» » Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır (I yazı)

Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır (I yazı)


Ailə  ülvi duyğularla sevən iki gəncin xəyallarını  gerçəkləşdirməyə  qucaq açan  və  hüquqi-mənəvi   təminat verən bir yuvadır. Amma ailə həyatı eyş-işrət demək deyil.  Ailə  ideallarınız naminə birlikdə əmək sərf etmək, birlikdə mübarizə aparmaq, xoşbəxtliyi birlikdə qurmaq deməkdir.  Amma təəssüf ki, əksər sevgilər bu gün elə başlanğıcdan sağlam təməllər üzərində qurulmur. Gənclər həyat üçün, ailə üçün kamilləşməmiş  eşqə düşürlər: Oğlanlar   gözlərinə hansısa qız xoş gəldimi, bir könüldən min könülə vurulur  bu qıza. Əvvəlcə  qızın arxasınca  məktəbə işə qədər gedir, sonra  məktəbə, işə gələndə qarşısına çıxır. Çox keçmir ki,  qızı evlərinə qədər  müşayiət edir.  Artıq   bunu sevgi olaraq qəbul edir.  Hətta istəyir ki,  onları 1-2 qonşuda görsün, bütün məhəllə bilsin ki, filənkəsin qızını şahzadəyə oxşayan bir oğlan aparıb-gətirir. Bunların hər ikisinin təsəvvürüncə, sevgi elə bu imiş. Bu isə hələ, sadəcə, xoşu gəlməkdir, tanışlıqdır. Bu münasibətdə  fəal olan ürəklər  deyil, gözlərdir.   Qız bəzənib-düzənir, gözəlliyinə bir balaca da  reklam çaları qatır. Oğlan da  ona qarşılıq verir:  bahalı telefon, qolunda 2 min dollarlıq saat və inomarka avtomobil də öz yerində. 

Sanki bunlar səyahətə çıxacaqlarmış. Əsl sevgi odur ki,  adi tanışlıqda oğlanın və qızın hansısa  xüsusiyyətləri   birini  diqqətini cəlb edir.Aralarında  rəğbət,səmimiyyət yaranır. Bu  münasibətlər getdikcə cilalanıb daha mükəmməl olunur, amma  bəzənməklə, avtomobillə yox ha: əxlaqi-mənəvi keyfiyyətlərlə.  Aralarındakı tanışlıqdan da xeyli vaxt keçib, indi bir-birlərini tamam-kamal da kəşf ediblər.Əmin olublar ki,  kiçik istisnalar ola bilər, amma  həyata  baxışları  bütünlüklə üst-üstə düşür. Bunlar  əmin ola bilirlər ki,    heç bir ehtiyat  etmədən ürəklərini bir-borlərinə  verə bilərlər, etibar edə bilərlər. Və bu  andan sevgi qaçılmaz olur.  

Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır (I yazı)

 Amma gözlərinin diqtəsi ilə qız seçənənlər, oğlan bəyənənlər  bir-birlərində də hər zaman  zahiri dəyişikliklərə qarşı həssas olurlar. Sanki bunlar  hər səyahətə çıxacaqlarmış,  hər gün bir ziyafətdə, hər gün  olacaqlarmış. Ha istədilər qol-qola şəhəri ələk-vələk etsinlər, "Tarqovı”da olsunlar,  "Aqua Park”da görünsünlər. Belə tanışlıqlar elə bir gün başladığı kimi də sona çatır və ya  bir gün də heç bərkdən-boşdan çıxmamış, evliliyin, ailə həyatının məsuliyyətinə hazır olmadan tələm-tələsik   toy edirlər, formal olaraq bəlkə də.  Təbii ki,  bir-birlərinin  xarakterik  cizgilərinə dərindən bələd  olmadan, gələcək həyatları üçün  vacib olan iradi və mənəvi keyfiyyətlərinə  dönə-dönə şahid olmadan tələm-tələsik  evlənənlər  sonra ailə həyatlarında həmişə problemlərlə  qarşılaşmalı  olurlar. Bu da hələ nədir ki, qarşılarına problem çıxanda onu həll etməyi, yoluna qoymağı bacarmırlar. Hər belə qarşılaşmada  həmin  ailələr  çox ciddi sınaq qarşısında qalmalı olurlar.  Bu problem həyatın sonu deyil, faciə deyil,  özlərində güc tapıb, qarşılıqlı etimad və güzəştlə bir-birlərinə  dəstək olub, problemi aradan qaldırmaq olar. Amma onlarda bu  məsuliyyər, cavabdehlik yoxdur. Dərhal da ağıllarına  gələn ayrılmaq, boşanmaq olur.  

Son dövrlər bu əsələ daha aktuallığı ilə özünü göstərməkdədir.  Çox böyük narahatçılıqlar var. Təxminən, 20-30 il bundan əvvəlki ailə statistikaları ilə günümüzün ailə həyatı statistikasını müqayisə etmək kifayətdir ki, problemlərin nə qədər ciddi olduğunu qəbul edəsən. Getdikcə əvvəlki zamanlara nisbətən ailə davamlılığı və keyfiyyəti  aşağı enir.

 

Dağılan ailələr in sayı ilbəil  artır. Məsələn,  mətbuatda  boşanmalala bağlı son bir neçə ilin statistikası dərc  edilib.


Həmin statistikanı sizə təqdim edirik:

2008-ci ildə Azərbaycanda qeydə alınmış rəsmi nikahların sayı 79964, boşanmaların sayı 7933
2009-cu il nikahların sayı 78072, boşanmaların sayı isə 7784 olub.
2010-cu il nikahların sayı 79172, boşanmaların sayı 9061 olub.
2011-ci il nikahların sayı 89,4 min və 10,6 min boşanma halı qeydə alınıb.
2012-ci il nikahların sayı 78 480, 11 min 182 boşanma faktı qeydə alınıb.
2013-cü il 86852 nikah bağlanıb, 11730 boşanma faktı qeydə alınıb.

Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır (I yazı)
Bu da hələ son deyil; azyaşlılar arasında izdivac problemləri özünü göstərməkdədir. Qadına qarşı zorakılıq, şiddət göstərmək halları diqqətdən qaça bilməz. Ailə üzvlərinin sayı da ciddi demoqrafik problemdir. Vaxt var idi ki, həm də o qədər uzaq vaxt deyil bu, Azərbaycan ailəsində 5-6 uşaq olanda, bu ailə azuşaqlı ailə hesab olunurdu. İndi 2 uşaqlı ailə çoxuşaqlı ailə hesab olunur (?).
Təbii ki, bunların səbəbi 1 deyil, 2 deyil. Və hər kəs öz əhatəsində mövqeyini bildirməli, problemin həllində ən azından maarifləndirici yanaşmaları ilə fayda verməlidir. Möhkəm ailə, xoşbəxt ailə cəmiyyətimizin etibarlı, xoşbəxt sabahı deməkdir. Xoşbəxt ailə bizim balalarımızın, nəvələrimizin baba-nənələrindən qəbul edəcəkləri əxlaq varisliyidir və bir də bizim bu gün çox-çox sonrakı nəticələrimiz, kötükcələrimiz, güllücələrimiz, unnicilərimizin taleyi üçün aldığımız zəmanətdir.
Bəs xoşbəxt ailə üçün nə etmək lazımdır? Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır.
İnsan, əlbəttə, xoşbəxt olmaq üçün evlənər. O yuvada insanlar xəyallarındakı xoşbəxtliyi yaşamağa çalışırlar. Hal-hazırda yaşanılan evliliklər bəs görəsən bu istəyinə nail ola bilirmi? Həqiqətənmi bütün evliliklər xoşbəxt cütlük həyatı kimi ömrün sonunadək belə qalır? Nə üçün böyük haray-həşirlə qurulan ailə çox keçmir ki, çox asanca yıxılır? Ailələr niyə dağılır? Əslində, bu sualların cavabını   boşananların evlilik müddətində deyil, evlilikdən əvvəlki keyfiyyətlərində aramaq lazımdır.  Evin təməlini-bünövrəsini necə qoysan, elə qurduğun, tikduyin binaya uyğun yuvada da yaşyacaqsan.

Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır (I yazı)

Evlililiyin əvvəlindəki bəzi səhv düşüncə qəlibləri, ömür-gün yoldaşı seçimindəki təlskənlik, "hələ bir evlənək, o zaman doğru-yanlışı anlarıq, "bir uşağı olandan sonra bütün atalar düzəlir” vəs bu kimi düşüncələr bir çox evlilikləri səadət təbəssümləri ilə deyil, göz yaşları ilə müşayiət edir.  Çünki  bu cür  insanlar  əvvəldə qeyd etdiyimiz kimi, ona sevgi elan edən şəxsi kəşf etmədən,  gələcək  həyatını onunla birlikdə yaşayamağa razılıq verib. Bütün uğursuz sevgilər  belə   təəssüflər, göz yaşları ilə müşayiət olunur, özünü yandırma, yaşadığı binanın balkonundan atılmaq, başqa kişiyə qoşulub qaçmaq və ya başqasının qadınını, nişanlısını götürüb qaçmaq və sair daha acı və utanc sonluqlarla  tamamlanır.
Ailə həyatının sədaqətindən  bəhs edənlər romantik olaraq bu ömrü durnaların sevgisinə bənzədirlər, qu quşlarının sevgisinə bənzədirlər:

İndi mən bilmişəm hər gözəldən yar olmaz,
Bir ömür durnalar qoşa uçsa, yorulmaz...

Durnalar belə yaşayırlar, həmişə isti yer gəzirlər, yəni onların yaşaması üçün zəmanət verən  ver.  Odur ki, harda isti var,  ora uçurlar...

Bəs sən...? Ömrün baharında ikən özünü nədən çovğuna, borana sürüklədin?   Amma bu, təkcə sənin  nakam  taleyin deyil. Elə bilməsinlər ki,  bu cür uğursuzluqlarda "dəniz qoynuna atılan çiçək” -  "xoşbəxt sevgisi” oğurlanan  təkcə bir qızımız  olur, yox...Oğlumuz da nakam olur.  Lap  nə qədər  bəzək-düzək versələr də,  həyatın , sevginin, xoşbəxtliyin dəyəri ilk sevgi, ilk sevgili ilə bağlıdır.

Oğlan uşağı kimi doğulmaq  kiməsə daha fərqli imtiyaz, haqq vermir. Kişi olmaq, əksinə, həmin  bioloji bir varlığa mənəvi, sosial bir mahiyyət gətirir. Belə mərtəbəyə yüksəlmiş kişi nəinki  sevdiyi və ya  sevəcəyi; tanıdığı və ya tanımadığı qadın olsun, fərqi yoxdur,  alçaldılmasını qüruruna sığışdırmaz, içində  kişi olduğu qüruru  onu  irəli itələyər ki,  sahib çıx, müdafiə et.  Nəinki   sadədil olduqlarından hansısa bir qızı aldadıb  qolları arasına alsın, sonra da çamurluğa buraxsın.

 Zaman heç nəyi cavbsız buraxmır.Biz  heç də  kiminsə cəzalanmasını istəmirik.Biz istəyirik gənclərimiz ağıllı olsun, sevgini cinsi ehtiyaclarını təmin etmək üçün bir vasitə hesab etməsinlər. Sevgi ailə həyatı qurandan sonra başlanmalıdır.  Gənclərimiz ailə həyatına baş vurandan sonra  hər gün əvvəlki gündəkindən bir ovuc  çox sevsinlər bir-birlərini.

Təəssüf ki,  bəzən valideynlər də övladları ailə həyatına tamam-kamal hazırlamırlar. Fikirləşirlər ki,  oğlu evlənmk yaşına gəlibdir, toy etmək olar. Qız ata-anası isə fikirləşir ki, nə qədər tez köçürsələr, o qədər baş salamtçılığıdır.

Universitetlərin birində maralı sorğu aparılmışdır. Tələbələrə gələcək həyat yoldaşı ilə 5 sual verilmiş və bunlardan ən əhəmiyyətli qəbul etdikləri üç suala cavab vermək imkanı verilmişdir.


Nəticələr aşağıdakı kimi olmuşdur:

Yoldaşın təhsil səviyyəsi-33%
Fiziki görünüş -20%
Sağlamlıq vəziyyəti- 20%
Yoldaşın iqtisadi vəziyyəti – 16%
Yaş fərqi - 11%

Gənclərin bu vacib məsələyə münasibətləri çox fərqli olmuşdur. Bu fərqlilikləri aşağıdakı kimi sıralamaq olar:

1. Sosial-iqtisadi fərqliliklər
2. Təhsil səviyyəsindəki fərqlilik
3. Dini və milli fərqliliklər
4. Yaş fərqlilikləri
5. Qohum evlilikləri

Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır (I yazı)

 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz