» » Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - II yazı)

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - II yazı)



Mənim üçün bu məsələ çox aktual olub. Hələ uşaq yaşlarımdan heç nə gözümdən yayınmayıb: pis də -yaxşı da, açı da – şirin də, yadlıq da –yaxınlıq da.... Anladığımca gördüklərimi beynimə həkk etmişəm. Ancaq söhbətimiz ailə məsələlərindən olduğu üçün fikirlərimi də daha çox bu hüdudlarda ifadə edəcəyəm. Bir ailə oğula toy etməkdən gəlin gətirənədək, qız niçanlanıb ata evindən köçənəcən yaşananları birər-birər yaşmışam, incələmişəm, qoymamışam birini tam incələməmiş ötüb keçsin. Toy edən tərəflər necə sevinərmiş , Allah. Toy edib gəlinini evinə gətirəcən necə zəhmətə qatılaşarmış, özünü oda-alova yaxıb toy tədarükü edərmiş, qphum-qonşu necə elliklə toplaşıb hazırlıq görərmiş... "Əhməd hadadır?”, "Ulduz” filmlərindəki elçilik səhnələrini göz önünə gətirin.
Kənddə yaşayanda görmüşəm yeni qohum olanların münasibətlərini, gediş-gəlişlərini. Allah-Allah, elə bil ki, doömalıq, qohumluq münasibətlərinin başında QUDALIQ gəlirmiş. Yada saldıqca adam təsirə düşür...Kövrəlirsən

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - II yazı)

Bu həyatı, onun gözəl, mənalı, şirin günərini yaşayıb indiki həyatı görən adamlar üçün təəssüflənməmək olmur.
Elə bil indiki toyların, toy adət-ənənələrinin vücudunda istilikdən mehribanlıqdan, qohum-quda münasibətlərindən daha çox bir rəsmilik yağır.
Elə bil ki, bir çox oğlan tərəf yalnız qızı verənə kimi, sonra gəlin gətirənə kimi özünü qohum kimi göstərir, aldımı, gəlin gətirdimi, artıq izdivac baş tutdumu, geriyə addım başlayır. Niyə belə olmalıdır ki, niyə daha mehribanlıq əlaqələri pöhrə verməkdənsə, amirlik başlayır: o olmaz-bu olmaz, işləməyəcəksən, ata evinə ayda-ildə bir dəfə gedəcəksən və sair qadağalar. Və yaxud gəlin oölanın valideynlərini ən yaxşı halda ərinin ata-anası kimi qəbul edir, guya hörmət göstərir.

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - II yazı)

Daha bu nə evlilik oldu, daha bağlanan nikahın nə mənəvi, hüquqi mahiyyəti oldu? Yeni ailə qurmuş oğlan, fərqi yoxdur, istərsə də gəlin eyni mehribanlıqda, eyni ampulada bir-birlərinin valideynlərini qəbul etməli, ehtiram göstərməlidir. Hələ mən istərduim ki, bu, aşıq-aşkar şərtləri, gedişatı müəyyən edilməyən mötəbər bir yarıç oksun iki yeni ailə qurmuş gənclərimiz arasında: bəhsə girsinlər öz aralarında, bir-birinə demədən: kim öz qayınata və qayınanasını daha çox sevir, onların hörmətini daha çox saxlayır.
Çox müşahidə etdim gənclərimizin davranışlarını söhbətlərini. Çoxlu fərqli münasibət, yanaşma gördüm, daha çox qızlarımız tərəfindən: mən onu ərimin anası kimi qəbul edib hörmətini saxlamalıyam, qulluğunda durmalıyam. Amma o, mənim anam ola bilməz. Axı mən ona necə Ana deyim?
İstərdim hər kəs mövzuya, fikirlərə səmimi yanaşsın. Yazı qərəz daşımır. Biz istəyirik həyatımız gözəl olsun, gənclərimiz mehriban və xoşbəxt yaşasın.Bunun da bir yolu var daim artan qarşılıqlı ehtiram və sevgi. Qadınların/qızların üzərinə yaxşı mənada daha çox iş düşür.
Bilmək lazımdır ki, nə qədər ki, mövcud münasibətləri cilalamırıq, dərinləşdirmirik, ayrılıq, soyuqluq havası da bizi qarabaqara izləyir. Bir ana ana olmağa can atıb. Allah ona bu səadəti bəxş edib: oöul verib.Bu ana övladının 3-4 kq çəkisindən, 50-52 sm boyundan ta bəy stolunda oturanacan kiprikləri ilə od götürüb, zəhmət çəkib, arzularla yaşayıb, ailəsinə, balasına yaraşan səni seçib gəlin gətirib. Çıxıb heç kim toy adamlarına demir ey, oğlumu, qızımı sənə tapşırıram, amma bütün ata-analar belə düşünür. Bir ailə üçün ərə qadınından, qadına ərindən yaxın kimsə olamaz(ata-anaları heç yerdə müqayisəyə cəlb etmək olmaz). Bəs onda sən ərinin anasına niyə hər dəfə ANACAN deməyəsən?! Bəs onda niyə yoldaşının valideynlərini ata-ana kimi qəbul etməyəsən?
Qayınana, qayınata sözü ilə çoxlu mənbələrə baxdım, yaşlı adamlardan soruşdum. Bu öyrəndiklərimi sizinlə də bölüşümək lazım gəldi.
Nə deməkdir qayınata, qayınana ?

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - II yazı)

Ural-Altay mədəniyyətlərində göy qatları həyat ağacından ( qayın ağacından) bir dirək üzərinə, ya da bir qayın ağacının üzərinə kərtik lər açılmaqla təmsil edilir. Qayın ağacına verilən əhəmiyyət, türklərin qohumluq bağlarını göstərən adlarda də "qayın" sözcüyünü istifadə edilməsini şərtləndirə bilər , məsələn , "kayın”, "kayınbaba ", "kayınpeder ”, "kayınvalide ”, "kaynata ", "kaynana ".
" Qayın” sözü ərəb dilindəki "kayu/ qaim”, yəni yerinə vəkalət edən mənasını verər. Ərəblərdə idarəetmə sistemində çalışanlar , başqa sözlə, dövlət qulluqçuları "məmur” adlanır, yəni onlar "qaim-mövqe” hesab olunurlar.
Ərəbcə "qaim” yerinə keçən deməkdir, "mövqe” isə yer, mövqe mənasında , yəni məmurluq yeri, yüksək dərəcəli məmur mövqeyi.
Əlbəttə ki, əsl mövqe , ən yüksək mövqe padsahındır. Amma onun mövqeyinin yerinə keçən
mənasında işlədilən "qaim-mövqe ", başqa cürə ifadə etsək, "məmur” var. Bu mövqe padşah mövqeyi anlamına deyil, padşahın, dövlətin nüfuz göstərdiyi, nüfuz verdiyi mənsəb sahibi anlamına gəlir.
"Qaim-mövqe” ərəb dilindən osmanlıya keçmiş , daha sonra türkcəyə.
Müasir türk dilində "kayınpeder ", "kayınvalide ”, ifadələri var, "qaim” yerinə keçən - ərəb; "peder” farsca ata deməkdir.
Qayınata, yəni qaim olan ata, gerçək ata deyil, amma yeri gəldikcə əsl ataya qədər yaxın olan bir mənası vardır.
Qayınvalidə/ qayınana " uşaq doğan qadın / ana" mənasındadır.
"Validə” əski türkcədə "uşaq, kişi uşaq" mənasındakı "vələd” sözü ilə əlaqəlidir, yəni "validə/ vələd” meydana gətirən, uşaq doğan mənasındadır. Hal-hazırda türk dilində "qayınvalidə” ilə yanaşı, "qayınana” kimi də istifadə edilir.
Qayın validə/ qayınana gercek ana deyil, amma ana kimi hörmət ediləcək dərəcədə bir mövqeyə malik qohumluq mənsəbidir.
Bier sözlə, qayınata-qayınana ata - ana deyil, amma məqamında onlara bərabər tutulan, bu qədər yaxın olan şəxslərdir.
Eynilə "qayın” sözü də yenə əvvəldə qeyd etdiyimiz kimi, oxşar nümunədir:"qaim qardaş” qardaş yerinə keçən deməkdir.

Davamı var....

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz