» » Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - IIIyazı)

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - IIIyazı)

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - IIIyazı)

Nən bu yaşımda çox az ailə münasibətləri gördüm ki, əminn-amanlıqdır, yəni ailə bir dövlətdirsə, o dövlətin ərazisi hüdudlanan səmada üfüqlər sakitdir. Fərqi yoxdur qızmız haqqında deyilir bu sözlər , ya oğlumuz. Hər kəs bir nəfəri xoşbəxt etsə, necə gözəl olardı həyat. Bunun üçün sevgi xəzinəsinin üstünə zərrə qədər də olsa, hər gün sevgi əlavə etmək lazımdır. Qurulu-qoşulu, hazır şəkildə səadət yoxdur, ola bilməz də, arzulamayın da.
Arzulayın və ər evinə hələ köçməzdən əvvəl bir ailənin gəlini, bir ərin çiyinlərinə dəstək verəcək silahdaş, bir xanım olmağın incəliklərini öyrənin. Siz gender-menderlərə üz tutmayın. Qadının xoşbəxt günlərinin özülü ər evində qoyacağı guşədaşından başlanır və necə hörülürsə, sonra da o özül üzərində qurulmuş sarayda yaşamalı olur . Qızlarımız bilməlidir ki, hansı gəlin ki oğulla ana arasında soyuqluq yaradır, hansı gəlin ki ər evin qapısından girən günün səhərisi ayarılmaq istəyir, sərbəst yaşamaq istəyir, isti yerini soyuq edir. Gəlin əksinə, ailənin içərilərinə doğru getsə, qayınanası (anası) ilə işbirliyi, dilbirliyi yarada bilsə, vallah-billah, özü üçün elə öz anasına tən arxa-dayaq qaznar, dost qazanar. Ond ər də bunları dəyərləndirməyə borcludur.

Mən türk saytlarından oxuduğum və günümüz üçün nümunə ola biləcək iki hadisəni paylaşmağa ehtiyac duyuram:
1. Atatürk Təhsil və Araşdırma Xəstəxanasında 28 yaşlı iki uşaq anası Fövziyə Doğan öz böyrəyinin birini qayınanası 59 yaşlıYüksəl Doğana bağıçlamaqla onun sağlamlığa qovuşmasını təmin etmişdir.

2. Zonguldakda isə xroniki böyrək çatışmazlığı xəstəsi olan 33 yaşlı Selin Ərdəmin narahatlığı reallaşdırdığı doğumdan sonra daha da kəskinləşəndə, onun həyatda qalması üçün yeganə ümid donor böyrəyə qalır. Belə vaxtda 56 yaşlı qayınanası Ümməxan Ərdəm düşünmədən, məsləhət etmədən cərrahiyyə stoluna uzanıbmış.

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - IIIyazı)

Eşq olsun, zaman-zaman yaranıb daşlaşmış utanc bir baxışa ağılın təntənəsi ilə yeni biçim, yeni ruh gətirdilər.
Çox ibrətamiz gerçəklərdir: birində gəlin, birində qayınana. Axı niyə də olmasın.
Sən yerini biləcəksənsə, sən ərinə hörmət edəcəksənsə, sən qayıananı, qayınatanı hörmətlə qarşılayıb hörmətlə saxlayacaqsansa, o oğul pis ola bilməz. Ata-anası onun dərsin verər.
Birdəfəlik bilmək lazımdır, ana hər zaman müqəddəsdir, o evin baş Xanımıdır. İndi gəlindən tələb olunur ki, ailənin şərafətini dəyərləndirməklə, özü də bu şərafətə öz payını əlavə etsin.
Bu ana , eləcə də, gəlin, sənin anan sizi bu səviyyəyə çatdırmaq üçün çəkdiləri fiziki yükü bəlkə də əvəzləmək olar, amma ki, üstünüzdə yarpaq kimi əsən, hər səksəndiyinizdə hövlnak yerlərindən qalxan, sizə ziyanı ol bilər deyə, nəfsinə hər zaman qadağalan qoyan, üşüyərsiniz deyə yazın, yayın istisində də qalın geyinən , amma heç daralmayan mərhəmətli, möhtərəm ananın haqqı deyil gəlin qədirsizliyi, forsu, tənəsi. O cümlədən qız ata-anası da kürəkənindən bu ədaları nəinki görməməli, heç hiss etməməlidir. Kürəkən də, gəlin də hər iki tərəfin valideynləri qarşısında borclarından , ilk növbədə, ağıllı, mehriban yaşmaları ilə çıxmalııdr. Bunu bacarsalar, valideynlərə hörmər etməyi də bacaracaqlar.

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - IIIyazı)

Mən əsl gəlin o gəlinə deyərəm ki, özü ən azından 2-3 il qayınanasının yanında qalmaq istəyir. Hansı yana çevirsək, hansı yandan baxsaq, bu, gəlinlər üçün çox lazımdır, evdar , ailəcanlı ola bilmək üçün, ailə özəlliklərinin sirlərinə bələd olmaq üçün. Burada pis olan heç nə yoxdur. Əksinə büsbütün başqa mühitdən yeni mühitə düşmüş bir qız üçün ilk vaxtlar çətin olur. Burada ünsiyyət, müraciət forması belə fərqli olur. Əlbəttə ki, elə şadlıq evindən birbaşa ayrıca mülkə gedən çətin hələ uzun zaman bu ailəyə adaptasiya oluna bilməyəcək. Əgər o gəlin 2-3 il qaynana-qaunata evində qalıb bu səviyyəyə kimi gətirdiyi övlaının uşaqlarını yanında, böyür-başında görməyəcəksə, gəlini çayını-mürəbbəsini əksik etməyəcəkdisə, elə göydən 3 alma bir qədər də tez düşəydi. Ki, ana övlad dünyaya gələndən tədarük görür, özündən əvvəl bu ocaqda gəlin olmuş və onlardan yadigar qalmış qızıl-zinət əşyalarını gəlini üçün əzizləyib saxlayır.
İndi isə gəlin onu bəyənmir. Belə gəlinin nə gəlinliyi olacaq, nə analığı olacaq? Sərt oldusa da, çəkinə bilmədim.
Bunu da deyəcəyəm: əgər bu gün qayınanalar olmasa, indiki gəlinlər uşaq saxlamağı, böyütməyi bacarmazlar. Bacaran da, saxlayan da elə bacarar, elə saxlayar: çığırda -çığırda. Özü yuxuya qalar, uşaq qatbaqat gedər.
Elə isə bəs niyə onda gənclər valideynlərdən ayrı yaşamağa can atırlar, niyə özlərini həyati dayaqdan məhrum edirlər? Belə hallar da olur ki, analar gördüklərindən, eşitdiklərindən özləri belə seçim edirlər ki, əgər onlar öz əlləri-öz başları xoşbəxt, sakit yaşayacaqsa, neynək, qoy ayrı yaşasın. Amma mən heç gprmədim çadləq evindən ayrı malikanəyə köçən gənc ailə sakit-salamat yaşamaqda davam etsinlər: 3 aydan sonra görürlər ki, yox, bunlar ayrı təsərrüfat ola bilmirlər. Nə vaxt gəlirsən çirkli paltarlar yığılıb qalıb, qab-qaşıqlar qalaq-qalaq, yataq yerləri yığılmayıb və.. Hələ gəlin də və yaxud oğul da gözə birtəhər gəlirdi.
Deməli, onları birdən-birə müstəqil buraxmaq hələ tez idi. Bir müddət ata-ana yanında qalıb "relsə düşənə qədər gözləməli" idilər. Hələ çox şeyi qayınanadan
tamam-kamal öyrənmək lazım idi. Gəlin - yeni ailə münasibətləri, gəlin - qaynana münasibətləri bir məcraya yönəlməli idi. Halbuki əksər ailələrdə bu var və indi də davam edir. Tək bir ailədə deyil, ümumiyyətlə, baxşılarda bu mənfi yanaşmaya son qoymaq mlazımdır artıq. Analar əziyyət çəkib dünyaya övlad gətirir, böyüdüb ərsəyə yetirirlər və sonda üstlərinə "qayınana-qayınata" yarlığı yapışdırıb yumor, bəzən də istehza obyektinə çevirirlər.

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - IIIyazı)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz