» » Uşağın zamanında danışması (III yazı)

Uşağın zamanında danışması (III yazı)

Uşağın zamanında danışması (III yazı)

Gec danışmsya səbəb olmuş amilləri düzəltmək, qismən də olsa, aradan qaldırmaq üçün görülməli işlər

Gec danışan uşaqlarla ediləcək ən əhəmiyyətli şey onu uşaq üçün danışmağı xoşlanacaq bir məşğuliyyətə cəlb etməkdir. Uşağınız üçün nail olmaq isədiyiniz məqsəddən də savayı bu məşğuliyyət hər ikiniz üçün zövqlü olacaq. Əgər uşağınıza etdirmək istədiyiniz bir hərəkətin, təmrinin çətin bir şey olduğu fikrini, ya da bunun üçün çox çox çalışmaq lazım olduğunu hiss etdirirsəniz, təşəbbüslərinizdə daha az müvəffəqiyyətli olarsınız. Odur ki, ilk əvvəl uşağınızla sadə cümlələrlə, etdiyiniz hər şey haqqında danışın: məsələn: sizin '' pudinq edirəm '' deməniz, '' indi mətbəxə gedib şirin bişirəcəyəm '' demənizdən daha yaxşıdır. Mətbəxdə öz etdiklərinizi sözlə də ifadə edin, onun sizə kömək etməsinə də icazə verin, yemək yeyərkən yediklərinizi adlandırın. Əgər başqa uşaqlarınız varsa, onlarda bu adlandırma oyununda iştirak edə bilərlər. Uşağın gətirəcəyi şeyləri ondan istəmələri üçün evdə hər kəsi buna təşviq edin.Qoy hamı evdəki və çöldəki cisimləri uşağa göstərsin, onun haqqında uşaqda təəssürat yaratsın. Evi təmizləyərkən həm uşaqların kömək etməsinə icazə verin, həm də əşyaların adını söyləyin. Çöldə isə otlar, ağaclar, çiçəklər və vasitələr haqqında danışa bilərsiniz. Sonra bu səfərlər bağlı uşağınızla birlikdə gəlib ailənin digər üzvlərinə izah edə bilərsiniz. Fikirlərinizi təsdiqləyən mimika və jestlerinizin uşağınızın sizin nə dediyinizi anlamasına köməkçi olacağını unutmayın.

Uşağın zamanında danışması (III yazı)

Sizin söylədiklərinizi təkrarlamasını istəməyin. Lakin uşağın göstərdiyi danışma cəhdləri üçün onu mükafatlandırın. Bunun ən yaxşı şəkli ona istədiyi əşyanı vermək və verərkən də doğru olaraq o obyektin adını söyləməkdir. Məsələn; o, su üçün '' bu'' deyirsə, ona''su '' dedikdən sonra bir stəkan suyu uzada bilərsiniz. Əgər onu qaldırmaq istədiyiniz zaman sizə qollarını uzadırsa və gülümsəyirsə, siz onu qaldırarkən '' qalx, qalx '' deyə bilərsiniz. Uşaq işarə ilə və ya səslə bir səs eşitdiyini bildirirsə, məsələn: "qatar”, "təyyarə” deyə bilirsə, demək istədiyi sözün yaxşı modelini göstərmiş olur və bu zaman da onu mükafatlandırmağı unutmayın.
Uşaqlar hər gün eşitmə yolu ilə yeniliklər qazandıqları üçün onlara yaxşı nümunələr çatdırmaq əhəmiyyətlidir. Məsələn, siz şağ və sol tərəfinizin eşidə biləcəyi tonda danışa bilirsinizmi? Qısa sadə cümlələr istifadə edirsinizmi və s? Unutmayın ki, uşağınızın uyğun bir danışma modeli olması üçün sizin nitqiniz ən yaxşı nümunədir.
Uşağı içində olduğu mühitin öyrənmə mexanizmində xüsusilə dil qabiliyyətini qazanmasında əhəmiyyətli bir rolu vardır. Ona yanaşmada həssaslıq göstərin, etdiyi pis bir davranışdan ötrü onu aşağılamayın. Ən əhəmiyyətlisi bir intizam cəzasına görə sevginizi ondan əsirgəməyin. Uşaq müəyyən bir davranışı üçün cəzalandırıldığını bilsə belə, sizin onu hələ də bir doğma olaraq sevdiyinizi unutmamalıdır. Odur ki, cəza uşağın incitməyəcək şəkildə yüngül olmalıdır. Məsələn, çox şiddətli hərəkətlər qarşısında uşağı qısa bir müddət müəyyən bir bir yerdə saxlamaq, barmağını əmən uşağa əlini çək deyə xəbərdarlıq etmək, təcavüzkarlıq, əsəbilik göstərən uşağın diqqətini hirslilik göstərmədən başqa bir istiqamətə çəkmək, problemin səbəblərini taparaq daha əvvəldən tədbir almaq lazımdır. Hər kiçik şeylərə darılmayın, ancaq xeyir dediklərinizdən də geri dönməyin, uşaqdan gücü çatmayacağı şeyləri istəsəniz, rədd edəcəyini, etirazını da unutmayın, onu dərhal verin, niyə cəzalandırıldığını da bilməsinə diqqət edin. Hər kiçik səhv danışıq üçün uçağı cəzalandırmayın. Lakin daha yaxşı danışsın, etsin deyə, təşviq edin. O, istəmir deyə əşyaları ondan uzaq tutmayın, lakin onun nə istədiyini söyləmə cəhdlərini qəbul edin. Onun müəyyən bir sözü söyləyə, lakin söyləmək istəmədiyini bildiyiniz halda, '' danışmayan uşaqları biz sevmirik'' deməyin. Əgər siz bunu tez-tez edirsinizsə, uşağınızın danışmaqdan imtina şansı artacaq.

Uşağın zamanında danışması (III yazı)

Əgər uşağınız heç danışmır və ya bu dildə danışa bilmirsə, onun jestlərini dəyərləndirərək, istədiyini ona verin. Bunu edərkən də o əşyanın adını söyləyin. Bu yolla siz hələ onun danışmasa belə, razılaşma üçün göstərdiyi inkişafı dəyərləndirmiş olursunuz.Yenə uşağınız şəkər istədiyini və onun bu sözə yaxın bir şey söylədiyini bilirsinizsə, o zaman uşağınızın söyləməsini gözləyin. Beləcə, onun danışmaq üçün göstərdiyi səyi qiymətləndirmiş olarsınız. Amma eyni zamanda da '' şəkər '' deyərək ona, o sözün gözəl bir nümunəsini verin. Ana-atanın uşağın ehtiyaclarını soruşduqda, bəzən də qardaşlar onun yerinə danışarlar. Bacardıqca bunun qarşısı alınmalıdır.
Sizin eyni zamanda bütün ailənin yaxşı bir dinləyici olması da əhəmiyyətlidir. Uşaq danışmağa başladığı zaman onunla maraqlanın, etdiyiniz işi buraxıb onun üzünə baxın. Ona suallar verə bilərsiniz. Sizə izah etdikləri haqqında fikir icra edə bilərsiniz.
Eyni zamanda uşağınıza yaxşı bir dinləyici olmağı da öyrədə bilərik. Evinizin ətrafındakı səsləri dinləməyi asanlıqla bir oyun halına gətirə bilərsiniz. Buna heyvanların çıxardığı səslər, qapı zənglləri, qazanın səsləri və s. aid ola bilər. Evin olduğunuz də quşlar təyyarə, qatar səsləri dinləyə bilərsiniz. Hər gün dinlədiyiniz səslərin bir ayrı-seçkiliyini edər və uşağınız eşitdiyini söyləyir- söyləməz bunu bir kənara işarələyə bilərsiniz.

Uşağın zamanında danışması (III yazı)

Qeyd: Türkcədən tərcümə

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz