» » Uşaqlarınızı pozitiv əhvali-ruhiyyədə tərbiyə edin

Uşaqlarınızı pozitiv əhvali-ruhiyyədə tərbiyə edin

Uşaqlarınızı pozitiv əhvali-ruhiyyədə tərbiyə edin

Son illərdə meydana çıxan və uşaqların fəallığını təmin edən, onlarda özünəinam hissi yaradan, habelə qarşıya çıxan problemləri həll etmək bacarıqlarını inkişaf etdirən "Müsbət intizam" üsulunu haqlı olaraq pozitiv əhvali-ruhiyyəli, xoşbəxt və şən uşaq yetişdirmək formulu da adlandırırlar. Artıq əksər valideynər övladlarını təlim-tərbiyəsində bu üsuldan istifadə edirlər.

Mütəxəssis və psixoloqlar pozitiv əhvali-ruhiyyəli uşaq tərbiyə etmək istəyən valideynlərə aşağıdakıları tövsiyə edirlər:

"Məsuliyyət bilsinlər"

Uşaq və Gənc Psixoloji Məsləhət Mərkəzinin mütəxəssisləri mü.ahidələrinə əsasən, bu fikirdədirlər ki, bu üsulla tərbiyə olunan uşaq qarşılarına qoyulan hər hansı bir işi yerinə yetirmək üçün müəyyən gücə malik olduqlarına inanır, iş prosesində həvəsli olur, başa çatdırdıqda isə gördükləri işdən zövq alırlar. Belə məqamlarda valideynlər onları istiqamətləndirmli, işlər onların arzuladıqları kimi getdikdə isə : "Afərin, qızım (oğlum) özbaşına yuyuna bildi" şəklində dəstəkləməlidirlər. Bu, özünə fərdi qulluq istiqamətində tırbiyə edilən 5 yaşlı bir uşağı daha fəal edir, o, daha məsuliyyətli olur.

Uşaqlarınızı pozitiv əhvali-ruhiyyədə tərbiyə edin

Psixoloqlar müsbət intizam və pozitiv böyüdülən uşaqların kədərləndirici hadisələr, eləcə də qəzalı hadisələr zamanı daha konstruktiv olduğunu və mənfi hadisələrin öhdəsindən daha asanlıqla gəldiklərini izah edirlər. Onların fikrincə, bu uşaqlar pessimist olurlar, depressiyaya girmə, travma sonrası vaxtlarda psixoloji enerjilərini müdafiə məqsədi ilə sərf edərlər.

Davranış Elmləri İnstitutundan ana və atalara təkliflər ...

Uşaqlarınızı pozitiv əhvali-ruhiyyədə tərbiyə edin

- Uşaqlarınıza variant təqdim edin, seçim edəcək imkanlar yaradın.
- Problemi onun əvəzindən həll etməyin və ya həlletmə təklifləri təqdim etməyin.
- Xəta etmələrinə də fürsət verin ki, səhvlərindən nəticə çıxarda bilsinlər.
- Başqalarının duyğularını anlaya bilmələrini təmin edin.
- Müsbət yanaşma davranışdan dərhal sonra göstərilməlidir. Əvvəlcə "afərin, çox yaxşı etdin" kimi şifahi dəstək, kürəyinə toxunaraq əzizləmək, saçını oxşama kimi fiziki təmas, sonrasında həmyaşıdları ilə program, şənlik təşkil etmək, parka, kinoya aparmaq kimi mükafatlar verilməlidir.
- Uşağın müsbət davranışlarını yoldaşınıza, ailə böyüklərinə şişirtmədən söyləyin və uşağın eşitməsini təmin edin.
- Uşağa ev daxili və ev xarici məsuliyyətlər (işlər) verin.

Uşaqlarınızı pozitiv əhvali-ruhiyyədə tərbiyə edin

- Qeyd-şərtsiz sevildiyini hiss etdirin.
-Qətiyyətli davranın, dəstəkləmədiyiniz bir davranışa sonradan icazə verməyin.
- Açıq, dəqiq, aydın əmin mesajlar verin.
- Fiziki ehtiyaclarını qarşılayın.
- Təhlükəsiz bir ətraf mühit və həyat təqdim edin.
- Ona zaman ayırın.
- Qaydalar, sərhədlər qoyun.
- Haqq etmədiyi, şişirdilmiş təriflərdən qaçın.
- Qoruyucu yanaşmalarınız məhdud, diqqətdə saxlama yanaşmalarınız sərhədsiz olsun.
- Səbirli və mehriban olun!

Uşaqlarınızı pozitiv əhvali-ruhiyyədə tərbiyə edin

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz