» » Uşağın zamanında danışması (II yazı)

Uşağın zamanında danışması (II yazı)

 

Uşağın zamanında danışması (II yazı)

 

Gecikmiş danışma əlamətləri, səbəbləri və düzəldilməsi lazımdır. Danışmayan uşaqla ailənin şifahi danışması kəsilməməlidir. Həm də onunla uşağın heç bir nitq qüsuru yoxmuş kimi danışmaq lazımdır.
Bir uşağın danışması üçün 4 şərt tələb olunur:
a) musiqi, sözləri eşitməsi (yəni qulaq və sinirinin sağlam olması )
b) eşitdiklərini beyin vasitəçiliyi sayəsində anlaması və düşüncələrini də söz simvollarına çevirməsi (ruh-zəka bütövlüyü)
c) ətraf orqan və sinirlərinin sağlam olması (yəni qırtlaq, damaq, dil və dodaq üzrünün olmaması)
d) ailənin uşaqla davamlı keyfiyyətli bir şəkildə danışması tələb olunur.
Bəzi uşaq eşitdiklərini anlamazlar. Bu doğuşdan və ya beynin zədələnməsi nəticəsində zəkanın geriliyindəndir. Ancaq sözü eşidən, tapşırığı yerinə yetirən, lakin danışmayan uşaq da var. Bunların nevroloji səbəblərlə bağlıdır.
Uşaqda zehni gerilik aşkar olunmuşsa:
1) Eşitmirsə, xüsusi danışma təhsili lazımdır.
2) Uşaq eşidir , amma danışmırsa, beynin bütün inkişafı lazımdır. Yavaş və addım-addım irəliləyiş gözləmək olar.

Uşağın zamanında danışması (II yazı)

 

Gec danışma uşağın öz yaşından gözləniləndən çox geridə qalması və ya çox yavaş inkişaf etməsi kimi izah olunur. 2 yaşında bir körp, orta hesabla, gündə 50 söz işlədər və qısa cümlələr edər. Əgər uşaq 3-4 yaşında bu vəziyyətə gəlmirsə, deməli, danışma problemi vardır.
Əlamətləri: Danışması gecikmiş uşaqların danışması məhduddur. Bu məhdudluq heç danışmamaqla, çox çətin də olsa danışa bilmək və ya bir neçə söz söyləyə bilmək arasında dəyişir. Belə uşaqların söz xəzinələri qeyri-kafidir. Yaşıdlarından çox az söz bilirlər. Cümlə qurmada çətinlikləri vardır, istəklərini sözlərlə izah yerinə jest, mimika və ya başqa bir işarələr istifadə izah edərlər. Başqalarının danışmalarına maraqsızdır, çıxardıqları səslər danışma xüsusiyyəti daşımaz, səsləri çox tez çıxararlar, buna görə izləmək gücdür, istəklərini insanlara, əşyalara vurma, vurma itələmə şəklində birbaşa fizika hərəkətlərlə ifadə edərlər.Bəziləri insanlardan ayrı qalmaq, bir küncə çəkilmək və öz başlarına oynamaq istəyərlər. Daha tez ağlama, qışqırıb, oyuncaq atma, atma, qırma, yıxma, dağıtma kimi tündxasiyyət hərəkətlər göstərə bilərlər.

Uşağın zamanında danışması (II yazı)

 

Gecikmiş danışmanın səbəbləri çoxdur, başlıca səbəbləri bunlardır:
1) Zəka geriliyi: Xeyli dərəcədə zəka geriliyi olan bir uşağın şifahi ünsiyyəti çox çətindir. Zehin səviyyəsi normal nitq üçün lazımdır.
2) Xəstəliklər: Həyata göz açanda uzun sürən xəstəliklər uşağın danışmasını gecikdirir. Buna görədə uşaq poliklinikalarında uşağın sağlamlıq məlumatları araşdırılır və toplanır.
3) Eşitmə itkisi: Danışma səs qəbuluna əsaslanır. Uşaq şifahi bir söz öyrənmədən əvvəl sonralar deyəcəyi sözləri eşidər. Buna görə eşitmə qüsuru nə qədər erkən yaşda olursa və nə qədər çox olursa, danışma inkişafı o qədər zərər görür.
4) Çənə, dodaq, dil, damaq kimi çıxış orqanlarının sağlam olması danışma üçün çox önəmlidir.Əğər bu orqanlarda bir qüsur varsa, uşağın danışmasına mənfi istiqamətdə təsir edər.
5) Uşağın romantik həyatında qarşılaşdığı diqqətsizliklər gecikməyə yol aça bilər: məsələn, sevgi, şəfqət ehtiyacının olmaması və ya adi olması, qardaş qısqanclığı, qəzalar, şoklar, qorxulu ailənin nizamsız həyatı və s amillər danışmağa mənfi istiqamətdə təsir edər.Aailənin uşaqla bağlanmaması, onunla danışmaması, danışmanın gecikməsinə səbəb ola bilər.

Uşağın zamanında danışması (II yazı)


Diqqət ediləcək xüsuslar:

1) Belə uşaqların inkişafı yavaş və illər boyunca olur: anlama və tətbiq qabiliyyətləri də bu inkişf səviyyəsinə görə ortaya çıxar. Odur ki, səbirlı, yumşaq olmaq, uşağı sevmək təhsilin ilk şərtidir. Məcburiyyət, fiziki güç tətbiq etmək, '' inad etmə, gözünü aç, yaxşı bax, hələ anlamadınmı? '' kimi kobud yanaşmalar uşaqda kükünlük və etibarsızlıq hissi yaradar. Halbuki bu uşaqlarda son dərəcə səbirlə, addım-addım anlayışı qəbul etməyi və danışma əzələlərini gücləndirmək lazımdır.
2) Danışma öyrətməyə kömək üçün uşağın özbaşına səslər çıxarması dodaq, dil və qırtlaq hərəkətlərində ən azından hərflərə bənzər səsləri verə bilməsi lazımlıdır. Bundan sonra danışma əzələlərinin gücləndirmə çalışması lazımdır.
3) Uşaqla danışarkən daima sadə sözlər və aydın sözlər istifadə etməli və danışmalar uşağın üzünə doğru edilməlidir. Uşaq daim sizin dodaq və dil hərəkətlərinizi görməlidir. Nümunə: Günaydın, Əli, mənə bu topu ver, topu al, yerə yat s.
4) Uşaq bir şey arzu edincə, həmin əşyanın adını söyləmək onun üçün anlanılmamış görünülür. Uşağı mümkün olduğu qədər işarələr izah etməyə və danışmağa alışdırmamaq lazımdır. Çalışılmalıdır ki, uşaq fikrini mimika, əl və üz hətəkətləri ilə yox, səsli ifadə etməklə çatdırsın.
5) Psixi qüsurlu uşaqlarda sözləri tələffüz qüsuru və kəkələmələr ola bilər, bunlar normal uşaqlardakı kimi düzələilməyə çalışılar.
6) Mümkün olsa, öyrədiləcək şeyin daima göstərilməsi təhsil üçün çox faydalıdır. Məsələn, alma sözünü öyrədərkən alma rəsmi yerinə gerçək bir alma göstərilərək öyrədilməlidir.

Uşağın zamanında danışması (II yazı)


Qeyd: Tükcədən tərcümə ilə işlənilib.

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz