» » Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - VI yazı)

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - VI yazı)

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - VI yazı)

Loqman gülümsəyib deyir:
-Qızım, sənə verdiyim zəhər deyildi. O otlardan hazırlanan çox gözəl cay idi.
Zəhər sənin ürəyində idi. Onu da şirin dil və mehriban xasiyyətinlə artıq çıxarmısan.
Daha heç bir probleminiz olmayacaq. Belə də davam edin.

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - VI yazı)

Bir gəlinin dilindən: "Mən qaynanamı çox sevirəm. O da məni çox sevir. Mənə ya "qızım” deyər, ya da "yavrum”, əsla, "Arzu” deməz. "Qızım”, "yavrum” deyərkən sanıram ağzından bal damlayır sanki."
Bir sevən qızın dilindən: "Mən sevdiyim oğlanın anasına "Ana” deyirəm. O da mənim anama belə müraciət edir. Çox xoşuma gəlir onun mənim anama "ana” deməsi”.
Biz mövzumuzda bu məsələyə dönə-dönə toxunmuşuq. Həqiqətən, qayınanaya-qayınataya müraciət forması da ciddi fikir ayrılığna gətirir.
Çoxları bu fikirdədirlər ki, adamın əsas ata-anası doğumla müəyyən olunur, bioloji ana-ata da onlardır, yəni səni kimi doğubsa, anan da odur. Bəziləri, hətta, dini mənbələrdən belə əsas da gətirirlər: "Onların anaları ancaq özlərini doğurmuş olanlardır."

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - VI yazı)

Yəni, bu, o deməkdir ki, yoldaşların ata və anaları, o biri tərəf üçün heç bir zaman həqiqi ata və ana olmazlar, onların yerini tutmazlar. Bu səbəblə onlara ana-ata demək ehtiram sayılsa da, "qayınana", "qayınata" müraciəti daha uyğundur. Belə düşünənlər onu əsas gətirirər ki, övladların gəlinin valideynlərinə "qayınana", "qayınata" deməsi həqiqi ata-analarında küsəyən davranış yarada bilər. Ona görə də, cütlüklərin başqa yerlərdə belə müraciətləri qəbul edilsə də, öz ana-atalarının yanında "qayınana", "qayınata" deməlidir.
Təbii ki, insanın əsl valideynləri hələ dünyaya gəlməmişdən onu arzulayan, əvvəlcə xəyallarında, sonra rəhmlərində 9 ay işıqlı həyat üçün hazırlayan "mərhəmətli, möhtərəm” analardır.
İnsan cəmiyyəti formalaşanda analar, həqiqətən, bizi bioloji olaraq yaratmışdılar. İndi insanlar bioloji varlıq olmaqla bərabər, həm də icimai varlıqlardır. Yəni bu haqq yaranmışların ən alisi olan insanlara verilib, həm də çox-çox sonradan verilib.
O vaxt insanlar arasında mövcud olan münasibətlər indiki qədər də məzmun ehtiva etmirdi.
Kimsə hörmət olaraq birinə "bala, qızım, oğlum” deyə müraciət edirsə, nəyi pisdir ki, bunun? Kimsə birinə "oğlum, qızım" deməsi heç də onun bioloji atası olmağını ehtiva etmir. Bu, bir qayğı, əzizləmə etiketidir. Halbuki, insanın ömrü boyu baş yoldaşı, uşaqlarnın anası, nəslin artırılma qayğısına etibar edilmiş bir gənc ananın qayınana və qayınatasına "ana-ata" deməsi, daha əsaslıdır, həm də bu qarşılıqlı olaraq bir-birlərinə vəfa borclarıdır, qoy gənclərimiz qarşılıqlı olaraq bir-birlərinin valideynlərinə beləcə ehtiram bəsləsinlər.
Ola bilər ki, ictimai yerdə kimsə yoldaşının anasına nəinki "ana" , heç "qayınana" da deyə bilməyəcək. Valideynlər iclasına gəlmiş gənc ana, məsələn, məktəb direktoru olan qayınanasına içlasda "qayınana! deyə bilərmi?
Əlbəttə ki, yox: adının deyəcək və adının sonuna "müəllimə”, "”xanım titullarından birini artıracaq.

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - VI yazı)

Mən adam tanıyıram ki, hər yerdə qayınata və qayınanasına böyük ehtiram ifadə edir, ata-ana kimi qəbul etdiyini ifadə edir. Amma hələ görmədim ki, şəxsən bir yerdə olanda bu adların birini desin: həmişə ümumi danışar, məqbul variantlarda "Siz” deyə bilər. Deyir ki, öz ata-anam kimi bilirəm və bu sevgini də görmüşəm. Amma neynim, bir yerdə olanda "ata”, ”ana” deməyə utanıram. Deyir ki, hətta bu qədər də olmasa, atama qarşı da belə oluram.
Adam da var ki, onlara "oğlum", "qızım" müraciətlərindənsə, "kürəkənim", "gəlinim" müraciətləri daha isti və əziz gəlir. Adətən, "oğlum", "qızım" müraciətləri atanın dilindən səslənər, "kürəkənim", "gəlinim" müraciətləri isə qayınata və qayənanaların. Maraqlı olan da budur ki, yoldaşının atasına "ata", "ana" deməyi doğru etməyən oğul-qız, öz doğma ata-anasının sözlərindən daha çox qayanatavə qayınanalarının dediyi kimi "kürən" müraciətindən daha xoşhal plurlar. Görünür, bu münasibətlərdən hələ doymayıblar, bu münasibətlər hələ adiləşməyib. Amandır, adiləşməsin də, heç doymayın da, təki mehribançılıq olsun.

Biz mehriban ailəyik!
Mehribanlıq səadətdir,
Mehribanlıq səadətdir,
Səadəti yaşadağın.
Ömrün şövqü məhəbbətdir,
Ömrün şövqü məhəbbətdir,
Məhəbbəti yaşadağın.

Üstümüzdən keçdi külək,
Üstümüzdən keçdi külək ,
Şən zarafat,şirin kələk.
Biz mehriban ailəyik,
Biz merhriban ailəyik,
Gəlin dostlar,deyək -gülək.

Hər bir evə nur yağdıran,
Hər bir evə nur yağdıran,
Mehribanlıq işığıdır.
Məhəbbətlə yanan çıraq,
Məhəbbətlə yanan çıraq,
Ürəklərdə işıqlıdır.
Ürəklərin işığıdır.

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - VI yazı)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz