» » Ailə ittifaqını qorumaq lazımdır (III hissə-son)

Ailə ittifaqını qorumaq lazımdır (III hissə-son)

Ailə ittifaqını qorumaq lazımdır (III hissə-son)

Mən düyaya gözümü açdığım bu 60 ildə Azərbaycan qadını hər vaxt qədərincə dəyərləndirib. Bu illərdə tək-tük istisnalar nəzərə alınmazsa, qadın ailənin, ailə başçısının günəşi olmuşdur və indi də belədir. Doğrudur, tarixdən, müəyyən əsərlərdən nümunələr göstərilə bilər ki, qadınların yolunda məşəqqətlər də az olmamışdır. Bu da təbiidir. Sivilizasiyalararası fərqliliklərin olması hər zaman olmuş və olacaqdır. Hər yeni sivilizasiya ilə insan həyatında keyfiyyət dəyişiklikləri baş verir. Hər yeni gələn formasiya bir çox keyfiyyət dəyişiklikləri ilə özündən əvvəlkindən üstün olur. Bu inkişaf ictimai münasibətlərdə, şüurlarda da öz əksini tapır.
Amma yazımızın mövzusu olmadığından bunları xronika ilə verməyə ehtiyac görmürük. Oxuduqlarımızdan, gördüklərimizdən gəldiyimiz qənaət belədir ki, qadınım inkişaf yolu, səadəti cəmiyyətin inkişafı ilə mümkün olmuş, fəqət, qadın açı taleyi də elə bu inkişafla başlamışdır.
İnanın, ha keçmişi yadıma salıb, o illərdən bəri gördüyüm, haqqında eşidib-bildiyim elə bir kimsə, elə bir nəsə heç yadıma gətirə bilmirəm ki, hansısa qadın işim çoxdur, qayğılarım çoxdur, hüququm belə getdi, haqqım belə gəldi demiş olsun. O vaxt nə oğul atasıyla, nə də ki qız anasıyla ailə, sevmək, ər, qadınlıq məsələləri kimi mövzularda söhbət etməzdilər. Böyüklər, məsələn, qız evinin qohum-əqrəbası yığışb məsləhət edirdilər ki, qızlrını istəyən oğlanı niyə evləndirmək istəyirlər, vaxtı yetişibmi, əsgərliyə gedibmi, oxuyubmu və ya ailə saxlamaq üçün əlinin bir peşəsi varmı, nəsil-nəcabətində üzüqara səhifələr yoxdu ki, xəstə deyil ki və sair. Oğlan evi də bu keyfiyyətlərə üstünlük verirdilər ki, ağır oturub batman gələn ailə olsun, sağlam nəsil olsun, evcanlı olsun, ərcanlı olsun və s. O vaxt arada bir izzət-hörmət, ədəb-ərkan vardı. Ona görə də belə məsələləri ər evinə köçüncə, adətən qızın xalaları, bibiləri aydınladardı. Lap özəl söhbətləri də yengə. İndi yengə adı gələndə modern bəy də, gəlin də deyir ki, yox ey, siz arxiv adamlarısınız, bizi uşaq hesab edirsiniz? Bizə yengə lazım deyil…Ona görə də toydan 3-4 ay sonra da xarakterlərindəki fərqliliklər, uyğunsuzluqlar üzə çıxır.
Amma o vaxt yengə gəlin köçəcək qıza ər evinə gedənə kimi vaxt tapdıqca ər-ail həyatının incəlikləri, qadının bir ana, bir ev gəlini, bir xanım olması etməli olduğu hərəkətləri tamam-kamal öyrədərdi. uToy başa çatandan sonra da yengə lazım olurdu: qızın həm dostu, həm də hamisi kimi. Problemlər olurdu, onda indiki mamalar kimi əsib-coşmurdu, qoçu dəstəsi axtarıb bəyin qabğını kəsdirmirdilər, hərbə-zornba gəlmirdilər: həmin dəqiqə yengə qızın ata evinə dəvət olunur, qızın anası ilə siyasi, iqtisadi, mənəvi məsələr , yengə ilə müzakirə olunur və göndərilirdi qızın ərdə olduğu ailəyə.Yengə gedib ər evinin valideynləri ilə, qızın özü ilə danışıb, məsələni sülh məcrasına qaytarıb dönürdü geri. Bu, çox mühüm məsələ idi. İndiki gəlinlərin 80 faizi bunu anlaya bilməzlər. Ona görə də bu sarıdan problemi var. Kim deyir yoxdur və ya olmayıb , səmimi deyil. Hamıda olub, var, olacaq da. Ümumiyyətlə, həyatda hər nə məsələ varsa, ona aid problemlər birdəfəlik həll olunub nöqtə qoyulacaqsa, həyat bitdi deməkdir. Amma insqn həyatına heç vaxt nöqtə qoymaq olmz.
İnsan həyatı belə qabarma-çəkilmələrlə cilalanır. Şərt odur ki, sən doğrunu seçə bilirsən, sən yanlış olduğunda qəbul edirsən, dayan deyəndə dayanırsan və s. Bu, yaşamaq deməkdir.
Bilirsiniz nə var, hansı həyati məsələ olursa-olsun, ona doğru yanaşmasan, səbəblərini ən incəliklərinə qədər analiz edib tam üzə çıxarmasan və səbrlə, təmkinlə arşdırıb qərar çıxarmasan, bütünlüklə həll edə bilməyəcəksən. Olsa-olsa, müəyyən bir müddət üçün aradan qalxacq və bir qədər sonra başqa formada bir az da kəskin şəkildə üzə çıxacaq.

Ailə ittifaqını qorumaq lazımdır (III hissə-son)

Mən bir qədər mühafizəkaram, keçmiş ədəb-ərkanı çox bəyənirəm. Amma bu, o demək deyil ki, kiçini qadından üstün tuturam. Gözümdə ən naqis insan qadına əl qadıran, zülm edən, həqarətlə baxan canlıdır. Qadın sözünün etimologiyasını heç açmırlar, onu yalnız kişinin əks-cinsi kimi təqdim edirlər (qadına fərlilik də məhz bu səbəbdən başlayır).
Danışıq üslubunda isə qadınlar üçün dedikləri budur: "dır...dır...dır...dır". Dırdır deyirsiniz, bəs niyə əvvəlini demirsiniz: qadın əməkdar+dır, qadın fədakar+dır, qadın xilaskar+dır, qadın Ana +dır...
Bunu deməyənlər, inanın görməyənlərdir. Görənlər bilənlər deyir və deyəcək.
Ailə karyera anlayışı deyil ki, kimsə, hansısa fərdsə təkbşına öz karyerasını qursun. Ailə ortaq dəyərdir. Bunu indiyə kimi heç kim tək qurmayıb, qura bilməyəcək də. Ailə onların birgə uğuru, röyalarının, gələcək xəyallarının ifadəsidir. Ailənin, o ailədən pərvəriş tapmış balaların xoşbəxt olması üçün ata+ananın bir olması ilk şərtdir. Ər qadını boşayıb, vəzifə sahibidir, uşağı korluq çəkməyə qoymur, lap bir qədər də imkanları olduğu üçün bu "səxavəti” gen-bol edir ki, uşaq anasını aramasın və s. Ata-ana da yazıqdır, uşaq da, hərəsi bir cürə yazıq. Ümumiyyətlə, bütün ayrılma hallarınd ən ağır zərbə uşağa dəyir. Hələ "qırmızı konfet” cəlbedicidir. Bu cür zavallılar hələ o kəpənəyin, bu kəpənəyin ardıca qaçırlar xəyallarında. Amma zaman gəlib anlayanda anası da bu dünyada olmayacaq ki, gedib geç də olsa gözlərinə nisgil çökdürdüyü anasını qucaqlsın. Allah onu bağışlaya aq bəlkə də. Amma atanı bağışlamayacaq. Bu cür atakarın övlad sevgisi tam deyil, doğru deyil.Mən balalarımı, nəvələrimi sevirəmsə, həqiqi mənada sevirəmsə, onların anasını, nənəsini qorumalıyam. Çünki balalarım, nəvələrim onlarsız ürəkdən gülə bilməz.
Gənclərimiz ailə həyatına, qadına, ailə dəyərlərinə belə baxmalıdırlar. Qızlarımız sevmək hissini kitablardan, seriallardan əxz etməməlidirlər.Gənclərimiz səbirli, təmkinli olmağı bacarmalıdırlar. Sevərkən bir-birlərini tam kəşf etməlidirlər. Maddi üstünlüklərə seçim fərqləndirmələrində yer ayırmamalıdırlar.
Mən düşünürəm ki, boşanan ailələrdə ziddiyyətlər lap başlanğıcdan sevgi hissinə hazır olmamalarından qaynaqlanır: kənardan baxıb düçünürlər ki, belə tədarük görüləcək, insanlar sənə xüsusi rəğbət bəsləyəcək, təmtaraqlı şadlıq saratyı, sevdiyinlə qol-qola salona daxil olursan, hamı səni alqışlayır, şəninə xoş sözlər söylənilir, toy qurtarandan sonra da romntik istəklərində sevdiyinlə öz iqamətgahına.. Qoy olsun. Amandı dünyamızda əmin-amanlıq olsun. Bütün ana-atalar ğvladlarının toyunu edib gəlin gətirsin, nəvə görsünlər. Bu, hamımızın arzusu.Bütün balalarımızın qisməti. Bəs üstündən 2-3 il keçməmiş bu problemlər, xəyanətlər, boşanmalar nə? Bunların bir çox səbəbləri var, yazılarımızda dostlarımızla tez-tez bunları deyirik, yazırıq. Elə səbəblər var ki, cəmiyyətin özündən qaynaqlanır. Amma elə səbəblər var ki, insanlar onu cəmiyyətiz özləri də nizamlaya bilər və heç problem də yaranmazdı.
Bu gün ailə quran gənclərimiz üçün sevgi, hörmət, təvazökarlıq, güzəşt, səbir , qarşılıqlı etimad su və hava kimidir. Amma nə edəsən ki, xudpəsəndlik, yersiz inad, əsəb, hərdəmxəyallılıq, sevgisizlik kimi eybəcər təzahürlər evlilikləri yarı yolda, hətta yolun başlanğıcında boşanmaya aparmaqdadır.
Kişi və qadın öz məsuliyyətlərini bilməl və bu məsuliyyətə görə cavabdehlik daşımalıdır.

Ailə ittifaqını qorumaq lazımdır (III hissə-son)

O evdə ki, qadın haqq, hüquq davası edir, "mənim də haqqım var” deyir, bu ailədə sevən tərəfləri bir məcraya gətirmək olmaz. Elə idi ərə getməyə idin.Sənin üçün qırmızı alma göndərməmişdilər ki.. Ata evində olduğun kimi yeni mühitdə ola bilməzsən, bunu heç xəyalına da gətirməmilsən. Səbir və təmkinlə davam etməlisiniz.Əgər bu niyyədədirsinizsə, əlbəttə ki, ədalətli həlli, inşallah, alınacaq. Bİr qədər təmkinli olmaq lazımdır. Vallah səbr etsəniz düzələcək.
Siz bilməlisiniz ki, bizim ailə dəyərlərinə, əxlaq konstitusiyamıza yabançı basqıalr var. Cürbəcürə adlarla cürbəcürə aksiyalar, yarışlar, müsabiqələr keçirirlər, sosial şəbəkələr yaradırlar, internet və mobil telefonlar gecə-gündüz belə hisslər paylaşır, həyatında bir balaca ziddiyyətləri olan tərəflər həmin dəqiqə onlara tərəf meyil edirlər. Belə vəziyyətdə məntiqlə, səbirlə seçim etmək, qərar vermək olmur.
Qadınların ev qayğılarını minimuma endirmək lazımdır. Kişi işləyirsə, hər gün 6-8 saatını işləyib qayıdır evinə və sərbəst vaxtı kifayət qədər olur, həm də ilboyu. Amma qadın biçarə ilimiz 12 ay işləyir, işsə bitmir ki-bitmir.
Bu, nəzərdən qaçmamalıdır. Heç olmasa bunun müqabilində xoş sözlə onun yoröunluğunu qanından-canından çıxarmaq olar.
Lap yanında olanda gördüyü işə kömək edən kişilərə də sağ ol deyərəm. doğrudur, kişinin kişi işi, qadının qadın işi var deyiblər, amma burda sən iş görmrsən, iş görən qadındır. Sən onun sevgisinə bu cür hərəkətinlə qarşılıq verirsən. Bu, kişini alçaltmaz, əksinə ailə bağlarını bir-birinə daha bərk bağlayar.
Mən bunu həmişə demişəm, bir də deyirəm: "Azərbaycan kişisini dünyada başıuca edən səbəblərdən bir onun ailəsidir, qadınıdır. " Allah onları bir-birindən əskik etməsin. Bir yerdə balalarının toyunu etsinlər, qızlarını gəlin köçürsünlər. Mehribanlıq olsun. Birlikdə Canım -Ailəm desinlər. Bunların fərqində olmaq lazımdır. Ən azından, gözlərinə xoş bir aura ilə baxmaq, etdikləri hər şeyə gə minnətdarlıq ifadə etmək lazımdır.
Kişi-ata ailədə status olaraq başçıdır. Qadınlar da bunu qəbul edir. Ancaq ailə başçısı gərar qəbul edəndə elə gəbul etməlidir ki, ailənin bütün üzvlərinin ürəyincə olsun və hamını məmnun etsin. Əks halda, o ailədə xoşbəxtlik olmaz.

Ailə ittifaqını qorumaq lazımdır (III hissə-son)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz