» » Əbədi və xoşbəxt evlilik mümkünmü?

Əbədi və xoşbəxt evlilik mümkünmü?

 
Ailə nikah yolu ilə yaranan və birlikdə yaşayan şəxslərin ittifaqıdır. Cəmiyyətin təməlini meydana gətirən başlıca dayaq da elə ailədir. Ona görə də ailə üzvləri arasında mövcud olan sağlam ailə münasibətləri ailə ilə yanaşı, cəmiyyətin özü üçün də mühümdür: çünki sağlam, xoşbəxt ailə cəmiyyətin də keyfiyyətinə təsir edir.
Ailə adlı səadət dünyasının sakinləri xoşbəxt cütlüklərdir (söhbət xoşbəxt cütlüklərdən gedirsə, deməli, haqqında danışılan ailə bir səadət dünyasıdır) və onu ilk təməlindən birlikdə daş üstə bir-bir daş qoyaraq başa gətirən, sonra içinə köçən bu sakinlər, əslində, səadəti hələ qura bildikləri üçün sevinirlər.İndi qalır əsas məsələ: birlikdə qurduqları bu sədət dünyasında səadətli günlər yaşamaq. Bu isə tərəflər arasındakı ailə münasibətlərindən, bir az da irəli gedək, onların həyat və insanlıq haqqında yetkin münasibətlərdən, səbir və təmkinlərindən çox asılıdır. Bu da hələ tam deyil: kənar təsirlər, arzu olunmayan hadisə və hallar ailə ittifaqının keyfiyyətinə ciddi şəkildə təsir edə bilər. Bir neçə statistik rəqəmlərlə söhbətimizi davam etdirək.
2014-cü ildə 2013-cü illə müqayisədə nikahların sayı azalıb, boşanmaların sayı isə artıb. Ötən il Azərbaycanda 12,1 min nəfər boşanıb, 84,9 min nəfər nikah bağlayıb.

Əbədi və xoşbəxt evlilik mümkünmü?

2015-ci ilin təkcə yanvar ayında ölkədə rəsmi orqanlar tərəfindən 1,1 min boşanma halı baş verib. 2014 –cü ilin müvafiq dövründə isə bu göstərici 1,0 min olub. Göründüyü kimi, boşanmalar getdikcə artmaqdadır. Orta hesabla, Azərbaycanda hər il min ailə dağılır. Min secgi rübabı ayrılıq notları üzrə köklənir.
Narahatçılıq doğuran bir hal da ondan ibarətdir ki, belə uğursuz nikahların əksəriyyətinin müddəti çox qısadır.
Dolanışıqmı, ailə-qayınana problemlərimi, övlad dünyaya gətirə bilməməkmi, xəstəlikmi, uzunmüddətli həbsmi, qeyri-sağlam həyat tərzimi körüklədi bu ayrılıq odun? " Nə oldu mənə, nə oldu sənə....?” Bəs bu min "O” cəmi 1-2 il bundan qabaqkı "O” deyilmi?!

Əbədi və xoşbəxt evlilik mümkünmü?

Mən inanıram ki, bu uğursuz nikahlarda tək-tük də olsa, bunların hər biri səbəb ola bilər. Fəqət, ən böyük səbəb yada düşmədi, deyilmədi: sevgisizlik.
Bütün pozulan nikahların baiskarı sevgisizlikdir. Mən inanmıram ki, daxilən, mənən isti bir sevgiyə ehtiyac duyan və bu ehtiyacda nə vaxtsa öz cismindən ayrılmış parasını tapıb qovuşan, bu sevgi üçün təpədən-dırnağacan hazır olan gənclər belə tez, belə asan öz talelərinin üstündən xətt çəksinlər.
Düçünürəm ki, uğursuz nikahlar uğursuz sevgilərin sonucluğu imiş. Yəqin ki, bu min aşiqdə (əslində, 2 mindi ha bu) qurduqları ailə üçün vacib olan məhəbbətin bötövlüyünüqorumaq, ta sonadək davam etməli olacaq nikah və intim münasibətlər üçün kifayət qədər yetkin deyilmiş.
Ailə həyatı iki insanın ortaq bir həyatı olduğu üçün əbədi və xoşbəxt bir evliliyin sirri qarşılıqlı sevgidən geçir, etimad və güzəştdən keçir, yoldaşlıq və anlaşmadan keçir. Sevən tərəflər arasında bu ünsürlərin iştirak etməsi hər zaman vacibldir, zəruridir.
Sevgililər bəzən rəsmiyyəti bir tərəfə qoyub, dost olmağı da bacarmalıdırlar.

Əbədi və xoşbəxt evlilik mümkünmü?

Əgər bir sevgidə dostluq hissi lövbər salıbsa, bu evlilik əlqəsi sağlam və möhkəm təməllər üzərində qərarlaşıb. Əgər sevginizin əbədi və xoşbəxtliklə qovuşuq davam etməsini istəyirsinizsə, sevdiyinlə dost olmalı.
Həyat yollarında gğzlənilməyən, nəzərə alınmayan o qədər hallar olur ki. Bəzən ömür-gün dostuna belə yastıq yoldaşı olaraq deməyə çəkindiyin bir sözü, problemi dost güvəncində çəkinmədən aça bilirsən ona. Bəzən bəlkə də sevgili kimi digər parana deyə bilmədiyin halda, dost kimi aça bilirsən, bir-birinizi dinləyirsiniz, düşünüb-daşınıb qərara gələ bilirsiniz və s.

Əbədi və xoşbəxt evlilik mümkünmü?


Çünki problemsiz evlilik yoxdur. Bu yaşa çıxdım, görmədim belə ideallıq. Ehtiyacda yaşayanın problemindən az deyilmiş problemli zənginin həyatı. Kiminə zənginlik problem ola bilirsə, kiminə ehtiyac problem olur. Deməli, əbədi və xoşbəxt evlilik heç də sərvətlə bağlı deyildir. Ailəni sevgi nizamlayar, sevgisizlik heç edər. Buna görə də ailə quran tərəflər ailə yaxınlığına , yalnız bədənlərinin fizioloji ehtiyaclarını qanunla, qorxusuz-hürküsüz təmin etmə imkanı kimi baxmamalıdırlar. Bu, olsa-olsa, ən sonuncudur. İnsan sevərkən yalnız yatıb-durmağı fikirləşib evlənəcəksə, digər nəticələr o qədər önəmli olmayacaq.Yəni,sevgiyə-ailəyə fiziloji ehtiyacdan qərar veribsə, bütün digər ailə münasibətləri, qohumluq münasibətləri, sevgi birinciyə təslim ediləcək. Amma insan özü üçün könül həmdəminə ehtiyac duyursa, onunla birgə həyat ideallarına daha tez nail olacağna əmindirsə , bu zənginlikdə könül meyvəsinə ehtiyac da yaranır...Həm valideynlərinə ömürlərinin ixtiyar çağlarında baba-nənə haqqını yaşatmaq üçün, ən əsası da nəsil xəttini davam etdirmək üçün ailə özəlliyinin bu anına da ehtiyac duyulacaq. Onda hər şey qanunauyğun olacaq, düşünülmüş olacaq, həyat hislərə qurban verilməyəcək, əksinə hislər həyatı etibarlı və davamlı olmağa xidmət edəcək.

Əbədi və xoşbəxt evlilik mümkünmü?

Ailənin məsuliyyətini daşıyan hər iki tərəf bunu eyni cür düşünməlidir. Fərqliliklər çox az ola bilər. Amma sevgi cütləri göy qurşağındakı rəng əlvanlığına eyni zamanda və eyni dozada hakim kəsilməlidir. Ər televizoru açanda bir gözəl muğam səslənirsə və bu zaman qadın durub evi tərk edirsə, gedib mətbəxdəki televizorda digər bir kanalda tamam fərqli bir proqrama baxırsa, belə cütlüklər xoşbəxt evliliyin fərqində deyil, onlar formal olaraq nikah münasibətlərinə girmişlər.
Həyat göstərir ki, ər və qadının özlərini bir-birlərinə açmaları, bir-birlərini dinləmələri, bir-birlərinin dünyasına hər zaman baş vurmaları lazımdır. Bu problemin birlikdə həllini təmin etdiyi kimi, səmimiyyətin isti axarında özəl yaxınlığı da qaçılmaz edir. Birlikdə həll etməyə ehtiyac birlikdə zaman keçirmək və birgə olmağı təmin edir.

Əbədi və xoşbəxt evlilik mümkünmü?

Mən bu yaxınlarda hamımıızın tanıyıb ehtiram göstərdiyi, respublikanın Xalq artisti Əlibaba Məmmədov ilə bir müsahibə oxudum. Ailə, məhəbbət, sədaqət mövzusuna toxunanda Əlibaba müəllim görün nə deyir: "....mən tez evlənmişəm, 20 yaşında. Uşaqların anası rəhmətlik də məndən iki bayram balacaydı. İnanmazsız, Allah sizinkiləri saxlasın, ta uşaqlar böyüyən vaxtlaracan biz bir-birimizi o ilk gənclik şövqiylə dəlicəsinə sevmişik. Belə şey hələm-hələm olmur ha. Şükür Allah məsləhətinə, əlimdən alıb apardı. Taleyimnən heç narazı olmamışam, bu gün də yerdən-göyəcən razıyam. Amma bağışlayın məni, arvadın yerini heç kim vermir. Bax, maşallah üç qızım, bir oğlum, səkkiz nəvəm, on bir nəticəm var. Hamısı qulluğumdadı, bir kəlməm o yan-bu yan deyil. Di gəl, onu əvəzi deyil, bütün bunlar. Xüsusən də qocalanda Adam bu itkini ağır keçirir…"

Əbədi və xoşbəxt evlilik mümkünmü?

Bax, əbədi sevgi budur...Sevgiyə, sevdiyinə sədaqət budur. Gənclərimiz ailə xoşbəxtliyini xəyallarla yox, birlikdə əzaba qatlaşaraq, çətinlikləri dəf edərək gerçək mübarizələri ilə qurmalıdırlar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz