» » Uşaqlara pul haqqında anlayış nə vaxt və necə öyrədilməlidir

Uşaqlara pul haqqında anlayış nə vaxt və necə öyrədilməlidir

Uşaqlara pul haqqında anlayış nə vaxt və necə öyrədilməlidir
Ana-atalar pulun necə qazanıldığı, xərcləndiyi və yığıldığı ilə əlaqədar uşaqlara necə məlumat verməkdə çətinlik çəkirlər. Onların sözlərinə görə, bu cür maarifləndirici məlumatlar, ümumiyyətlə, yoxdur və ya azdır.
Hər şeydən əvvəl bilmək lazımdır ki, uşaqlar pulla əlaqədar məlumatları, münasibət və yanaşma formalarını, pulun necə qazanıldığını, xərcləndiyini və bütün bunların nə qədər əhəmiyyətli olduğunu elə ailənin özündən öyrənməyə başlamalıdır.
Uşaqların pulu idarə öyrənməsi, onların gələcək iqtisadi həyatlarına doğru rəftarı təmin edər. Ailənin pulla əlaqədar uyğun yanaşmaları eyni zamanda uşaqlarının problem həll etmə bacarıqlarını, məsuliyyətlərini və şəxsiyyətini də inkişaf etdirəcəkdir.
Uşaqda istehlak vərdişləri psixoloji şəxsiyyətin inkişaf 3-6 yaşlarından etibarən başlayır. Bu dövrdə uşağa pul nədir, necə qazanılır, nələrə xərclənir kimi məlumatlar diqqətlə izah edilməlidir. Onlara yığmağı, gözləməyi, malik olduğu pulla nələri və nə qədər ala biləcəyini, hər istədiyinə çatmayacağını və buna alışa bilməyi öyrətməliyik.
6-10 yaşlarında pul verib istək və ehtiyaclarını təmin ediriksə, 11 yaşından sonra isə ailə büdcəsinə görə həftəlik cibxərcliyi verməklə ailə büdcəsinə şüurlu yanaşmağa yönləndirə bilərsiniz. Cibxərcliyi vermək uşağın özünə inamını və məsuliyyətlərini artırar, özünü qiymətli hiss etdirər.

Uşaqlara pul haqqında anlayış nə vaxt və necə öyrədilməlidir

Tarazılığı  dəyərləndirə bilsin


Ana-ataların "Mənim uşağım ən yaxşısına layiq", "Mən xərcləyə bilmədim, qismət olmadı, qoy uşağım xərcləsin" kimi yanaşmalar uşaqlara zərər verə bilər. Çox verilən cibxərcliyi və hədiyyələr uşaqlarda daha çox israfçılıq, qənaət etməyi bilməyən, həmişə ətrafından gözləyən bir şəxsiyyət kimi istiqamətlənməsinə səbəb olur. Verilənlərin azlığı isə onu dəyərləndirməmək kimi təsir bağışlaya bilər.

Nə etməli?

İstək və ehtiyaclar sərhədsiz, qaynaqlar isə məhduddur. Ana-atanın bütün gün əmək və zaman sərf edərək pul qazanmağa çalışdığını görən uşaq bu sərhədi qəbul edəcək. Ən bahalısını istəyən uşağa daha ucuz bir alternativ təklif edə bilərsiniz, gözləyib, yığıb almasını təmin edə bilərsiniz, əmək xərcləyib sizə kömək etməyə istiqamətləndirə bilərsiniz.

Təkliflər:
Uşaqlara pul haqqında anlayış nə vaxt və necə öyrədilməlidir

• Təmizlik etmə kimi bəzi vəzifələrini kiçik bir əvəzli mükafatlandırın. Amma bunlar pul verilsə, iş etmə və kömək etmə davranışına yol çıxarmayacaq miqdarda simvolik olmalıdır.
• Uşağınıza yaşına görə gündəlik, həftəlik, aylıq cibxərcliyi verin ki, büdcə etməyi öyrənsin.
• Şəffaf bir kassası olsun. Yığılan pulu müşahidə etdikcə bu, onda yığma motivasiyasını artıracaq.
• İş mühitinizin mütləq görsün. İş şərtlərinizi, əməyinizin qiymətləndirin.
Tətil zamanlarında atanın, ananın və ya bir yaxının yanında çalışsın.

• Evdəki pul ilə əlaqədar qərarlarınızda uçaqlarlnızın da fikrini alın.
• Ana və ata, birlikdə hərəkət etməli, biri az biri çox pul versə, hər şəkildə istəyinə asanlıqla qovuşacağını zənn etməsin.
• Eyni malın fərqli qiymətlərini tapmaq oyunu oynayın, alış-verişlərinizdə bu müşahidələrinizi deyin.
Göstərərkən pul qazanmağı öyrətmiş olarsınız.
• Pulunu əyləncə, qısa və uzun müddətli qənaətlər olaraq bölməsini təmin edin.
• Almaq istədiyi hədəfə çatması üçün qənaət etməsini təmin edin.

Uşaqlara pul haqqında anlayış nə vaxt və necə öyrədilməlidir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz