» » Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - V yazı)

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - V yazı)

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - V yazı)

Çox istərdim ki, hər kəs toy edib gəlinini əvvəlcə ata evinə gətirsin. Yaxş olar ki, ağsaqqallarımız-ağbirçəklərimiz, tanınmış elm-mədəniyyət xadimlərimiz bununla bağlı yeri gəldikcə televiziya, qəzetlər vasitəsi ilə xalqa müraciət etsin. Qoy gəlinlərimiz 2-3 il qayınana-qayınata evində qalıb bu ailəyə, əsas da qayınanasına doğmadan-doğmaya isinişsin. Qoy oğlanlarımız ailə qurduqduqdan sonra ailəyə diqqət və qayğısını, cavabdehliyini ortaya qoysun. Valideynlər tam əmin olandan sonra ki, artıq bunlar oturuşmuş ər-arvaddırlar, bunlar ailə həyatını tamam-kamal öyrəniblər, bax, onda onlara sonsuz səmaya buraxmaq olar.
Elə gəlinlər olur ki, gəldiyi evin əxlaqında bunlar var idi, onun üçün bunlar qəribə olmayacaqdı. Elə gəlinlər də olur ki, su ki töküldü qaba içməli olur fəlsəfəsinə əsaslanıb, gələn gündən kirimişcə söz-söhbət etmədən gəldiyi evin təhər-tövrünə uyğunlaşmağa çalışır. Çətinliklə qarşılaşsa da, təki söz-söhbət olmasın, təki problem yaranmasın deyə, başını aşağı salıb əlavə söz-söhbət yaratmır.
Amma elələri də olur ki, elə gəlin gəlməmişdən yanlış öyrədirlər onu: "nəbadə özünü zəif göstərəsən, müqavimət göstərməyəsən, yoxsa axıra kimi belə olacaq və s. "

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - V yazı)

Aqressiv qayınana, mühafizəkar ailə ola bilər, amma barmaqla sayılacaq qədərdir bunlar: hansı ata-ana balasının xoş gününü istəməz? Gəlin mənim balama yaxşı baxırsa, demək, əzizimizdir, canımızdır. Biz də onu izzət-hörmətlə saxlayacağıq.
Yəqin ki, bzim yazılarımızı subay qızlar-oğlanlar da oxuyur. Biz əvvəlki yazılarımızda dedik ki, qayınana, qayınata ana-ata mənsəbində deyil, amma bu mənsəbi əvəz edəcək haqqa layiqdirlər. Bundan əndişələnbmək lazım deyil. Sən ərinin ata-anasını öz valideynlərin qədər əzizləsən, ərin də sənin valideynlərinə bu iltifatı göstərməyə borcludur. Niyə də etməyəsiniz?
Axı sabah, o birisi gün siz özünüz də qayınana-qayınata olacaqsınız. Düşünmürsünüzmü ki, insanların öz nizamından başqa həyatın, təbiətin də bir nizamı var: sərt, amma ədalətli.
Gəlin əgər bu ailənin oğlunu sevib gəlibsə, əgər bu məhəbbətin əsası saf, dəruni hislərdən nəşət edirsə, inanmıram bu gəlin qayınanasına, qayınatasına hörmət etməsin. Əgər belədirsə, mən onun ərini də sevdiyinə şübhə edərdim. Eynilə də kürəkən haqqında belə düşünərdim. Tərəflər bir-birlərinə çox sayğılı yanaşmalı, etimad və iltifat göstərməlidir. Hələ mən gəlinə təmkinli olmağı məsləhət görərdim, qarşılıq göstərmədən öz qayınata və qayınanasına ehtiram göstərsin.

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - V yazı)

Yaxından tanıdığım bir nəfər son 2-3 ilə qədər eynilə bu mövzuya yaxın adam idi. Nəhayət, o anladı ki, sərtdir, bir az da diqqətsizdir. Əlbəttə ki, başa düşdüyü üçün də böyük dəyişikliklər baş verdi. Həmin tanış mənə də bunu söyləmişdi. Demiş di ki, yoldaşıma qarşı çox diqqətsiz olmuşam. Heç bir problemimiz yoxdur. Uşaqlarım da qaydasınca yerbəyer oldular. Bu, 80-90 faiz yoldaşımın zəhməti ilə olub. Əgər mən bunu vaxtında hesaba alsa idim, bizim mövqeyimiz indikindən də yüksək olardı.
Nə yaxşı ki, anlaşma var. Amma arxada qalan illər bir də geri qayıtmyacaq. Geri qalmayacaq ki, o illərin havaslnı birlikdə udsunlar.
Bunlarla gəlinlə bağl düşündüklərimiz. Fəqət, qyınana və qayınatalar da çox məsuldurlar. Ola bilməz ki, sənin oğlun ideal olsun, gəlin isə şıltaq. Oğul hər baxımdan ideal idisə, nədən seçimdə səhv edib, gərək seçimdə də doğru qərar verəydi. Deməli, qız bir az şıltaq imişsə, oğlunuz da ondan geri qalmayıb. Oğlunuzun şıltaqlığını qəbul edirdinizsə, gəlinizin şıltaqlığını öz balanızın, qızınızın şıltaqlığı kimi qəbul etməlisiniz. Axı, o, büsbütün yeni mühitə düşüb, yeni münasibətlərlə qarşılaşıb. Sizdən tələb olunur ki, səbirlə, təmkinlə, qəlbə toxunmadan, utandırmadan problemi aradan qaldırasınız. Gəlin sevgi, diqqət görməlidir. Bu sevgi hökmən geri qayıdacaq.

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - V yazı)

Gəlin də bizim qızımız. Qızımızı verib onu əvəz edəcək, təskinlik verəcək qız balamız. Hər kişik xətadan ötrü, lap təsadüfən etdiyi xətadan ötrü onu gözüyaşlı etmək olarmı? Çlışın elə mehribançılıq yaransın ki, qısa müddətdə bu qızcığz yeni ocağa ürəkdən qaynayıb-qarışsın. Siz əsl ata-anası kimi bilsin, sevsin, ehtiram göstərsin, qulluğunuzda dursun.
Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz