» » Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - IV yazı)

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - IV yazı)

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - IV yazı)


Bu gün də Azərbaycan mühiti üçün ailə problemləri var və bu problemlər daha çox qadınlar arasında - qayınana, baldız və elti üçbucağında cərəyan edir..
Əvvəlcə qayınanalarınızın yaxşı olmasını gözləməyin, əvvəlcə özünüz yaxşı olun, sonra xoşbəxt olarsınız. Bir gəlin qayınanasının xarakterini dəyişdirmək fikrinə düşürsə, bu, baş tutmayacaq və doğru olmayacaq bir yanaşma, ən ağıllı olanı qayınanasını tanıyıb, ona doğru addımlar atmaq, sevmək və bu sevginin işığında öz sevgisini yaşamaqdır.
Qayınananızı tanıyıb, qəbul edib və ona görə addım atsanız, işiniz asan olar.
Yeni evliliklərdə bir-birlərinə gedib-gəlmək problemləri olur. Qayınana buyurur ki, nə gedin, nə də onlar gəlsin. Səni "qonaq-qonaq” oynamağa almamışıq.
Halbuki, bu ünsiyyət çox vacib. Əlbəttə, birmənalı olaraq qayınana evin Birinci xanımıdır. Belə məsələlərin qədərini və formalarını o müəyyən eməlidir. Bu cürə ünsiyyət yeni evlənənləri çox xoşbəxt edər. Bəzən qayınanalar övladları yeni evliykən çox getsə,həmişə elə alışırlar, elə istəyərlər deyə qorxurlar. Gəlinə qadağalar da buradan qaynaqlanlr. Amma bunun çox bir səmimi formasını etmək olar və gəlin də düşdüyü ailənin qayda-qanunlarına əməl etməklə elə mühüt yaranar ki, heç vaxt söhbət mövzusu olmaz. Bütün hallarda gəlin düşdüyü ailənin qayda-qanunlarıa hörmət etməlidir.
Belə hallar olur ki, bəzən analar elə fikirləşirlər ki, oğlu xanımınına qayğı, nəvaziş bəslədikdə ana qısqanır, elə bilir ki, oğulları arvadının sözünə baxıb anasını sevməkdən imtina edə bilər. Buna görə oğlu və gəlininin çox yaxşı müqavilələrində, məhəbbət etmələrindən narahat olurlar. Lakin gəlinlərin zənn etdiyi kimi ayrılsınlar da istəməzlər.

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - IV yazı)

Burada da gəlinlər təmkinli olmalı, bir çox davranışları və ya münasibətləri dəyişdirməlidir. Məsələn, onun yanında müəyyən təmas bağlılıqlarındn uzaq olmalı, girməyin, bir-birlərinə ə "eşqim, canım" kimi nəvazişli məhəbbət xitapları etməməli, qayınananın qısqanclıq damarlarını çahə qaldırmamaq lazımdır. Bəzən olur ki, hələ oturuşmamış gəlinlər ərləri hər yeni şey aldıqda , bilərəıkdən qayınanalarını çatlatmaq üçün qəsdən onun gözünün qabağında edərlər, o eşidə-eşidə kiməsə telefon edərklər. Bu cür addımlar zərərdən başqa bir şey gətirməz.
Qısqanc qayınananın yanında yoldaşınızla hər hansı məhəbbət nəvazişi etməniz ən böyük səhvdir. Əgər qayınana, doğrudan da qısqancdırsa, oğlunun sizə olan marağını azaltmaq üçün arxanızdan danışa, bu da yoldaşınıza təsir edə bilər. Odur ki, müdrik müdrik davranmaq, müdrik də yaşamaq lazımdır.
Adətən, gəlini sevməyən qayınanalar o qayınanalar olur ki, gəlin onun özünün sevmədiyi, təklif etmədiyi qız olur. Çox zaman gəlin ana tərəfinin qohumundan, ya da qonşudan seçilər, lakin bu, oğulun xoşuna gəlməz, gedib başqa bir qızla evlənmək istəyir. Deyər ki, gördünüzmü mənim dediyim qızı almadınız, bu gəlin bizi bəyənmir, bizi sevmir. Bəzən evə gələn gəlin səliqə-sahmana xüsusi önəm verər. Elə gəlinlər də olur ki, əlindən gəlməyən iş olmur, elə gözəl yeməklər bişirir ki, elə gələn qonaqları elə hörmətlə qarşılayıb, elə ləyaq-lazımayla yola salar ki, qayınana və qayınata buna xüsusi önəm verərlər.
Bəzi gəlinlər hələ gözünü tamam-kamal açmamış ərə verirlər və bu tifil də qayınana və qayınatanln gözlədiklrini doğrulda bilməzlər. Bu gəlinin də problemləri də belə başlayar.
Bütün bu xüsusiyyətlə qayınata və qayınadan böyük diqqət, həssas yanaşma tələb edir. Və bu məqamda ailə həyatı qurmuş gənclərə bir daha xatırlatma:
-Yoldaşıyla məhəbbət etmək istəyən, eşq duyğuları, sevgi yaşamaq istəyən qadın bunun üçün əvvəlcədən aidə çox isti mühit formalaşdırmağı bacarmalıdır.
Yeni evlənmək istəyən qızlar, yeni ailə qurmuş qızlar, sırğa edib qulaqlarında asmalıdırlar: anasını sevmədiyiniz oğlanla məhəbbətli bir ailə həyatı yaşamanız mümkün deyil. Amma qayınata-və qayınananızı sevsəniz, ehtiram göstərməyi bacarsanız , açdığınız qapılar, girdiyiniz ürəklər...hər şey..hər şey sizə sevgi vəd edəcək.

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - IV yazı)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz