Beşik

Müəllif: Samirə от 15-11-2016, 00:20
 

Beşik

Beşik yeni doğulmuş körpələrin və iməkləyib gəzməyə başlayan kiçik uşaqların yatması üçün istifadə olunan yataq vasitəsidir. Bütün dünya xalqlarında fərqli stillərdə beşik tipləri olmuşdur və indi də vardır.
Türkoloq Həsən Çatana görə, "beşik” sözü etimoloji baxımından türkçə "beşi”- (" bişi”- "silkələmək”) hərəkətinə ad anlamı yaradan "-k” sonluğu artırılaraq yaranmışdır. Türk xalqlarında ipdən asılan beşiklər olduğu kimi, daha çox silkələnən, belə deyək, bütün türk xalqları üçün ənənəvi olan taxta beşiklərdən istifadə olunmuşdur və qədim zamanlardan bəri istifadə edilməkdədir. Azərbaycanlılar, qıpçaklar, özbəklər, qırğızlar, balkarlar, noğaylar, qaraqalpaqlar onu "beşik” adlandırır, keçər; türkmənlər, taqaloqlar "bişi”, xakaslar "pizik”, altaylar "pejik”, yakutlar "bisin” və sair türk xalqları da buna oxşar və ya nisbətən fərqli adlar vermişlər.
 
Beşik

Etnoqrafiya

Etnoqrafik olaraq beşiklər, əvvəldə qeyd etdiyimiz kimi, müxtəlif formalarda bütün dünya xalqlarında rast gəlinir və ümumi cəhət də budur ki, ağacdan / taxtadan hazırlanır. Müasir dizaynlarda alüminium, ya da polad kimi metallardan da istifadə edilir. Köçəri, ya da yarı köçəri xalqlarda köçəri həyatın vacib gərəyi olaraq uşaq beşikdə qundaq kimi sarınıb, hər an daşınacaqmış kimi hazır tutulub və daşınarkən də anasının kürəyində daşınıb.
Şimali Avropada, Skandinaviyanın şimalındakı Arktikada yaşayan laponlar "komse” adı verilən qundaq kimi sarılan beşikdən açıq havada hərəkətli olduqları üçün kürək çantası kimi ə daşımışlar.

Beşik

Tarixdəki ilk beşi ermızdan əvvəl I əsrdə istifadə edilməyə başlarkən, Orta Asiyada "Yeddisu” adlanan ərazilərdə aparılan qazıntılarda bir məzardan həmin əsrə aid edilən beşik çıxmışdır. Bu beşik müasir qırğızların istifadə etdiyi beşiyin eynidir. Türk beşikləri forma və xüsusiyyət baxımlarından Türk birliyinin mərhələlərini göstərir. Yürüklərdə, uşaq kürəkdə daşınır, bu arada seyrək olaraq da ağacdan, dəliksiz sadə bir beşik istifadə olunur. Ege bölgəsində döşəməsi düz, yanları çölə meyilli, baş və ayaq uclarına blok şəklində qarmaq(diyircək) keçirilən və üst qisimində, saxlamaq üçün "qaş” deyilən bir qolu olan beşiklər vardır. Osmanlı sarayında beşiklər "seraskeri" örtü ( sərkərdəyə, şahənşaha layiq örtü) mənasında və yorğan, ən qiymətli daşlarla bəzənirdi.
 
 

Beşik

  

Beşik

Beşiyin ilk vətəni haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar beşiyin Ön Asiyada, digərləri isə Orta Asiyada meydana gəldiyini göstərirlər. Arxeoloji qazıntılar zamanı Qırğızıstanın ərazisindən eramızın ilk əsrinə aid qəbirdən beşik aşkar edilmişdir.
Beşiyin Azərbaycanda qədimliyi barədə yazılı mənbə və arxeoloji dəlil yoxdur. Beşik izi olan ilk antropoloji material Azərbaycanda Samux rayonu ərazisində XIV-XVII əsrlərə aid olan qəbirlərdə aşkar edilmişdir. Bəzi tibb mütəxəssisləri uşaqların sağlam böyüməsinə beşiyin zərərli təsiri olması fikrini irəli sürürlər.
Onların fikrincə, beşik silkələnməsi uşaqda beyin qanamasına şsəbəb ola bilər. Odur ki, uşağı yatana kimi yellənmək lazım deyil, çalışmaq lazımdır ki, uşaq özü yatsın. Amma bəzi mütəxəssislər narahatçılıq üçün əsas görmürlər. Belə düşünən həkimlərin arqumenti də budur ki, uşaq beşikdə necə yellədilir ki, bu da beyin qanamasına səbəb ola bilsin.
Valideynlər yellədilmənin tərəfdarıdır. Görünür, onlar canlarının rahatlığına qaçırlar ki, uşaq tez yatsın...
Amma fakt budur ki, əcdadımızdan bu yana, hamımız həyata bu beşiklərdə hazırlandıq, heç beynimizdən də şikayətimiz yox. Fəqət, qəbul etmək lazımdır ki, indi beşikdən olsa-olsa, ucqar kəndlərdə istifadə edilir. Çünki əhalinin mədəni səviyyəsi, eləcə də həyat səviyyəsi yüksəldikcə, onlar qədim beşik əvəzinə müasir və rahat uşaq çarpayılarından istifadə edirlər.

Beşik

Qeyd: Yazı vikipediya məlumatlarına əsasən, işlənilmişdir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz