» » Uşağın zamanında danışması

Uşağın zamanında danışması

 

Uşağın zamanında danışması

                                      Uşağınızın danışmasını sürətləndirmək üçün edə biləcəyiniz tapşırıqlar
1- Ətrafınızdakı obyektlərin adlarını davamlı təkrar edin: bak kitab, bak işıq kimi. Ya da "bu nə" deyə soruşaraq da təkrar edə bilərsiniz: "bu nə, kürsü; bu nə, qaşıq; aa bəs bu nə, böcək, kimi”.
Səs tonunuz canlı və uşağın marağını cəlb edəcək şəkildə olmalı.
2. "- Harada? –Burada” sual -cavab dialoqunu uşağa öyrədə bilərik. "Ata harda”, - deyə soruşub uşağınızın atasını tapıb "ata buradaaa” deyə qışqırması hə məqsədinizə xidmət edər, həm də sizə təbəssüm bəxş edər və s.
3- Uşağın cümlə qurması üçün hərəkətlər üzərində çox dayanmağa çalışın. "Açdı, bağladı, yatdı, qalxdı, yedi, bitdi, getdi, gəldi, düşdü, döndü, oynadı, yatdı, oyandı” kimi feillərin ifadə etdiyi sadə hərəkətləri davamlı təkrar edin.
4- Əgər hərəkətləri söyləyir isə, cümlə qurması üçün sadə cümlələr qurun. Məsələn, "mən gəldim”, "ata getdi”, "quş uçdu”, "avtomobil dayandı”, "uşaq qaçdı”, "qaşıq düşdü” və s.
Uşaqlar danışmağı ən başda "di-4” şühudi keçmiş zamanla öyrənirlər. Yalnız mübtəda və xəbərdən ibarət bu cümlələri uşağın maraq sahəsi olan mövzularda və uşağın ağlında qalacaq coşğulu bir intonasiya və ümumiyyətlə, eyni melodiya ilə söyləyin. Və çox təkrar edin, birlikdə gördüyünüz hər hadisəni uşağa hesabat edin.

Uşağın zamanında danışması

5- Uşaq mübtəda və xəbərdən ibarət cümlələri öyrənib asanca təkrar etməyə başlarsa, danışmağa başlamış deməkdir. Bu cümlələrə obyektləri də istədiyiniz kimi əlavə edə bilərsiniz:"mən evə gəldim”, "ata işə getdi”, "qaşıq yerə düşdü”, "biz bazara getdik” və s.
6- Yaşadığınız hadisələri də üzərindən zaman keçsə də,təkrar edin:” oğlum, biz bu gün hara getdik”,- deyə problem qoyun, uşaq cavab verməyəcəksə belə cavab verə biləcəyi qədər bir müddət gözləyin. Sonra siz söyləyin; "Bazara getdik". "Bazarda nə etdik?" (Eyni şəkildə cavab gözləyin) Sonra cavablandırın, "Oğluma şalvar aldıq." Başqa nə etdik "(Eyni şəkildə cavab gözləyin)" Dondurma yedik "kimi .. Axşam evə gələn ataya qonağa bir başqasına eyni şeyləri uşaqla birlikdə təkrar edə bilərsiniz:" Oğlum, gəl, ataya izah edək ". Məsələn, " biz bu gün hara getdik bilirsənmi, atası ". Uşaq cavab verəcək: "bazara". "Bazarda nə etdik?" , "başqa nə etdik" və s.
7- Özünü ifadə etməsi üçün köməkçi olmalısınız. Uşağı hər hansı bir şey üçün "gəl, gəl" deyə yanınıza çağırın və " gəldimmm də, oğlum" deyə bilərsiniz. "Bura otur" dediyinizdə uşaq oturunca:"oturdummm də, oğlum" deyə bilərsiniz.
Çox təkrar lazımlı.

 

Uşağın zamanında danışması

8- Suallara həvəslə cavab verməsi üçün "- mi -4” sual ədatları ilə bitən sorğulara cavab verməyi öyrədə bilərik. Uşağa yalnız sualınızın hərəkət hissəsini təkrar edərək cavablaya biləcəyi suallar soruşun. Məsələn, bax, quşu gördünmü ?" Uşağın verəcəyi cavab: "gördüm”
"Bu oyuncağı sevdinmi", Uşağın verəcəyi cavab: "sevdim” və s.
9- Yaşına uyğun şəkilli kitablar alıb oradakı obyektləri əlinizlə göstərərək təkrar edin, şəkildəki sadə hadisələri təkrar edin.
Uşağın gec danışmasının ən ciddi səbəbi məlumat azlığıdır, yəni uşağın danışmağı öyrənə qədər onunla danışılmaması dır. Məlumat azlığının da bir çox səbəbi ola bilər. Həm də uşaqla ünsiyyət zamanı
uşaqla dəqiq, sadə cümlələr quraraq, çoşğunluqla və istəklə danışmaq lazımdır.
Heç vaxt körpəniz gec danışanda bundan üzülməyin. Mütəxəssislərin məsləhəti ilə çalışmalarınızı davam etdirin.
O, hökmən danışacaq...

Uşağın zamanında danışması

Qeyd: Tərcümədən işlənilmişdir.

Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz