» » Uşağın zamanında danışması (IV yazı)

Uşağın zamanında danışması (IV yazı)

Uşağın zamanında danışması (IV yazı)


Uşağınıza kitab oxumaq da əhəmiyyətlidir. Əgər siz doğru bir yol arayırsınızsa, uşaqlar valideynlərininoxuduğu kitablardan çox yaralanırlar. İlk əvvəl uşaqlar oxumazdan öncə kitablardakı şəkillərə baxmağı xoşlayırlar, bunlar uşaqların maraq dünyasına çox uyğundur. Sonra bunlar haqqında ilkin tanışlıq məlumatları da yerinə düşür. Siz bundan yaradıcı şəkildə vəziyyətdən istifadə etməlisiniz. Məsələn, özünüz filan obyekti göstərin .'' Oğlan, it, masa və s. '' Rəsmləri adlandırdıqdan və uşağın bunları öyrəndiyindən əmin olduqdan sonra ondan sizin adlarını söyləyəcəyiniz obyektləri göstərməsini xahiş edin.Onun adlandırmasını istəməyin . Lakin belə bir cəhddə olsa, uşağınızı dəyərləndirin. Sizin söylədiyiniz rəsmi müvəffəqiyyətlə göstərməsindən sonra, ondan sizin göstərdiyiniz şəkillərin adını söyləməsini istəyin. Bu adlandırma istəyəcəyiniz nöqtəyə çıxdığınız zaman, uşağınızdan əvvəl sizin arxanızdan '' uşaq '' və ya '' toyuq '' sonra '' toyuq və uşaq '' daha sonrada '' uşaq toyuğa yem verir '' deməsini xahiş edirik. Ancaq bu suallara da uyğun cavablar ala bilərsiniz: toyuq nə edir? (yem yeyir) və ya '' uşağın köynəyi nə rəng '' (qırmızı) və s. Bununla yanaşı, hər zaman uşağın rəqəmləri kifayət qədər öyrəndiyini də nəzərdən qaçırmayın. Uşaq özbaşına jurnalları, kitabları qarışdırmaqdan bir bir şey qazanmaz. Belədə daha yetkin və ya daha böyük bir uşağın rəhbərliyinə ehtiyac vardır.
Digər bir oyunsa səslərin təkrar edilməsidir. Məsələn, bir oyuncaq itin çıxartacağı səs uşağa '' hav-hav '' olaraq tanıdılır və uşağın buna qatılması təşviq edilir. Eyni şəkildə digər oyuncaqlara uyğun başqa səslər də icad edilə bilər Ayna qarşısına geçilib üzümüzə komik şəkillər verərək uşağınızın da sizi təkrar etməsi üçün təşviq edə bilərsiniz. Sonra bunlara komik səslər əlavə edə bilərsiniz. Məsələn: '' miyooo '' kimi. Qapının cəngi çalındığı zaman çıxardığı səs.
Etdiklərinizin təsirlərini görmək üçün uzun bir müddətə ehtiyac olduğunu anlamanız əhəmiyyətli bir mövzudur. Heç vədə etdiklərinizdən imtina etməyin. Əgər uşağınıza qarşı davranışlarınızda ardıcıllıq göstərir, onu kifayət qədər qəbul edir və danışmanın xoş bir şey olduğunu hiss etdirə bilsəniz, o zaman siz bu dil öyrənmə işini sadəlşdirmiş olarsınız.

Uşağın zamanında danışması (IV yazı)

Danışma əzələlərini ikişaf etdirmə işləri

Kar olmayan uşağı ana evdə işi olmadığı zaman aşağıdakı nümunələrdə olduğu kimi müəyyən təmrinlər edə bilr. Ancaq oyun vasitələri sonra üçün də saxlanmalıdır ki, uşaq onların yenidən zövqlə istəyə bilsin. Ananın yerinə uşaqla yaxşı ünsiyyət qura biləcək bir başqası da bu təhsili uşağa verə bilər.
Danışma əzələlərini istəyə uyğun olaraq işlətməyə alışdırmaq məqsədiylə aşağıda açıqlanan müxtəlif təcrübələr etdirilir. Dil-dodaq gimnastikası də adı verilən bu hərəkətlər danışmağı inkişaf etdirmədə böyük fayda verəcəkdir. Dodaq işləri oyun kimi olmalıdır:
1) Şaquli aynaya qoyulan bir təbəqə kağızı nəfəs verərək orada salmadan tutmaq, yarışı etdirmək, incə tükləri və yarpaqları irəliyə doğru üfürmək.
2) Bir ləyənə qoyulan kağızdan yelkənləri qamışdan üfürərək üzdürmək, bir qabda duran suya üfürmək.
3) Şamlardan göstərilənləri üfləyərək söndürmək.
4) Üfləyərək oyuncaqları salmaq, ipə bağlı kağız kəpənəyi üfləyərək havada tutmaq.
5) Nəfəslə orkestr səsi yaratmaq
6) Sabun köpüyünü üfləyərək balon etmək.
7) Yanağını şişirip basdırmaqla (p) səsi çıxarmaq.
8) Dodaqlarla müxtəlif şəkillər etməklə (iiii ........... deyərək) qımışmaq.
9) Masa üstündə duran ping-pong topunu üfləmək, əlinin üzərini üfləyərək külək etmək.
10) Öskürmək, əsnəmək, tapdalamaq, udmaq, ağzı geniş açmaq, möhkəmcə bağlamaq, hərəkətlərini şişirdərək etmək.
11) Yarısına qədər su dolu şüşə bir boruyla üfləyib qabarcıqlar etmək.
Uşağa belə deyilir:bunlardan nəfəs al, indi üflə, kiçik böyük qabarcıqlar et.

 

Dil işləri

1) Dili çölə çıxarmaq
2) Dili içəriyə çəkmək
3) Dili buruna doğru uzatmaq
4) Dili çıxararaq aşağı, yuxarı və yanlara doğru uzatmaq
5) Dili ağzın içində küncdən küncə dolaşdırmaq
6) Dil ucunu dişlərinin arxasına söykəyərək donqarlaşdırıb "iiii” səsi vermək.

Uşağın zamanında danışması (IV yazı)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz