» » Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - VII yazı)

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - VII yazı)

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - VII yazı)

 

Evlilik, çox ucları olan bir əlaqələr yumağı kimidir. Bu topluda yalnız ərlə olan əlaqələr deyil, eyni zamanda ailələrin digər üzvlərinin də əlaqəsi, kürəkənin və ya gəlinin baldız, qayınla, baba-nənə, xala-bibi, dayı-əmi və s. yaxınların əlaqə və münasibətləri də yer alır, həm də bu münasibətlərin hər biri bu bağlılıqda mühümdür. Digər tərəfdən, tərəflərin bir-birinin ailəsiylə olan əlaqələri kimi fərqli ölçü və baxışlar da buraya daxildir. Bütün bu əlaqələr yumağında, gəlinlərin qayınana, baldız və eltiləri ilə qarşılaşması zaman-zaman söhbət mövzusu olmaqda davam edir. Maraqlııdr ki, bütün hallarda tərəflər ancaq qadınlardır. Niyə?
Kürəkənlər bu qədər ciddi-cəhdlə meydanda olmurlar. Əksinə, kürəkən qayınanalarının qızlarının ərlərinə böyük bir rəğbətləri olar, amma ciddi problemlər olarsa, gözlər görməsin.
Artıq neçə yazıdır ki, biz bu mövzudan bəhs edirik. Problemin tarixi isə daha keçmiş zamanlardan başlayıb və indi də davam edir. Hər zaman bu mövzuda fikirlər söylənilmiş, münasibət bildirilmiş, həlli yolları göstərilmişdir. Fəqət, məsələyə nöqtə qoymaq olmur. Bəlkə də 3-5 hadisə olsa idi, təbii sayıb üstündən keçmək olardı. Amma bu məsələ lap çoxdan xarakteikləşib, ümumiləşib və gözəl həyatla bağlı düşüncələrimizi, yolumuzu haçalamaqda davam edir, hələ göz yaşları da gətirir. Bəs nə etməli?
Analar bütün hallarda daha təcrübəli və haqlıdırlar. Analar heş vaxt səhv etmirlər. Analar övladlarını xoşbəxt etmək üçün göydən hər birimiz üçün endirilmiş mələklərdir. Mələk deyəndə adamın düşüncələrində gözəl, bəxtəvər, dərdsiz-sərsiz bir incə xilqət canlanır. Amma bu yerdə çox fərqlidir: analar dünyanın ən əzabkeşi, cəfakeşidir, özü də bu, düşünülmüş şəkildə, sistemli şəkildə həyat boyu davam edir.
Lap hələ evli olmadıqlarında gəlin öz evlərində, bəy də öz ata evində analrının nə qədər
təcrübəli və ədalətli olduğunu görüblər. Bu səbəbdən qayınana gəlinə hər nə öyrədirsə, gəlin bundan əndişələnməməli, əksinə qayınanasına bir az da mehr salmalıdır. Amma gəlin qayınananın gördüyü bir işi bəyənməyib sonra özü onu edirsə, nbu, hğrmətsizlikdir və yaxud gəlin tez yatıb-gec durursa, çox açıq-saçıq geyinirsə, bunlar da , ziddiyyət yaradcaq. Birunci xanım Analarımızdır. Siz gəlin olaraq bu ölçünü qəbul etsəniz və hər işi qayınananıza məsləhətləşərək etsəniz, bir sözlə, 1-ci xanımla razılaşdıraraq etsəniz, o ana sizi gözü üstə saxlayacaq, onun oğlu da sizi belə saxlayacaq.
Və vxt gələcək ki, inşallah, siz də bir evin beləcə birinci xanımı olacaqsınız, amma özünüz birinci xanıma necə qayğı bəsləmisiniz, sizə də belə münasibət bəsləyəcəklər.
Hər bir valideyn istəyər ki, oğlu ailəcanlı olsun, oğlu-gəlini səmimi olsunlar, öz həyatlarını yaşasınlar. Qayınata-qayınanalar öz dövrləri ilə indiki dövrün fərqliliklərini görür, amma gəlin də görməlidir. Yolunu tapmaq lazımdır, gəlin öz arzu və istəklərinə evin birinci xanımının istəklərindən keçib getməlidir. Belə də qaynana da haqqının qəbuledildiyini və dəyərləndirildiyini görüb mehrini bir az artıracaq. Olsun ki, qayınanaların hansındasa, bir az aqressivlik var, bunu anlayışlı qəbul etməlisiniz. 25-30 il əvvəl ailələr vardı 10 uşaq var idi.Yazıqlqrın heç vədə sərbəst vaxtları olmurdu – hər zaman işləyirdilər. O vaxtlar pampers yox, kolyaska yox, qaz yox, paltaryuyan maşın yox.

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - VII yazı)


Ana bu qədər uşağı bəsləməli idi. Əlbəttə ki, onun əlləri, ayaq dabanları cadar-cadar olacaq idi. Amma onun gəlini çox bəzək-düzək alüdəçisi olacaqsa, işi-gücü bu olacaqsa, analar qıcıqlanacaq, əlbəttə. Bu, nümayişkaranə olmamalıdır, çox ağbədiyə olmamalıdır. Sənin qayınanan da bunları edə bilərdi, amma o, hər şeyi ailəsi, əri yolunda qurban deyib. Sən də 1 –ci bunu etməlisən. Qayınanana , nisbətən, sənin vaxtında bunlar çox asanlaşıb. Et, sonra kimsənin bilməyəcəyi , müşahidə etməyəcəyi şəkildə bəzən-düzən. Səbirli olmaq, etimad mühiti yaratmaq lazımdır. Ana istəməz ki, oğlunun yanında gəzəcək, yatağına girəcək baş yoldaşından kələm iyi gəlsin. Nə yaxşı olar ki, qayınana desin ki, ay gəlin , belə elə, elə elə.
Eləcə də, baldızınız, eltiniz varsa, onlarla da səmimi münasibətdə olun. Özünüz düz olun, sevginizi paylaşmaqda olun, anlamayacaq olsa, ola bilməz ki, bu damın altda adil olmayan kimsə olmamış olsun; o, hər şeyi yoluna qoyacaq. Ən son halda isə Allah özü sizin yolunuza işıq tutacaq.
Bir ibrətamiz hekayə də daha:

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - VII yazı)

 

- Bir qızın ailə qurmaq vaxtı yetişir. Gələn elçilərdən ürəkləri tutan bir oğlana "hə” deyirlər. Bunlar bir müddətdən sonra toy edib qızı aparırlar. Amma toydan 1-2 həftə sonra gəlinin qara günləri başlayır. Qaynanası gəlininə sıxma-boğmaya salır, gün verib işıq vermir. İş o yerə çatır ki, gəlin xəlvətcə bir loğmanın yanına gedir, həyatını loğmana danışaraq ona kömək etməsini xahiş edir. Loğman deyir ki, mən sənə necə kömək edim ki?
Gəlin deyir:
-Mənə güclü zəhər ver.
-Niyə? Neynirsən zəhəri?
-Qayınanamın yeməyinə qatıb öldürəcəyəm onu, ayrı əlacım yox, yoxsa o məni ayaqüstə öldürəcək.

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - VII yazı)


Loğman tərəddüd edir, dərin fikrə gedir. Amma nə daşınıb-düşünürsə, axırda gəlinin istədiyi zəhəri verir:
-Bax, bu yasıl otu dəmləyib çay kimi qayınanana versən, tez də öləcək.
Gəlin razılıq edib getmək istəyəndə loğman deyir:
-Ancaq sənə bir meslehətim də var. Qulaq as: Bura kənd yeridir, hamı bir-birini tanıyır və hər nə olsa o dəqiqə də hamı xəbırdar olur. Sən onu öldürsən, hamı o dəqiqə birinci səndən şübhələnəcək. Məsləhət görürəm ki, sən əvvəlcə bir müddət qayınananla aranı düzəlt, bir müddət mehriban ol, nə desə, nə tapşırsa "bəli”, "baş üstə”, "canım qayınana” de ki, zəhər verəndə də hec kim inanmasın, səndən şübhələnməsinlər.
Gəlin loğmanın məsləhətləri ilə razılaşır və zəhəri götürüb buradan uzaqlaşır.
Gəlin evlərinə döndükdən sonra hər gün səhər obaşdan durub inəkləri sağır, ilk olaraq bişirib qayınanası və qaqayınatasının qabağına gətirir. Ardınca qalxıb xəmir yoğurub çörək bişirir. Hər gün onların çarpayısını yığıişdırır, ayaqlarını yuyur. Beləliklə, gəlin-qayınana ana-bala kimi dolanırlar. Bundan sonra ərin də öz yoldaşına münasibəti yerlə-göy qədər dəyişir.

Qayınanaların nə günahı, onları düşmən obrazına çevirən elə özümüzük (Müzakirə - VII yazı)

 

Günlərin birində gəlin fikirləşir ki qayınanasına artıq loğmanınn verdiyi çayı vermək olar və o, belə də edir. Çayı loğmanın dediyi şəkildə hazırlayıb qayınanasına deyir:
-Əziz qayınana, bu, müalicəvi çaydır, iç.
Qayınanası da sevinclə: "oldu, qızım",-deyə cayi icir.   Bir müddət də keşir. Gəlin-qayınana münasibətləri o qədər  mehribanlaşır ki, artıq indi gəlin qayınanası üçün verdiyi zəhərli çaya görə   həyacan keçirməyə başlayır. Ürəyində şeytana acıqlanır ki, kaş qəlbimə girməyə qoymayaydım.  Bu narahatçılıqla  yenə  loğmanın yanına qaçır ki, "aman doktor, tez mənə zəhəri dəf edən dərman ver. Biz  qayınanamla elə mehriban olmuşuq ki, artıq  onun ölümünü istəmirəm".

Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz