» » Ailə ittifaqını qorumaq lazımdır (II hissə)

Ailə ittifaqını qorumaq lazımdır (II hissə)


Ailə ittifaqını qorumaq lazımdır (II hissə)

Azərbaycan qadınının vəziyyəti  heç zaman  bugünkü kimi  fərəhli olmayıb. İnsan cəmiyyətinin  başlanğıcından üzübəri qadınların məşğuliyyəti  əkmək-biçmək, bişirib-düşürmək, icmanı, ailəni yedirtmək, uşaq doğmaq , onları böyütmək və s. bu kimi qayğılar olmuşdur. Zaman-zaman  bəşəriyyət   irəliyə doğru inkişaf etmiş, istehsal münasibətləri, eləcə də insanların öz aralarındakı  münasibətlər də dəyişmiş,  yeni məzmun kəsb etmişdir.  Bu intibahda qadınların cəmiyyət həyatındakı yeri və rolu aydın şəkildə özünü göstərməyə başlamışdır.

Mən, şəxsən,  uşaq vaxtlarında kəndimizdə tamaşa etdiyim  toyları yaşa dolandan sonra dəfələrlə canlandırmışam. Bunların heç biri bizim kitablardan, kinolardan  bildiyimiz qarşılıqlı sevgi, romantik duyğular əsasında qurulan evliliyə şəhadət etmirdi. Müəyyən bəlli bir vaxt çatanda   evlənəsi  oğlu olan ailə bir halal süd əmmiş tapıb alırdı, yaxud qızını  mərifətli, başıaşağı(dinc), əlinin sənəti olan  bir oğlana verirdilər,  sevgi münasibətləri daha çox bundan sonra yaranırdı.  Nəinki öz kəndində,  ətraf kəndlərdə belə eşitməzdin ki, kimsə arvadını boşayıb, kimsə də ərindən ayrılıb.

O vaxt ailələr həm də çoxuşaqlı idi. Vaxtında evləndirilməyən oğul, köçürülməyən qız qaldıqca ailənin digər üzvlərinin vaxtı gəlib çatırdı və ailə maddi baxımdan   çətinlik qarşısında qalırdı. Həm də  söz-söhbət yarana  bilirdi ki, bu, niyə evlənməyib, niyə bunu alan olmayıb?

Ailə ittifaqını qorumaq lazımdır (II hissə)

 Yuxarıda qeyd etdiyimiz  evliliklər ənənəvi olaraq bir ailə şəcərəsinin davamı demək idi. Ailənin, nəslin  ağsaqqalları şəcərəni qorumaq üçün əsgərliyi çəkib  gələn, əlinin sənəti, işi olan  oğullarını  bir yaxşı ailənin qızı ilə evləndirirdilər. Sevgi bu idi.  Ana qızın, ata da oğulun zəmanəti idi.Hamı ölçülərə və arzularına uyğununu seçib tapırdı və qohumcanlı, məsuliyyətli bir ailə ittifaqı yaranırdı.

İndi  başlanğıcda  oğlan da, qız da özünü  kosmetik yolla gözəllər gözəli edə bilər, oğlan  kirayəyə Mersedes də götürə bilər, tanış olmağa gedəndə süfrənin üstündə zənginlikdən  iynə boyda boş yer qalmaz. Amma elə ki alıb gətirdin sevgisizlik və daha  nələr həyatını  heçə döndərər. Guya getdikcə insanlar mədəniləşməyə başladı, təhsillədilər və başladılar  tanış olub bir qədər romantik sevgi yaşamağa.   Deməli, onda bu sevginin məramı elə cismani yaxınlıq imiş. Toy gününə qədər onun da müəyyən  mərhələsini keçib, yarı doymuş hallarında da toy edirlər.  Ona görə də sevgi və qarşılıqlı rəğbət meyilləri  artıq öləzimiş olur.  Kimi rahat  günə çıxmaq üçün sevdi-sevmədi, istənilən imkanlı oğlana; kimi maşın, mülk sahibi olmaq üçün  imkanlı ailənin qızı ilə  toy etməyə  hər dəqiqə hazırdır. Deməli, belə ailələrin məramı sevgi və müsbət mənəvi keyfiyyətlərlə deyil,  tərəflərin cəmiyyətdəki mövqe və yerləri , sosial mənşələri, iqtisadi vəziyyətləri ilə müəyyən edilir.

 Mən də bu fikirdəyəm ki,  hər kəs sevgi adlı  nemətə sahib  olmaq istəyirsə,  ilk uğur doğru seçimdir. Hər kim doğru kəşf edə bilsə, parasını doğru tapa bilsə,  sevgi evlilik həyatından başlamalıdır.  Bu  ülfət zaval görməməlidir.

Amma bəziləri fikirləşirlər ki, evlilik   heç də həmrəylik, dostluq, sevgi mübadiləsi,  romantik yaxınlıq tərcümanı olmur,əksinə,  dedi-qodu, laqeydlik və etibarızlıqla  müşüayiət olunur.  Hətta, qarşıdurmalara və boşanmala da gətirib çıxarırdı.

Görünür, bu cür  düşünən  adamların özünün bərabərlik analyışı və belə anlayışlara münasibəti özü tam deyilmiş. Ata-babalarımızın "sən ağa, mən ağa, onda inəkləri kim sağa” misalı təsadüfdən yaranmayıb. Söhbət heç də həqiqi mənada inək sağmaqdan getmir,  burada fikir önəmlidir, ideya önəmlidir.  Söhbət qarşılıqlı etimaddan, hörmət və həmrəylikdən gedir. Hər kəs öz borcunu yerinə yetirirsə, bu dilemmaya ehtiyac yaranmayacaq heç.

Tərəflər bu düşüncə həddinə gəlib çıxmamalıdırlar. Onda da kişi də ailə və cəmiyyətdəki əsl yerini incələməyə səy edər: məgər ərin(ata)ailə qarşısındakı xidmətləri, rolu qadının rolundan azmıdır? Qadın kişi(ərinin)güvəni ilə əhatə olunmasa mövcud şərəf və ləyaqətini qoruya biləcəkmi, yox…yox…. Əgər ailənin üstündə ata(ər) haqqı olmasa, o ailədəki oğul və ya qız hansı dərəcədə şəxsiyyət olaraq formalaşacaqlr? Əgər bu kimi keyfiyyətlər önəmli deyilsə, vacib deyilsə, əhəmiyyət kəsb etmirsə, onda ata-ailə başçısı-ər nəyə lazım, onda bu evlilik nəyə lazım? Onda özümüz ailə institunu öz əllərimizlə səssiz-səmirsiz aradn götürmürükmü?

Ailə ittifaqını qorumaq lazımdır (II hissə)

Elə isə ailə cütləri nə etməli, ailə münasibətlərini necə yaşatmalıdırlar?

Mən çox sadə bir adamam, nə qəhrəmanam, nə də I Avropa Oyunlarının qalıbi. Həyatda adiləşmək qədər qorxduğum heç nə yoxdusa da, adi insan olduğum üçün çox rahatam. Allaha min şükür, ayaq üstəyəm, ağlım kəsir, gözüm görür, oxuya bilirəm, seçə bilirəm. Bu millətdən olduğuma görə demirəm, ümumilikdə dərrakə səviyyəmə görə öz xalqımızın varlığını, mədəniyyətini, əxlaqını ən üstün bilirəm. Bunu biz yaratmamışıq. Bunu bizim, sizin, hamımızın babalarımız, ağbirçək nənələrimiz yaradıb. Onları qorumalıyıq. "Konfet”ə, "qırmızı alma”ya aldanmamalıyıq? Bu yerdə bir fikrimi də bildirim. Bizim ailə münasibəbətlərimizi kökündən tərpədən də bu tam olmayan azadlıq , informasiya, telekommunikasiya sərbəstliyi oldu. Demokratiya adı qoyub dedilər ki, hər kəs sahibkar olaraq qəzet, jurnal, sayt, televiziya, radio aça bilər. Hər kəs kitab yazıb nəşr etdirə bilər.  Sonra da senzuranı aradan götürdülər və tam dərk olunmamış demokratiya payladılar. Biz demokratiya arzulamışıq, amma belə yox.

Mən də tam olaraq bu fikirdəyəm ki, getdikcə boşanma nisbətlərinin artmasında, insanların macəra həyatına can atmasında kütləvi informasiya vasitələrinin ciddi təsiri vardır.

Məni atəşə tutmadan keçən əsrin 90-cı illərindən mövcud olmuş informasiya vasitələrinin , saytların monitorinqini aparsaq, inanın, biz kütləvi informasiya vasitələrinin sovet dönəmindəki rolundan fərqli bir şey görəcəyik. Sanki bunlar sevgi mübadiləsi məkanında eşqbazlıq etməyi təşviq edir, buna sürükləyir. Nələr yazılmır burada, nələr paylaşılmır, nələr deyilmir… Boşanmanın adi bir vəziyyət olaraq qəbul edilməsinə rəvac verən nəşrlər hər gün   artıb çoxalmaqdadır.

Sovet dönəmində mən ziyalı tanıyırdım, yüksək vəzifəyə ona görə təyin etmədilər ki, subay idi. Amma  eləsi var ki, 2-3 uşaqla ailəsini dağıdır, telekanallar, kütləvi informasiya vasitələri onlardan yazır, sanki qəhrəmanlıq ediblər. Onlar camaata dərs vermək üçün müzakirələrə dəvət olunur; kliplərə çəkilir və s.. Kənardan bunları seyr edən  kimsə  sabah, nə vaxt şəxsi həyatında bir balaca   qəzəbi tutsa, çəkinmədən ayrılır. Fikirləşir ki, daha sərbəst olacağam, şimaldan vurub cənubdan çıxacağam, üstümə gözağartmalar, təhdidlər olmayacaq və s.

 

Ailə ittifaqını qorumaq lazımdır (II hissə)

Elə seriallar da oldu ki, indi də var ki, onlar bizin həyat baxışlarımızla tam ziddir, yersiz, gərəksiz, qüsurlu şəxsiyyət azadlıqlarını təşviq edir. Bizə lazım deyil bunlar. "Kurtlar vadisi" də belədir, "Möhtəşəm yüzil"i də. Bir şeyi də deyək ki, belə məqamda iqtisadi vəziyyətləri müəyyən qədər dayanıqlı olan qadınlar daha aqressiv olur, "müstəqilliyə” daha can atırlar. Təkcə qadınlar yox, qazanc mənbələri kifayət qədər olan kişilər də ətraf mühitin, televiziyanın bu cür təsirlərinə uyur, belə yaşamaq iddiasına düşür və ailə yuvasını pozarkən də heç bir qram tərəddüd etmir , boşanma ərizələrinə elə ürəklə qol çəkirlər ki.

O tərəf də, bu tərəf də belə anda hissin, emosiyanın diqtəsi ilə hökm çıxarır, qərar verirlər. Üstündən bir müddət keçəndən sonra qızmış baş, beyin soyuyur, bu dəfə artıq üz qızarır. Gəmi isə artıq bu limana qayıtmayacaq və həmin  sahillərdən çoxdan uzaqlaşmışdır. İstənilən halda, zərbə daha çox uşağa dəyir. Həm də bu acı təkcə baş verdiyi anda deyil, ana və ya ata sevgisindən məhrum edilmiş uşağın bütün həyatında öz izini qoyur: uşaq həyatının bütün mərhələlərində qayğıdan məhrum olur, diqqətsiz və sevgisiz qalır. Bu isə uşaqların inkişaf tempinə və keyfiyyətinə əks- təsir göstərir. Görgdüyümüz kimi, uşaqlar heç də səhnədən çıxmadılar, yaşadılar, müəyyən bir karyera da qurdular. Fəqət, mehriban bir ailədə ata ciddiyyəti, ana qayğısı ilə əhatə olunan uşaqlar həyatlarını daha məzmunlu və keyfiyətli qura bilərdilər.

Ata da çox əzizdir, ana da. Amma bur yerdə olanda bu şirinlik təbii şirinlik, yəni qatqısız şirinlik olur.

Ata uşağın anasını boşayıb yeni arvad ala da bilər, almaya da. İmkanları gen-boldursa, lap övladını korluq çəkməyə qoymaz, ürəyi nə arzulasa, yerinə yetirə bilər. Fəqət, bu, "atasız qız”, "atasız oğul” eyhamlarının, qəlblərdə açdığı göynəmələrin mində bir acısına məlhəm ola bilməz. İkiniz də günahkarsınız: nə sevginizə sahib dura bilmisiniz, nə də sevgi çiçəklərinizə - 2 gözəl balanıza.


Ailə ittifaqını qorumaq lazımdır (II hissə)

Bu yaşıma qədər  həyat səhnəsində söz-söhbətsiz ailə görmədim heç. Bunları keçən əsrin 80-cı illərinə qədərki dövr və ondan sonrakı dövrlərə, ən nəhayət bugünümüzə aid etsək, o dövrlərdə, yəni keçən əsrtin 80-ci illərinə qədər nadir halda, bir ailədəki söz-söhbət faş olardı. Hamı təmkinli idi. Hamı nəyəsə ümid edirdi və nail də olurdu. Kişi-ər qeyzlənib lap qadınına yaman söz söyləsə də, vursa da, qadın təxribata əl atmayıb, kişinin yeməyini də hazırlayıb, çayını da verib, hələ bir kişinin beli tərləyibsə, dəsmal salıb belini qurulayıb da. Amma indi əmin-amanlıq yaşanan bir ailədə həyat yoldaşı  qadınından bu diqqəti gözləyə bilməz, heç ağzını açıb danışa da bilməz.  Müasir qadln  o dəqiqə  cavabını verəcək: " Mən xəstə olanda sənuin xəbərin oldu? Sən mənim belimi quruladınmı, mən ana balası deyiləmmi ?”

O vaxt qadını söyən, döyən kişini toplum ikrahla qarşılayırdı. Üzünə deməsələr də, harda onun haqqında söhbət düşsəydi, gülünc və məsxərə hədəfi olurdu. Bunu ona görə yazdım ki,  kişi olduğum üçün öz həmcinslərimin  təərfini saxlayıram. Unutmaq olmaz ki, istər qadında, istərsə də kişidə kişisinin  qəbahət və nöqsanların olması təbiidir. Günah, qəbahət kimdə olmasından asılı olmayaraq, tərəflər təmkinli göstərməlidirlər. Ailənin, uşaqların mənafeyi naminə hər zaman mehriban və gülərüz  olmaq lazımdır. Yoldaşınızın sizin xoşunuza gəlməyən davranışları olduğu zamanda belə,  təmkinlilik göstərin, lap 10-cu dəfə. Lap bu vəziyyətdə əvvəlkindən az da sevməyin onu. Sevginizi, lütfünüzü kəsməyin. İmkan verin səhvini anlasın. Anlasın həm də onu ki, gör necəsini sevib alıb.

Ailə ittifaqını qorumaq lazımdır (II hissə)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz