» » Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - I yazı)

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - I yazı)

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - I yazı)

....Anamdan yeyrək qayınana!
Atamdan yeyrək qayınata !...

Hə, bunu gəlin deyib. Amma indiki gəlinlər yox, binayi-qədimdə ər yuxudan durmadan o durmuş olan, ocağı qalayan, samovarı qaynadıb "pakkaparak" süfrənin döl başına yerləşdirib qayınata və qayınanasını gözləyən, əri ata minmədən o, artıq atı yəhərləmiş olan alfatın kimi gəlinlərə deyiblər , Dədə Qorqud cəmiyyətində deyiblər... O vaxtın kişiləri tələsirmiş ki, oğulu tez böyüsün, əli çörəyə çatsın, ona toy edib gəlin gətirsin. Ev, ailə belə gəlinlə nurlanarmış, həyat gözəlləşərmiş. Ata-ana da ürəyində "oxxay" deyərmiş. Deyərmiş ki:

Dilin üçün öləyin, gəlinciciyim,
Yoluna qurban olayın, gəlinciyim!...

Ata-ana arvadı oğluna ancaq gecələr yatmağa almayıb...Belə şey yox imiş: izdivacın fizioloji tərəfləri ailə həyatının gözəgörünməyən, sondan 1-ci, 2-ci yerlərində dayanardı və bu izdivac əza həzzi, üzr istəyirəm dönə-dönə, orqazma çatmaq istəyi ilə ehtiyac duyulmurdu. Ona görə ehtiyac duyulurdu ki, nəsil davam etsin, gəlin bu ailəyə bütün incəliklər ilə bağlanmış olsun. Geriyə yol olmasın. O vaxt gəlin təsadüfən evdən getsəydi, yəni, acıq edib getsəydi, Allah etməmiş, dünyasını dəyişmiş olsaydı, həmin ailə heç vaxt təbii axarına qayıda bilməzdi. Gəlin hər ailəyə, hər nəslə belə əziz və şirin idi. Gəlin yoxdusa o həyətdə, o evdə, kimsə səhərin açılmasının, səhərlərin bir-birlərini əvəz etməsinin arzumanında olmazdı.
Keçən əsrin 60-70-ci illərində az-çox biz bunu gördük, yaşadıq. O vaxtın gəlinlərinə bu ehtiramda "gəlinbacı", "şirinbacı və ya şirin gəlin", "böyük gəlin", "kiçik gəlin" və s əzizləyici adlrla müraciət edərdilər. Evimizdə gəlin yoxdu onda: dayımın yoldaşlarına belə deyirdik. Onlar bizi danıdıranda elə sevinərdik ki. Bu sevinmək 6o yaşımda bu gün də 40-50 il bundn əvvəlki kimi qalır, davam edir.
Sonra dünya qloballaşdı, əxlaq modernləşdi, kimdi belə şeylərə əhəmiyyət verən. İndiki gəlinlər nəsə demək lazım gələndə qayınana və ya qayınatanın adını çəkmədən, üzünü onlara tutacaq və sözünü deyəcək. Olsun ki, tutaq ki, "Əhməd müəllim" deyəcək, "Əhməd bəy" deyəcək, "əmi" deyəcək, "dayı" deyəcək, "xala", "bibi" deyəcək, amma şirin bir "Ana", "Ata" deməyəcək.

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - I yazı)

Kim , hansı gəlinsə ki, gəlin göçdüyü evin böyüklərinə "Ata", "Ana" deyirsə, onun aldığı tərbiyənin, valideynlərinin qarşısında ehtirmla təzim edirəm.
Amma belə deyil, bəxtinə belə gəlinlər düşən, belə kürəkənlər düşən qayınana və qayınatalar çox azdır.
Hələ bir baxın, övlad arzulayan, min bir əziyyətlə onu böyüdüb toy edən, gəlin köçürən, gəlin gətirən ana haqqında gəlin- oğul nə deyir, nə fərqi sən onun, o da sənin anan haqqında deyir:

1. Allah anaları yaradıb, şeytan isə qayınanaları icad edib.
2. Evləndikdən sonra, sənin mənzilin teatr səhnəsinə çevriləcəkdir: qayınanan həm rejissor, həm müəllif, həm də suflyor qismində fəaliyyət göstərəcəkdir. Biletin qiymətini isə sən ödəyəcəksən.
3. Ən yaxşı qayınana bəyin toy günündə ölən qayınanadır.
4. Balığın və qayınananın qoxusu üç gündən sonra ətrafa yayılır.
5. Qayınana ilə cəllad arasında nə isə bir oxşarlıq var. Milyonlarla adam bir cəlladı görmür, halbuki hər evdə qayınana olur.
6. Üç canlı məxluqat vardır: insanlar, heyvanlar və qayınanalar.
7. İt qapır, at təpikləyir, qayınana ilan kimi sancır.
8. Arvad özü bir şəxsiyyətdir, qayınananın isə heç bir şəxsiyyəti olmur.
9. Mənimlə arvadım arasında çox sadə bir münaqişə davam edir: o öz anasını mənim anam etmək istəyir.
10. Sənin sevgilin boşqabda bir almadır, arvadın badədəki şərabdır, qayınanan isə kəskin baş ağrısıdır…və sair, və ilaxır.

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - I yazı)

Geogledə bir "qaynana” sözü yazmaq kifayətdir ki, qayınanalarımız haqqında həqiranə fikirlər, yanlış mövqe və cılız təsəvvürlər, təhqir və iftiralar çeşid-çeşid, növ-növ çıxsın qarşına. Əsl mətləbə keçməzdən əvvəl bu gün informasiya resurslarında xəbis niyyətlərin şüuraltı niyyətlərinə yönləndirilmiş saysız –hesabsız məlumatlardan birini də bu siyahıya əlavə edim:
"Rusiyada (N) bölgəsində öz qayınanasını zorlayan kürəkən cəzasını ümumi rejimli müəssisədə çəkmək şərti ilə 3 il iki ay müddətinə azadlıqdan məhrum edilib:
guya cari ilin fevralında Xvatovka qəsəbəsinin 27 yaşlı sakini içkili vəziyyətdə 47 yaşlı qayınanasına qarşı seksual xarakterli hərəkətlər edib. Bir aydan sonra isə o, sərxoş vəziyyətdə qayınanasını bıçaqla hədələyərək döyüb.”
Bu məlumatı yayımlayan informasiya mənbəyi nə demək istəyir, bizim ölkəyə aiddiyyəti olmayan belə cılız yazılar kimə lazımdır, ? Dövlətin yaratdığı informasiya texnologiyalarından pulsuz-parasız istifadə etməklə dövlətin, xalqın əxlaqını pozmağa rəvac verə biləcək yazıları nəyə lazımdır?
Çox gecikmişik, dayandırmaq lazımdır belə yazılar. Belə yazılar yolunu azmışların, təcürbəsizlərin, etdiyini anlamayanların, iki yol arasında qalıb tərəddüd edənlərin qulaqlarına xəlvəti qahmar çıxır, "təskinlik"verir. Təkcə əmələ görə deyil, niyyətə görə də məsuliyyət müəyyən edilməlidir. Qərb ölkələrində necə "azadəliklər” var, "halal-xoşları” olsun. Lazım deyil bizə şvedin-mvedin, ispanın, ingilisin, almanın, amerikanlının, kimin-kimin çılğın ehtiraslarını çılğın kiritmək sərsəmliyi. Bunları informasiya vasitələrindən yığışdırmaq lazımdır. Adi deyib keçmək olmaz. Məşhur filosof Zeydan çox haqlı idi ki, əxlaqən çoxaldığı yerdə dövlətin xərci azalır. Bu fikrin əksini götürsək, əxlaqın azaldığı yerdə isə dövlərin xərci artır.
Azad olmaq hələ xoşbəxt olmaq demək deyil. Ani olaraq nəyəsə nail olmaq, nəyisə əldə etmək hələ xoşbəxtlik deyil. Xoşbəxt olmaq düşünülmüş və sistemli şəkildə heç bir çətinliyə, təhlükələrə baxmayaraq, öz səadətini qura biməkdir. Ailəlik həyatında isə xoşbəxt olmaq qarşıya çıxan çətiliklərə qarşı birlikdə mübarizı aparıb, birgə qazanılan səadəti birgə dadmaqdır.

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - I yazı)

Pul ilə çox şey olar, amma hər şeyi etmək olmaz, məsələn, xoşbəxtliyi pulla almaq olmaz. Əksinə, kasıbçılığın gətirdiyi göz yaşlarından harınlığın gətirdiyi göz yaşları daha acı. Pul olsa-olsa, müəyyən maddi-məişət üstünlükləri yarada bilər. Amma bu, yetərlimi? Sevgi, səadət, xoşbəxtlik üçün qarşılıqlı səmimiyyət, sevgi, etimad, güzəştə gedə bilmək, birgə səylər, birgə əmək , anlaşma, bölüşmək lazımdır. Bunlar olacaqsa, bu ailənin süfrəsində ruzi ilə yanaşı, bir sevgi də olacaq. Onda halavatlıqla bu ruzini də yemək olar, bu sevgini yaşamaq olar.
Bəs necə edək ki, bu secgi könül xoşluğu ilə yaşansın. Əziz ana-atalarımıza "qayınana-qayınata" yarlığı yapışdırıb, ağzımızı köndələn qoyaq. Sərt oldusa, ədalətlidir də. Növbəti yazımızda oxuduqlarımızdan-bildiklərimizdən "qayınana-qayınata" sözlərinin etimologiyası haqqında fikirlərimizi sizinlə bölüşəcəyik. Hələliksə , əzizlərimiz, sizi bu vacib məsələyə həssas və ətraflı yanaşmaq üçün mövzu ətrafına cəm etməyə səbr etdik.
"Qayınana-qayınata" deyilən xilqət ayrıca gəlmir həyata. Onlar bizim ata-analarımızdır. Gəlinin valideynləri ərin "qayınana-qayınata"larıdır, ərin valideynləri də gəlinin "qayınana-qayınata" ları. İndi gəlin "qayınana-qayınata" adıyla ərinin ata-anasını, ər dəgəlinin valideynlərini dilə-dişə salır, hörmətsiz edirlər. Mən günahkar axtarmayacam: günahkarlar var: ər də, qadın da günahkardırlar. Valideynləri, nəsilləri qarşı-qarşıya qoyan da elə ən çox onlardır. Mühit, kənar təsirlər də var, bütünlükdə zaman özü də akselrasiyalaşıb, bir az da modernləşib dədə-baba qaydalarından uzaq düşmüşük.

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - I yazı)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz