» » Doğum günü təntənəsini necə təşkil etməli?

Doğum günü təntənəsini necə təşkil etməli?

Müəllif: Anaveusaq.az от 7-12-2016, 00:16

Doğum günü təntənəsini necə təşkil etməli?

Hamımızın həyatında unudulmaz insanlar var: kimlərsə qohumluq, kimlərsə də dostluq münasibətlərinə görə. Bu doğma və yaxınlara ata-anamız, bacımız, qardaşımız, dostumuz, sevgilimiz, yoldaşımız, övladlarımız aiddir. Bəzən hər gün onların əhatəsində oluruq, belə deyilsə, onda tez-tez görüşürük və ya internet texnologiyalarının verdiyi imkanlarla tez-tez əlaqə saxlaırıq. Bir a fərqlidirsə, deyək, işdən-gücdən iman olmur: ya arada böyük məkan uzaqlığı var, ya da bir növ bir qədər, hə, bir qədər soyuğuq, laqeydik. Yenə buna baxmayaraq, ilin eə bir günü var ki, mümükün qədər bu gündə yaxıblar, doğmalar, əzizlər şəxsən görüşməyə can atırlar. Bu, doğum günüdür... Bu gün hər birimiz sevdiklərimizin bizim üçün xüsusi olduqlarını hiss etdirmək istəyirik. Ad günləri bunun üçün ən gözəl fürsətlərdən biridir. Ad günü olan şəxs özü də yaxın, doğma və əzizlərlə bu günü unudulmaz etmək, xatirəyə çevirmək üçün əvvəlcədən hazırlıq görür. Ad günü olan hər kəs belə istəyir. Bəs belə gözəl günlərin yaddaşlara əbədilik köçəcək günə çevrilməsi üçün nə etməli?
Ad günü qeyd etməyi planlaşdırarkən nizamsızlıq və sönüklük olmaması üçün hazırlığa təşkilati məsələlərin planlaşdırılmaından başlayın.

 

 

Doğum günü təntənəsini necə təşkil etməli?

 

 

Qonaq siyahısını hazırlanması:
Əvvəlcə, qeyd etməyə qərar verdiyiniz doğum günü şənliyində kimlərin olmasını istədiyinizə qərar verməlisiniz. Bu qərarı verərkən doğum günü olacaq şəxsin, onun əzizlərinin görməkdən xoşbəxtlik duyacağı kəsləri siyahınıza əlavə edin. Bu siyahıya illərlə görüçmədiyiniz bir doğmanı, dostu əlavə etməklə xoş bir sürpriz yaşada bilərsiniz.
 

Məkana qərar verin:
Şənlik keçirmək istədiyiniz məkan bu sırada çox əhəmiyyətlidir. Qonaqların və şənlik sahibinin rahat ola biləcəyi bir mühit olmasına diqqət edin. Ad gününü daha xüsusi bir hala gətirmək istəyirsinizsə, məkanı son ana qədər doğum günü sahibinə bildirməyin, bu da bir sürpriz olsun.

Bəzək hazırlanması:
Qeyd edəcəyiniz doğum günü tədbirinə əyləncəli bir görünüş vermək istəyirsinizsə, tədbir keçiriləcək salon və ya otağın bəzənməsinə diqqət göstərin. Şarlar, gül-çiçəklər və ya yubilyarın şərəfinə yazılmış yaxşı dilək qeydləri bu məkan bəzənməsində diqqətçəkən olur.

Ad günü tortu, eləcə də digər hədiyyə və iltifatları seçin:

Ad günlərinin ən mükəmməl rəmzi, ifadəçisi, dəyərlisi tortdur.
Ad günü tortu çox fərqli ola bilər: yaradıcı fikirlərdən asılı olaraq. Məsələn, yubilyarı əks etdirən fiqurlar ola bilər. Uşağınıza hazırladığınız bir doğum günü üçün isə çizgi film xarakterlərini şənliyə dəvət edə bilərsiniz, ya da salonda , dəhlizdə onların simvolu şənliyə ayrı bir ovqat bəxş edər.
Tortun üzərinə o günə xüsusi gözəl bir musiqi notu qoymağı unutmayın. Şənlikdə sizin göstərəcəyiniz iltifatlar məkana görə dəyişə bilər.
Ad günü üçün hazırlanmış xüsusi peçenyelər, ləzzətli şirə və meyvələr ola bilər. Bu menyunu istədiyiniz qədər genişləndirə bilərsiniz.

Doğum günü təntənəsini necə təşkil etməli?

 

Musiqi seçimi edin:
Doğum günü qeyd olunacaq şxsi qarşılayarkən səsləndirməyə gözəl bir musiqi nömrəsi seçin. Və ya qonaqlarla birlikdə hazırlayıb söyləyəcəyiniz bir mahnı ola bilər. Günü əyləncəli hala gətirmək üçün xüsusi bir mahnı siyahısı hazırlaya bilərsiniz.

Hədiyyənizi seçin:

Bu qədər gözəl bir doğum günü tədbirini təşkilati cəhətdən hazırlayaraq, əslində, ən gözəl hədiyyəni siz verirsiniz. Elə hər kəs də bu günün hər zaman heyranlıqla xatırlatması üçün yubilyara bir hədiyyə təqdim edir. Hədiyyələrdə maddi dəyəri əhəmiyyətli deyil, əhəmiyyətli olan sizin diqqətinizdir.

Doğum günü tədbirini əyləncəli hala gətirin:
Ad gününə ayrı bir həyəcan qatmaq üçün kiçik suprizi hazırlaya bilərsiniz. Uşağınıza hazırladığınız tədbirdə kukla nümayişi, maraqlı bir oyun, kostyumlu simvollar və ya bir klounun tədbirə dəvət edilməsi tam fərqli bir həyəcan qatacaq. Yoldaşınıza və ya sevgilinizə hazırladığınız bir video, çxlu-çoxlu şəkillər nümayişi də xoş bir sürpriz ola bilər və s.

Doğum günü təntənəsini necə təşkil etməli?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz