I yazı)  

Bəzi valideynlər uşaqlarının anlamayacağını düşünərək ayrılma qərarlarını uşaqlarına söyləməzlər. Bəzən də ayrılmağı istəyən valideyn kədərli səhnələr yaşamamaq üçün səssizcə evdən çıxar, uşaqları hər şeyi anlatmağı evdə qalan valideyinin öhdəsinə buraxar. Belə yanaşmalar nəticəsində uşaqlar ayrılığa səhv mənalar verib, məntiqsiz səbəblər uydurur, özünü rədd edilmiş hiss edirlər. Doğrusu, boşanmaya qərar verən ana-atanın aralarında danışıb razılaşaraq bu qərarlarını bir-birlərini günahlandırmadan, sakit, yumşadılmış bir şəkildə uşaqlarına bildirmələridir. Onlar bu qərarlarının uşaqlarına aid olmadığını, onları yenə sevəcəklərini, qətiliklə uşaqlarını tərk etməyəcəklərini bildirməlidirlər. Bunlar geiyə dönüş olmadığlnda vacib olanlardır. Amma ən vacibi oln secgiyə, sevgi çiçəklərinə sahib çıxmaqdır. Heç bir normal ata-ana dünyaya övlad gətirib onları yad ata-anaların, eləcə də həyatın öhdəsinə buraxmamalıdır. Heç olmasa öz balanı xoşbəxt edə bilmirsənsə, sənin qəbul etdiyin hıər bir qərar yanlış.

 

Boşanmanın uşaq üzərində buraxdığı itki  hissi nədir?

Valideynləri boşanan uşaqlar ailə nizamlarının pozulmasıyla  artıq birlikdə olduqları zaman  əldə etdikləri bəzi şeyləri itirdikləri hissinə qapılırlar. Uşaqların bu itkiləri öz başlarına doldurmaları, yəni həyatlarını mənalı davam etdirmələri çox çətindir, onlara hər zaman ana-atanın yaxın köməyi, nəfəsi, münasibəti lazımdır. Bəzən belə hallarda yaranan kədər və qorxular səbəbindən psixoloq və həkimə üz tutmaq lazım gəlir.

Uşaqlara boşanma ilə əlaqədar təsir edən başlıca düşüncələr bunlardır:
 

Boşanmalar uşaq taleyində çox mənfi rol oynayır (I yazı)

-ailənin sonsuza qədər dağılmayacağı, etibarlı nizamlarının pozulmayacağı inancının itməsi
- göz açdıqları ailədə ailə nizamlarının pozulması ilə   güvən hissini itirmələri
- ailə həyatındakı dəyişikliklərə görə nizam və vərdişlərini itirmələri 

Bu itkilər yetkinlik çağında onsuz da bəzi dəyişikliklər yaşayan və bunlarla baş-başa qalan gənclərə daha da çox təsir etməkdədir.

Boşanmadan sonra uşaqlarda görülən ortaq reaksiyalar nədir? Necə davranılmalıdır?
 

Boşanmalar uşaq taleyində çox mənfi rol oynayır (I yazı)

Ailənin dağılmasından sonra yeni nizama uyğunlaşma təmin etməkdə çətinlik çəkən uşaqlarda müxtəlif romantik reaksiyalar müşahidə olunur. Bu dövrdə ana-ataların uşaqların duyğularına həssas yanaşmalıdır. Uşaqlar duyğularını təmin edə edə bilməyincə irəlidəki,  yaşlarda depressiya, narahatlıq, şəxsiyyət problemləri, konsentrasiya pozuqluğu, təklik qorxusu kimi narahatlıqlar yaşaya bilərlər. Boşanmadan sonra uşaqlarda daha çox müşahidə olunan reaksiyalar bunlardır:

Qorxu: Boşanmadan sonra bilinməyənlərin yaratdığı qorxu bütün uşaqlarda mövcuddur. Bu, uşaqların yaşlarına, onları qorxudan mövzulara görə dəyişər. Ayrılan ana-ata uşaqlara belə hallatda anlayışlı yanaşmalı, qorxularını anlatdırıb, onların, əsla, tərk edilməyəcəklərini hiss etdirməlidir.

Hirs: Uşaqlar ana-atalarının boşanmalarına duyduqları qəzəbi davakar olmaq, yaxınlarına qışqırıb, əllərinə keçəni qırıb tökmə ilə göstərə bilərlər. Bu vəziyyətdə valideynlər vəziyyəti qəbul edilir sərhədlər içində, uşaqların qəzəblərini içlərindən çıxarmalarına heç də mane olmamalıdırlar. Bəzən uşaq hirsdən içlərinə bağlanar. Onlara da hirsi, əsəbi  sözlə tökdürtmək lazımdır.

Boşanmalar uşaq taleyində çox mənfi rol oynayır (I yazı)

 

Davamı var....

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz