» » Ailə ittifaqını qorumaq lazımdır (I hissə)

Ailə ittifaqını qorumaq lazımdır (I hissə)

Ailə ittifaqını qorumaq lazımdır (I hissə)

Son İllərdə boşanmaların sayı sürətlə artmaqdadır. Bu hal hə də hansısa bir ölkə üçün deyil, bütövlükdə dünya üçün ciddi düşünməyə, nəticəyə gələyə əsas verən bir haldır. Mən narahat oluram ki, nə vaxtsa geriyə qayıdılsın , mağara dövründəki kimi olsun, ailə qurmağa ehtiyac qaymasın, ailə institutu bu cür eybəcərliklərin fonunda öz-özünə aradan qalxsın. Kaş mən səhv fikirləşmiş olaydım. Kaş bunlar heş ağıla da gəlməyəydi.
Son dövrlr, doğrusu, bu barədə o məlumatlara, statistik rəqəmlərə rast gəldim ki, istər-istəməz belə davam edərsə, bu boşanmaların sonu haqqında düşünməyə başladım. Məsələn ABŞ-da hər 100 evlilikdən 52-si boşanmayla nəticələnir. Avropa da bu nisbətdə Amerika ilə qırabaqıra gedir: hər yüz evliliyə 50 evlilik düşür. Narahatedici fakt odur ki, bu həyat anomaliyası Türkiyədə, Azərbycanda daha fəallaşmışdır. Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatlarına görə, 2005-2011 –ci illərdə arasında evlənənlərin sayı 3 milyon 700 min olmuşdur, bu dövrdə 604 min nikah pozulmuşdur. Təkcə 2011-ci ildə Türkiyəd 120 min ailə cütlüyü boşanmağa imza atmışdır. Bu boşanmalar evliliyin ancaq beş ilinə qədərini yaşayanlar arasında olmuşdur.
Azərbaycanda da bir ömrü sona kimi uçmağı bacarmayan durnaların sayı ciddi narahatçılıq doğurur. Elə bilirəm ki, 2008-ci -2013-cü illərdə nikhpozulmalarına dair statistik rəqəmlər bu narahatşılığı dəstəkləyəcəkdir:

2008-ci ildə 79 964 nikah və 7 933 boşanma;
2009-cu ildə 78 072 nikah və 7 784 boşanma;
2010-cu ildə 79 172 nikah və 9 061 boşanma;
2011-ci ildə 89,4 min nikah və 10,6 min boşanma;
2012-ci ildə 78 480 nikah və 11 min 182 boşanma;
2013-cü ildə 86 852 nikah və 11 730 boşanma rəsmi qeydə alınıb.
Fikir verdinizsə, rəqəmlər ilbəil artmaqdadır.

Ailə ittifaqını qorumaq lazımdır (I hissə)

Mən inanmıram ki, bunların əsas səbəbi xa plana keçirməyə müvədfəq maddi durumla bağlı olmuş olsun, xarakterlərin uyğun gəlməməsi ilə bağlı olsun və s digər aciz səbələr. Kişinin hüququ tapdalanmasını qəbul etmirəm, amma müəyyən qisim qadınların şiddətə məruz qaldığından boşanmaq yolu seçdiyini güman edə bilərəm. Amma bu statistik kəsimlər məni tamam bir şübhəyə salıb: əvvəldə yazımı məğzini nişan vermişdim. Mən, səbəbi getdikcə sevginin, eşqin aradan çıxması üzrə olduğunu düşünürəm. Bədən həzzi, əza rahatlığı eşqi, sevgini bütün reklam gücüylə, nəhayət ki, arxa plana keçirməyə müvəffəq olur. Mən inanmıram indi bir qız 5 il sevdiyi oğlanın yolunu gözləsin və yaxud bir oğlan qızın ali təhsili baça vuracağı qədər müddətə dözsün. Olsun ki, akselrassiya dövrünün fəsadları da bir amildir. Amma mən bunu daha çox, şəhvət hissinin sevgi hislərinin fövqünə qalxmasında görürəm. Şəhvət heç vaxt bu qədər şahə at belinə qaldırılmamışdı. Yadımdadır, keçən əsrin 70-ci illəri idi. Necə olmuşdusa əlimizə bir qəzet düşmüşdü və orada bir şəkil diqqətimizi cəlb etmişdi. Şəkildə təqdim olunan iaşə müəssisəsi "qəhvəxana” kimi təqdim edilmişdi. Rusca "kofeynya”, rürkcə "kahvehane”. Amma "qəhvəxana” nədi bilməyən biz, onu "v-b”əvəzlənməsindəki məna ilə qəbul etmişdik. Amma o ollərin bizinin bugünkü həmyaşıdları nələr bilmir. Hər şeyə rəğmən, cəsarətlə deyirəm, o yaşda sevdik, amma bugünkü bir çox gənclər kimi sevgiyə nəyə görə bu qədər can atdıqları o vaxt bizim heç ağlımıza gəlməzdi, bunu anlayacaq səviyyədə deyildik. Biz elə elə bilirdik ki, sevmək bir qıçın xoşuna gəlməkdir, sənin hansısa üstün tərəflərin olmalıdır, qız bunlrı bəyənməlidir, sonar gördüyümüz romantic filmlərdəki sevgi həyatı.. o filmlərdə sevmək vardı öpüşmək yox. O filmlərdə köksünə baş qoymaq vardı, amma indiki kimi pul verib belə səhnələrə çəkilmək yox. İntim həyat haqqınd heç anlayışımız yoxdu.Bu sferada 5-6 söz eşitmidiksə də, heç düz əməlli-başlı dərk edə bilmirdik. Heç bilmirdik ki, bunun-üçün "yatıb-durmaq” lazımmış.

Ailə ittifaqını qorumaq lazımdır (I hissə)

Çünki belə yaxınlıqlar evdə heç vaxt görmədik, belə jurnal şəkli, kino görmədik, qonşudan da gəlmədi, hardan bilməli idik?Amma getdikcə həyat sürətlə dəyişilməyə başladı.Yavaç-yavaş, cıqqa-cıqqa irsizləşdirdilər, irsizləşdik. Şəhərimiz şəhərimizin öz səviyyəsinə görə bir az belə deyək də,” mədəniyyət” irsizləşdirdi, kəndçilər də kənddən şəhərə gəlib irsizləşdilər. Sonra bulvar ədəbiyyatı, bulvar mətbuatı, bulvar incəsənəti yarandı..sonra nəzarətsiz internet texnologiyaları, diskotekalar, xaricə səyahətlər, emissarların mədəniyyət, din pərdəsi altında pozucu fəaliyyətləri və bir də gördük ki, paho, uşaqlarımızı, yeniyetmələri yaşlarını qabağlamağa hazırlamışıq. Nələr bilmir bu uşaqlar, bəzən də öz enerjilərini, fantaziyalarını sərf etmək məqamı, şraiti, sərbəstliyi tapa bilməyəndə bunun yolunu tələm-tələsik evlənməkdə gördülər. Sevginin də, ailə gözəlliyinin də mayasına heç bizim ədəb-ərkana uymayan meyillər dolmağa başladı. 1-2 il evliliyindən sonra gördülər ki, ayə bunlar xaraktercə bir-birlərini tamamlamırlar.Bir qisim gənclər də oldu ki, başqa ölkələrə getdilər, asudə-sərbəst yaşamağa ayrıldılar. Vətənə də o vaxt döndülər ki, el arasında onlar haqqında deyirlər "min oyundan çıxmış”. Bunlar da bəzən davamlı ailə həyatı qura bimirlər. Çünki fantaziyalı, enerjili vaxtlarında orda-burda əyləndilər, vətənə dönəndə isə artıq bir növ ad üşün, ailə üçün(yəni ata-ana istəyi ilə) evləndilər.Cütlər başqa-başqa ampulada oldular, heç qaynayıb-qarışa bilmədilər.

Ailə ittifaqını qorumaq lazımdır (I hissə)

Ailə bağlılıqlarının davamlılığına ciddi zərbə vuran bir amil də serillar, Qərb həyat tərzi oldu.
Qərb dünyasının filmlərində həddindən artıq sərbəstlik və sərməstlik diqqətdən qaça bilməzdi. Bəzi sadəlövh qadınlar elə bildi ki, yox ey, guya Almaniyada, İspaniyda, Tailndda və s. xanımlar belə yaşayır. İstədikləri qədər sərbəstdirlər, hara istəsələr gedə bilərlər, necə istəsələr geyinə bilərlər və sair, və ilaxır. Axı orada ailənin, qadının qarşısında bizim ailənın, bizim qadınların qarşısında duran şərəfli vəzifələr yoxdur. Biz də ailə üzvlərinin hər biri həyatlarının sonuna qədər bir-birləri qarşısında, bütövlükdə ailə qarşısında məsuliyyət daşıyırlar. Başqa sözlə, Qərb əxlaqında lə şeylər var ki, Azərbaycan əri, ailə başçısı onu qəbul etməyəcək və düz də edəcəkdir. Onlar da istəsələr bizim dəyərləri özlərində bərqərar edə bilməyəcəklər. Çünki bu, qanla gəlməlidir, urvatında olmalıdır.Belə olduqda müxtəlif formalarda bizim mənəvi dəyərlərə, zaman-zaman formalaşan ailə əxlaqına təsir etməyə başladılar.
Məsələn, son 10-15 ilə qədər heç eşitmədim ki, qadın hüquq davası etsin.Bunu ancaq C.Cabbarlının "Sevil” pyesindən bilirdim. Qərb dəyərlərini, əxlaqını gen-bol təbliğ etməyin nəticəsidir ki, yeni əsrdən qadınlardan haqq davası eşitdik.Onda belə çıxırdı ki, bizim anamızın, nənəmizin haqqı yox imiş. Guya bizdə qadına qarşı şiddət var. Mən 1976-80-ci illərdə ali təhsil almışam. Qrupumuzun 9 nəfəri oğlan, 16 nəfəri qız idi. Bütün qruplar belə idi. Şiddət, təzyiq olan yerdə ola bilərdimi belə imkan? Sadəcə, qadınlar nə qədər irəli getdilər o qədər sosiallaşdılar. Mən qadınlarıln ən yüksək səviyyədə təmsil olunmasını məmnuniyyətlə qəbul edirəm. istənilən qədər də qadınlarımız ali hakimiyyətdə uğurla təmsil olunurlar. Hamı belə ola bilməz axı.Bütün qadınlıq belə ola bilməz axı. Bəs kim ANA olmalıdır, bəs kim QADIN olmalıdır? 
Təəssüf edilən hal budur ki, ictimai fəliyyət sahəsi sadə olan, ilkun pillələrdə olan və yaxud heç işləməyən qadınlar belə qadın haqları dalğsında bir qədər nənələrimizdən qalan ailə-qadın ənənələrinə bir az yadırğadırlar, bir az asi oldular, bir az ortaya gender atdılar və sair və ilaxır. Halbuki, Azərbaycan qadını mən düyaya gözümü açdığım bu 60 ildə hər vaxt qədərincə dəyərləndirib. Bu illərdə tək-tük istisnalar nəzərə alınmazsa, qadın ailənin, ailə başçısının günəşi olmuşdur və indi də belədir. Baxmayaraq ki, yeni əsrə, yeni iqtisadi münasibətlərə keçid dövründə aşkarlıq və demokratiya ilə bir qədər çox maarifləndilər. Su belə qədərindən çox olduqda fənalıq törədir.

Ailə ittifaqını qorumaq lazımdır (I hissə)

 

Davamı var….

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz