» » Uşağınız danışmaq istəyir (II yazı)

Uşağınız danışmaq istəyir (II yazı)

 

Uşağınız danışmaq istəyir (II yazı)

 

Tək-tək  sözlər deməsi dövrü (12-18 ay)

Uşağın gerçək danışmağa keçməsi bu dövrün xüsusiyyətidir. Söz qarışıq səslər ilə gerçək danışma arasında bir susqunluq dövrü keçdikdən sonra, səslə oynamanın təsadüfi olaraq ortaya çıxar. Təkrarlanmalar yolu ilə uyğun olaraq qüvvətlənər. Sözün ilk yaşın sonuna doğru, yəni 1-2 yaşlar arasında eşidilməyə başlaması ilə nitqin artıq başladığı düşünülür. Uşağın sözcüklərinin gerçək bir söz olaraq qəbul edilməsi üçün uşaq bu sözü müəyyən bir vəziyyət və ya nəyisə bildirmək üzrə ardıcıl və doğru olaraq istifadə etməlidir. Uşağın ilk mənalı danışmaları "ana", "ata", "baba”, "nənə” kimi tək sözlərdən meydana gəlir. Bu sözlərlə uşaq ən yaxın insanlar, oyuncaqlar, yeməklər, geyəcəklər kimi bildiyi dünyadan xəbər verər .
Sözlər hərəkətlər yolu ilə öyrənilir. Məsələn, uşaq qapı zəngini aha tez-tez eşitdiyi üçün "qapı" sözünü, ayaqqabıdan daha əvvəl izah edə bilər. Bu onun üçün ilk istifadə və tanışlıq ifadələrinin tez təkrarlanan hərəkətləri ilə mümkün olur.
Tək sözlər bir cümlənin mənasını daşıya bilər. Uşaq əgər atasının şəkilini göstərərək "ata", əgər atasının ayaqqabısını göstərərək "ata" deyirsə, başmaqların atasına aid olduğunu söyləyir. Baxışının istiqaməti, səs eniş-çıxışı, jest və mimikaların izahata iştirakı uşağın ifadəsini təyin etməkdə əhəmiyyətlidir. Başlanğıcda deyilən bu tək sözlər, danışma və fəaliyyətin birləşməsini təmin edir və uşağın fikrini izah edər. Uşaqların ilk istifadə sözlər obyekt adları ya da funksiyaları ilə əlaqədar olur. Dövrün sonuna doğru söz xəzinəsi inkişaf bir az da genişlənir. Uşaqlar öyrəndikləri ilk sözləri, ümumiyyətlə, başqa obyektlər üçün də istifadə edir. Məsələn, "it" sözünü "qoyun" və "at" üçün də istifadə edə bilərlər. İkinci ilin sonuna doğru daha kompleks ifadələri bildirən sözlərdən istifadə edirlər. Bunlar fəaliyyətə, ya da fəaliyyətin obyektinə işarə edər. Uşaq suyun axdığını görəndə "su" və "ağ" sözlərini istifadə edərək vəziyyəti ifadə edər.
İlk sözlər; özünə yaxın insanlarla (ana, baba), hərəkət edən obyektlərlə (top, avtomobil, ayaqqabı), tanış vəziyyətlərlə (bay- bay, baş, yuxarı) tanış hərəkətlərin nəticələri (çirkli, yaş) ilə əlaqədardır. İkinci ilin son yarısında körpələr, duyğularını "xoşbəxt", "kədərli", "qızğın" kimi sözlərlə xarakterizə başlarlar.
 

Uşağınız danışmaq istəyir (II yazı)

 

İkisözlü ifadə dövrü (18-24 ay)

Bu dövrün başında uşaq sözləri birləşdirir. Amma bunlar iki tək sözün ard-arda gəlməsiylə meydana gəldiyi üçün ikisözlü cümlə sayılmaz. Bu dönəm ikisözlü cümlələrə keçid dövrü olaraq ifadə edilir. Hərəkətlərlə anlatmaqdan çox sözlərlə izahat başlayır. Uşaq 2-ci ilin sonuna doğru sözlərin bir-biriylə bağlılığını, əlaqələrini anlayaraq onları yan-yana işlədərək fərqli mənaları ifadə etməyə başlayır. "Ana gedər.", "Araba gedər." Bu cür ikisözclü cümlələr ad və hərəkətlərdən ibarət olan, qrammatika ilə bağlı olmayan, içərisində ədat, zərf, sifət olmayan cümlələrdir. Yalnız məna daşıyan sözlərdən ibarət olan bu cümlələr, teleqraf danışması olaraq ifadə edilir. İki sözün birləşməsindən ibarət olan danışma tərzinə yiyələnərək, sözləri yan-yana işlədərək öz ana dilinin qrammatik quruluşunu öyrənməyə başlayır. İkisözlü cümlələrdə uşaqlar özləri anlamadan vurğudan da istifadə edirlər. Uşağın nitqində primitiv dil bilgisi sistemi başlayır.
Üç və daha artıq sözdən ibarət nitq dövrü (2-3 yaş)

 

Uşağınız danışmaq istəyir (II yazı)

 

Uşaq bu dövrdə 3-4 sözü bir araya gətirərək tək bir düşüncəni bütün olaraq aydın cümlələrlə ifadə edər. Uşaq məntiqli, mənalı cümlələr qurar. Kiçik əmrləri yerinə yetirən uşaq, sadə sualları da tədricən cavablandırar.
Bütün bunlar uşağın danışmaları getdikcə qavradığını göstərir. Yeni sözlər öyrənən uşağın söz xəzinəsi şifahi ünsiyyəti artıb çoxalar. Bu dövrdə uşağın söylədikləri, vəziyyət içində qiymətləndirilməlidir. Məsələn, "Ana corab" dediyində bu cümlə "ananın corabı" mənasını daşıyarkən; digər halda "ana corabını geydi" mənasını da ifadə edir. Uşağın içində olduğu mövcud vəziyyəti həmin vəziyyətin qiymətləndirilməsində əhəmiyyətlidir. Uşaq sual soruşmaq, istək və əmrlərini bildirmək üçün səs tonunu dəyişdirməkdədir. "Ana pencək" ifadəsində səs tonu dəyişikliyi ilə uşaq "Ana, bu pencəkmi?" sualını verə bilər. 2-3 yaşlarında uşaqların cümlələri çox açıq, lakin qrammatik cəhətdən doğru olmaya bilər. Üçsözlü cümlələrdə də əlavələr, sifətlər, əvəzliklər, ədatlar və s. yoxdur. Bu dövrdəki üç söz birləşməsi ya yenidən birləşdirmə (ana at + top at = ata top at) ya da genişlənmə (böyük qələm = çox böyük qələm) şəklində olur. Uşaq çox sözlü cümlələr edərkən dilin təməl strukturlarını da öyrənir.
 

Uşağınız danışmaq istəyir (II yazı)


Danışma dövrü(3-6 yaş)

3-4 yaşlı uşağın artıq söz xəzinəsi inkişaf edir. Yeni sözlər öyrənərkən bildiyi sözləri daha düzgün əlaqələndirər, fikirlərini, duyğularını, düşüncələrini daha aydın izah edər. Pıçıldamaq öyrənər. Söz sıralanmasında mübtəda, obyekt və iş-hərəkət arasındakı funksional əlaqələri anlar.
Uşaq keçmiş, indiki və gələcək zaman hal və vəziyyətlrini öz zamanında ifadə edər. Uşaq əvvəl "pişik içər"deyərdi, indi isə "pişik içir " şəklində istifadə edər. 3 yaş ətrafında olan uşaq "harada? nə zaman? nə? kim" suallarını getdikcə nişləndirir və 4 yaşlarından sual cümlələri qurarlar.
4-5 yaşda uşaq dili asan və tez mənimsəyə bilir. O, ana və atasının səs ahəngini təqlid edər. Dili istifadə etmədə qız uşaqları oğlan uşaqlarına nisbətən daha yaxşıdır. Bu dövrdə uşaqların söz xəzinələri 1000 qədər genişlənir. Əvvəlki dövrə görə daha kompleks cümlə quruluşundan istifadə edirlər.
5-6 yaşındakı uşağın nitqi bir yetkin uşağın dilinə bənzər. Sosial ünsiyyətdə danışma artar və fikirlər aydın şəkildə ifadə edilir. Uşaq, yetkinlərdə daha az təqlid edər.
Uşaq 5 yaşına gəldiyində hadisələri sırasına görə izah edir. Məsələn, "əlimi yudum və yeməyimi yedim" kimi. Hadisələri "əvvəl-sonra", keçmiş, indiki, gələcək zamanlarda ifadə etməyi bacarar. İndi uşaq 5 sözü ehtiva edən cümlələr qura bilər.
Uşaqlar 6-7 yaşlarında bir qədər də yetkin adamlar kimi danışarlar. Söz sayı orta hesabla 2000-ə- qədər genişlənər; 8 yaşına gəldiyində isə 3000ə çatar. Bu yaşdan sonra dinləmə müddəti artır. Yaşadıqları hadisələri məntiqli bir şəkildə izah edərlər.
Tələffüzləri düzgün, sözləri müxtəlifdir. 

Uşağınız danışmaq istəyir (II yazı)  

 

Son
Qeyd: Türkcədən tərcümə

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz