» » Körpə böyüdərkən edilən bəzi ənənəvi səhvlər

Körpə böyüdərkən edilən bəzi ənənəvi səhvlər

Müəllif: Anaveusaq.az от 2-12-2016, 00:25

 

Körpə böyüdərkən edilən bəzi  ənənəvi səhvlər

1. "Hələ çox kiçik, tək yatsa, qorxar ".

Ümumiyyətlə, mütəxəssislər tərəfindən 6 aydan sonra körpə üçün otağının ayrı olması təklif edilir. Bu müddət  ən çox 2 yaşa qədər uzadıla bilər. 2 yaşından sonra yalnız onunla deyil, həm də eyni yataqda, eyni otaqda belə yatmaq doğru deyildir.

Qoyun özünə etibarlı, sağlam bir fərd olaraq yetişsin!

2. "Atan uzağa getdi…  Bu yaxınlarda  gələcək...”

Bilirik, uşağa ölümü izah etmək çətindir. Amma ölən adamın geri dönəcəyini də söyləməyin. Çünki uşaq qarşısında borclu qalmış olarsınız.  Söhbət bu məqama çatanda  onun fikrini başqa  istiqamətə yönəldin. Böyüyüncə , anlaqlı olunca izah etmək məqamı gələcək.

 

Körpə böyüdərkən edilən bəzi  ənənəvi səhvlər

3. "Çox qaz buraxır, çox süd içməsin”. Uşaqlarda 1 yaşından əvvəl inək südü istifadə edilməməlidir. Ancaq bir ildən sonra da gündəlik süd qəbulu 400 CC-i keçməməlidir. Südün içində olan "laktoza” adlı şəkər qaza yol açır. Lakin artıq bazarda laktozasız süd də satılır. Uşağınızın qaz problemi varsa, bu tip südləri içirə bilirsiniz. Amma həll yolunuz yuxarıda qeyd etdiyiniz kimi, qətiliklə süd verməmək olmamalıdır!

4. "Ayaqlarımın üstündə yelləyincə, yuxuya gedir”.

Uşağı yelləyərək yatırtmaq tibddə təklif edilmir. Ancaq xalq arasında "ayaqda yelləmə” ən çox istifadə edilən üsuldur. Uşaq yüngül tərzdə və sarsıtmayacaq şəkildə yellənsə, heç bir problemə yol açmaz, narahat olmayın.

5. "Çox duş qəbul etsə, soyuqlayar”.

Uşaqlar duş qəbul etməkdən xəstə olmaz. Yayda hər gün, qışda isə həftədə üç dəfə duş qəbul edilməsi məsləhətdir. Çünki onlar duşdan sonra daha rahat və uzun yatarlar. Ona görə onu yumaqdan çəkinməyin. İlk aylarda bir az ağlayar, amma zamanla suya alışacaqır.

 

Körpə böyüdərkən edilən bəzi  ənənəvi səhvlər

6. "Baş ülgüclə tamam qırxılarsa”

Bu inanışın tibbə aid heç bir etibarlılığı yoxdur! Ona görə də əbəs yerə  uşağınızın saçlarını ülgüclə qırxmayın. Xüsusilə qız uşaqlarının saçlarını çox qısa kəsmək, onların psixologiyaları üçün mənfi təsirləri ola bilər, onun özünə inamını azalda bilər.

7. "Pudra istiliyə uyğun gəlir”.

Pudranın istiliyklə bağlı olması səhv bir düşüncə deyil. Amma bunun üçün  toz pudralar yerinə sulu pudralar seçilməlidir. İstiliyin ən yaxşı müalicə şəkli

isə uşağı tez-tez yumaqdır.

8. "Bol-bol Günəş, bol-bol günəş vannası sümükləri gücləndirir”.

Günəş şüalarına həddindən çox məruz qalmaq sümükləri gücləndirir fikri  məntiqi cəhətdən tam olaraq da doğru deyil. Əslində isə, uşaqlarınızın zərərli şüalardan təsirlənməməsi üçün günəş şüalarının dik gəldiyi saatlarda onları çölə çıxarmayın. Günəşə çıxarkən də mütləq yüksək qoruma faktorlu günəş losyonları və kremləri sürün.

9. "Əmzik və yenə də əmziyi çox sevir”.

Əslində, əmziyi heç bir uşağa təklif etmirik. Əmzik körpədni   ana sinəsindən soyudur. "Mama”yla qidalanmaq məcburiyyətində qalan bəbəklərdə əmzik ən geci 2 yaşında buraxılmalıdır. Əmzik özü də uşağın infeksiya qazamasına yol aça bilir.

10. "Fitil (şam) qoyum, rahatlanşın”.


Diqqət!!! Həkim tövsiyəsi olmadan nə fitildən, nə də dərmandan istifadə etməyin.

Körpə böyüdərkən edilən bəzi  ənənəvi səhvlər

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz