» » Bacının qardaşa qarşı qısqanclığı

Bacının qardaşa qarşı qısqanclığı

Bacının qardaşa qarşı qısqanclığı

Qardaş qısqanclığı hər yaş dövründə rast gəlinən hadisə olsa da, məktəbəqədər dövrdə daha tez –tez müşahidə olunur.
Adətən, ailədə yeni övlad(əsasən də qardaş) dünyaya gəldikdə buna kimi doğulmuşlar narahat olurlar ki, görəsən, ata-anam məni bundan sonra da yenə əvvəlki kimi sevəcəkmi, əgər qardaşımı çox sevsələr, mən nə etməliyəm və s. Onlar bu tipli suallarla daim beyinlərini məşğul edirlər və hər vaxt arzu edirlər ki, mən əvvəlki kimi ata və anaları ilə yalnız olsunlar, uşaq tək o, ozü olsun. Belə düşüncələr heç şübhəsiz ki, qardaş qısqanclığının təməlini təşkil edir.
Qısqanclıq sevdiyimiz birinin başqası ilə daha çox maraqlandığı qənaətinə gəldikdə bəslənən mənfi münasibətdir.
Təməli etibarsızlıqdan qaynaqlanır.
Qısqanclığın səbəblərinə gəldikdə, ailədə ilk doğulan qız uşağının həmin ana qədər ona olan maraq və diqqətin indən belə qardaşına yönəldilməsindən doğan narahatlıq qısqanclığın meydana gələməsinin ilk səbəbidir. Qardaşının doğulmasınsına görə ona ayrılan zamanın azalması görə nəinki qardaşa , hətta ata- anaya qarşı olan hirslilik, inciklik kimi duyğuların inkişafına səbəb ola bilər.
Uşaq özünü tərk edilmiş, etibarsız və dəstəksiz hiss etməyə başlayır. Qısqanclıqdan rol oynayan bir başqa faktor də qardaşlar arasındakı yaş fərqidir. Aralarında yaş fərqi az olan qardaş qısqanclıqlarının tez gəlinmə tezliyinə görə , yaş fərqi çox olanlara nisbətdə bir az daha yüksəkdir. Cinsiyyətə görə də bəzi fərqliliklər yaşana bilər.

Bacının qardaşa qarşı qısqanclığı

Əlamətləri nələrdir?

Ailəsinin yeni doğilan qardaşı ilə mehribanşılığını görən uşaq həddindən artıq aqressiv davranışlar əks etdirib diqqəti üzərinə çəkməyə çalışaraq ailənin qardaşa olan marağını azaltmağa çalışır. Altına bulaşdırmaq, barmaq əmmək, dırnaq yemək kimi davranışlar səpkiləyərək valideynlərin diqqətini özünə çəkməyə çəhd edər. da bilər. Belə uşaqlar həm gün ərzində, həm də gecə saatlarında əsəbi olurlar.

Ana-ata nə etməli?

Qısqanclıq mövzusunda ata-anaların üzərinə əhəmiyyətli vəzifələr düşür. Onlar İlk əvvəl qısqanclığın təbii bir duyğu olduğu qəbul edilməlidir. Ailə, uşağa göstərdiyi marağı qardaş olduqdan sonra da göstərməkdə davam etməlidirlər. Uşağı qısqanclıq duyğusundan ötəri günahlandırmaq, cəzalandırmaq, ya da mühakimə etmək yolverilməzdir. Uşağın əgər qardaşa zərər vermə davranışları varsa, həddindən artıq reaksiya göstərmədən etdiyi səhv izah edilməlidir. Qardaşlar arasında müqayisələr edilməməlidir. Qardaşların bir-biri ilə olan əlaqələrini gücləndirmək üçün ailələr forma və vasitələr düşünüb həyata keçirməlidir. Uşağın vəziyyəti daha pisdirsə ,mütləq bir pedaqoq və ya psixoloq ilə məsləhət edilməlidir. Ata-ananın uşaqlarla bağlı aralarında iş bölgüsü aparması lazımdır. Ana qardaşla maraqlanarkən atanın digər uşaqla maraqlanması yaxşı olar.

Bacının qardaşa qarşı qısqanclığı
Qeyd: Tərcümə edilmişdir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz