» » Dayəyəmi, nənəyəmi?

Dayəyəmi, nənəyəmi?

 
Körpə doğulur, ailəyə yeni üzv daxil olur , o özüylə bərabər nə qədər ümidlər, təbəssümlər gətirsə də, qayğılar da gətirir. Indi ona baxmaq, nazını çəkmək,
qayğısına qalmaq lazımdır. Axı o , hələ balacadır, ağrısa belə deyə bilmir. Gərək onu halına yananlar olsun ki, hər cəfaya qatlaşıb, bu yavrunu bəsləsin, xəstəliklərdən qorusun. Anası təcrübəsiz də ola bilər, işləyə də bilər. Bəs onda? Nə qədər uşaq bağçası və körpələr evləri olsa da , rahat olmaq olmur. Belə olabn halda insanlar uşaq baxıcılarına üz tuturlar. Amma son dövrlər qeyri-peşəkar dayəlrlə bağlı televiziyada nümayiş etdirilənlər valideynləri haqlı olaraq narahat edir. Axı uşağı hər kiməetibar da etmək olmaz? Bəs nə etməli? Bəlkə uşağa elə nənəsi baxsın?!
Ümid edirik ki, türk saytlarından tərcümə ilə təqdim etdiyimiz bu yazı sizi doqru olaraq istiqamətləndirmək üçün bələdçi ola biləcək.
Müşahidələr və statistik göstəricilərə görə qadınlar daha çox iqtisadi və ya karyera səbəbindən yeni doğulan körpələrinə ilk bir ildə özləri baxıb, sonra iş dönməyi qərara alırlar. Halbuki , ən azı ilk üç il ərzində körpəyə birə ananın baxması, daha sağlam bir yanaşma hesab olunur. Xüsusilə 0-2 yaşarası dövrdə körpələr romantik, zehni və fiziki inkişaflarını sıx olaraq yaşayır və bu müddət əslində onların irəlidə necə bir yetkin olacaqlarına dair ipucları verir.

Dayəyəmi, nənəyəmi?

Ananın uşağın inkişafındakı əhəmiyyəti

Anasına etibarlı bağlanan bir uşaq özünə və həyata güvənməyi ilkin olaraq anadan öyrənir. Bu dövrdə anasız qalan, anasını itirən, ya da ana sevgisi və qucağıyla kifayət qədər bağ qura bilməyən uşaq ananı əvəz edə biləcək başqa bir adamla bu bağı qura bilir. Ana və atayla, xüsusilə anayla qurulan bağ inkişafı daha müsbət mənada dəyişdirir. Ananın bədəni, ürək döyüntüləri, körpəsini qucağına alması, ona toxunması, uşağın neyron inkişafını müsbət istiqamətdə təsir edir. Lakin ana bəzi səbəblərlə bunu edə bilmədiyindən və uşağını birinə əmanət etmək məcburiyyətində qaldığında bəzi çətinliklərlə qarşılaşıla bilir. Məsələn, qeyd e tdiyimiz kimi, ana işə getdiyi zaman böhranlar yaşana bilir. Anasının işə getdikdən sonra bir daha gəlməyəcəyini düşünən uşaq, axşam ana evə döndüyündə anasının qıçlarına sarılır və onsuz keçən günün ağrısını çıxarma səyinə girir. Buna görə ana və atalara işdən gəldiklərində başqa heç bir şey etmədən, birə-bir uşaqlarıyla vaxt keçirmələri təklif edilir. Bu müddət içində uşağa kitab oxuya bilərsiniz, sevdiyi bir oyun oynana bilirsiniz, sevdiyi bir yemək yedirə bilirsiniz ... Belə edildiyində uşaqda getdicə "bəli, səhərlər gedir, amma axşam olduğunda dönür və mənimlə maraqlanır” xatircəmliyi yaranmağa başlayır. Halbuki axşamları onunla maraqlanılmayan bir uşaqda özünə inamsızlıq, sevilmədiyi duyğusunu önə çıxır. Uşaqların fərqli şəkillərdə üruzə verdikləri hirs, ağlama, istəkləri mövzusunda gərəksiz israr kimi duyğuların gətirdiyi mənfi nəticələr isə, təəssüf ki, irəlidəki yaşlara da daşına bilir.

Dayəyəmi, nənəyəmi?

 

Dayəyəmi, nənəyəmi?

Ananın uşağını əmanət etməsi üçün güvənə biləcəyi kəslər, əgər xüsusi bir baxıcı düşünülmürsə, ümumiyyətlə, nənə olur. Məcburi vəziyyət yaranırsa, baxacaq adamın ailə içindən biri olması daha yaxşı qəbul edilir, çünki nə olursa- olsun xüsusi bir baxıcının uşağı nənələrindən daha çox sevmeyəcəyi düşünülür. Nənələr uşağın ictimai romantik, fiziki və zehni inkişafına kömək edə bilirsə, təhsillidirlərsə, uşağa baxacaq adam olaraq seçim edilə bilər. Uşaq burada bir sevgi bağı qurur, çünki uşaq üçün əhəmiyyətli olan şey sevilməyə möhtac olmaqdır. Bu səbəblə əgər ailə içində qayınana və ya ana ilə yaxşı bir əlaqə varsa, nənələrimizin bu işin altından qalxa biləcəyi düşünülüyrsə və nənələr özləri də bunu həqiqətən istəyirsə, uşaq nənəyə etibar edilə bilər.

Dayəyəmi, nənəyəmi?

Evdə iki ana olunca ...

Uşağın baxımı nənələrimizin birinə həvalə edilmişsə və onlar eyni evdə qalırsa, bu, eyni zamanda, həm də evdə iki ananın varlığı demək olur. Bu da istər-istəməz uşaq baxımıyla əlaqədar bəzi anlaşılmazlıqlar da oğura bilir. Nənələr , ümumiyyətlə, nəvələrinin hər istədiyini etmə meyli içində olurlar. Bu vəziyyət, əlbəttə ki, ana- atanın nüfuzuna mənfi təsir edən bir vəziyyət olur. Ancaq bu tip davranışlar uşağı hər zaman da mənfi istiqamətə çəkə bilər. Məsələn, ana şokolad alışını qadağan etmiş, amma nənələr uşağa şokolad alma istəmişlər və ya alırlar. Belə vəziyyətdə uşaq ana-ata nüfuzunun bir parça xaricinə çıxmaq kimi də səmtlənə bilir. Belə məqamlarda müzakirələr, uşağa müsbət təsir üçün diqqətli davranılması lazımdır.

Dayəyəmi, nənəyəmi?


Dayə seçəkən diqqət edilməsi lazım olanlar

*** Mütləq etibarlı istinadları olan birini seçin. Yaxınlarınızın istinadları bu mövzuda sizə köməkçi olacaq.
*** Uşağınızın ana dilində danışan, öz mədəniyyətinizdən olan birini seçin.
Unutmayın, tez-tez baxıcı dəyişməsi uşağa tərk edilmə duyğusu yaşadar, öz etibarını zədələyər.
Dayənn daha əvvəl belə bir təcrübəsi olub olmadığını soruşun.
Bir uşaqla bütün gün nələr edə biləcəyini, nümunələr verərək şərhini istəyin.
Nə yeməklər edə bildiyini öyrənin.
Ola biləcək bir böhran anını necə idarə edə biləcəyini; məsələn, uşaq yemək istəməyincə, nələr edəcəyini öyrənin və s.

Dayəyəmi, nənəyəmi?

Tərcümə ilə işlənilmişdir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz