» » Qadınlar sirr saxlaya bilmədikləri üçün kişilər onları sirdaş seçməyə ehtiyatlanırlar

Qadınlar sirr saxlaya bilmədikləri üçün kişilər onları sirdaş seçməyə ehtiyatlanırlar

Qadınlar sirr saxlaya bilmədikləri üçün kişilər onları sirdaş seçməyə ehtiyatlanırlar

 

İnsanın üç ən mühüm keyfiyyəti var ki, bunlardan biri sirr saxlamağı bacarmaqdır( digər ikisi isə qüsuru bağışlaya bilmək və zamanı dəyərləndirməyi bacarmaqdır).
Sirr sözünün etimologiyası nədir: başqalarından gizli saxlanılan, başqalarına bildirilməyən, deyilməyən və hamının bilməli olmadığı söz, iş, məsələ və s. Sirrin özünün ehtiva etdiyi spesifik anlamlar var. Məsələn, bir şeyin dahili, gizli mahiyyəti (müvəffəqiyyətin, qələbənin sirri); hələ açılmamış, öyrənilməmiş bir müəmma (torpağın sirri, yaranışın sirri və s).
İnsanların gündəlik həyatında öz şəxsi münasibətlərində müəyyən məqam və incəliklər də var ki, bu incəliklərin sahibi onların dilə gətirilməsini istəmir, fikirləşir ki, kimsə əksinə çıxa bilər, paxıllıq edər: artıq baş tutmuşsa belə, ona qarşı bədhax fikrlərə düşər. Əslində, bəzən hələ gerçəkləşməyən br niyyət hqqında məlumat sızdırmaq yaxşı hal deyil və bu, niyyətli adamın özünün sirr saxlaya bilməməsi anlamına gəlir.
Sirr anlamının özündə adi sözlərdən fərqli bir diqqət, informasiyanı qəbul eməyə hazırlanmaq var. Kimsə birinə sirr sayıla biləcək söz deyəcəksə, ani olaraq sağa –sola baxacaq ki, görən kimsə yox ki. Və yaxud sağ əlini ağzına tutacaq ki, səs dalğalanıb ətrafa yayımlanmasın, yəni ehtiyatlılıq sinirləri ayaqüstə olacaq. Sirr veriləcək adam da həmən qulağını sirr deyən adama fokuslayacaq, yaxınlaşdıracaq; gözlərini qıyıb, alnını qırışdıraraq xüsusi bir diqqət yaradacaq ki, sirrin məzmununu milliqramına qədər mənimsəmiş olsun.
Hz. Əlinin bu haqda dəyərli kəlamı var: "Sirr saxlamaq bir iradə imtahanıdır, bu imtahanı qazana bilməyən həyatda heç bir imtahanı qazana bilməz.”
Əslində, sirr deyilməz, kimsəyə bildirilməz. Onu şəxsin ğzündən qeyri ikinci bir şəxs də bilirsə, artıq sirr sayılmır.
Deyirlər ki, Yavuz Sultan Səlim bir çox osmanlı padşahı kimi səfər edəcəyi ölkələr və yerlər barəsində kimsəyə bildirməzmiş, gizli saxlayarmış, yəni bu, bir sirr olardı. Bir dəfə də belə səfər ərəfəsində Sultana ən yaxın vəzirlərdən biri onun xoş ovqatından istifadə edib gedəcəyi ölkəni soruşur. Sultan vəzirdən soruşur ki, sən sirr saxlamağı bacarırsanmı? Vəzir də cavab verir ki, bəli, hünkarım, bilirəm"
Yavuz Sultan da cavabını çox gözlətmədən demiş: "Mən də bilirəm."
Yəni insan sirr olacaq nəyinsə mahiyyətini sirr olaraq qəbul edibsə, saxlamağı da bacarmalıdır.
Bu məsələ çox söhbət və araşdırmalar mövzusu olmuşdur. Kimlər (psixoloqlar, sosioloqlar, pedaqoqlar, jurnalistlər və s.) bununla bağlı araşdırmalar, müşahidələr apamışsa, sonda bu qənaətə gəlmiş ki, qadınlar kişilərə nisbətən sirr saxlamağı bacarmırlar.

Qadınlar sirr saxlaya bilmədikləri üçün kişilər onları sirdaş seçməyə ehtiyatlanırlar

1.Kişi başqasının sirrinə öz sirrindən çox sadiq qalar; qadın əksinə öz sirrini, başqasının sirrindən daha yaxşı saxlayar.
Jan de Labryuyer

2. Qadınların saxlaya bildikləri tək sirr bilmədikləri sirrdir.
Seneka

3.Hansı sirr olursa- olsun, necə sirr olursa-olsun, qadın ürəyini məcbur edər.
A. S. Puşkin

Qadınlar sirr saxlaya bilmədikləri üçün kişilər onları sirdaş seçməyə ehtiyatlanırlar

Sitat müəllifləri dünya icyimai fikir tarixində kifayət qədər tanınmış insanlardır. Doğrudanmı qadınları bu mövzuda sədaqətsiz hesab etməliyk, iradəsiz hesab etməliyik?
Hətta qadınlaın bu cür keyfiyyətləri bəzən də ironik atmacalara çevrilmiş, "arvad kimi hülqumu yoxdur”; sirri açan kişidirsə, tənə edərlər ki, "adam arvadağız olmaz ” .
Ana və uşaq.az birbaşa qadınların saytı olduğu üçün bu mövzuya laqeyd qala bilməzdi. Çünki bu məişət söhbəti olsa da, ciddidir və biz bu məsələyə bir qədər fərqli yanaşırıq.
Bu mövzuda çoxlu sayda yazı izlədim, müxtəlif ölkələrdə aparılmış araşdırmalar haqqında məlumatları oxudum. Təəssüflər ki, sülhdə, mərhəmətdə yekdil ola bilməyən dünyada dili, dini ayrı-ayrı adamlar kainatın zərif məxluqlarına qarşı yekdildilər ki, qadınlar sirr saxlamağa iradsizdirlər, qadın bir sirri bildimi qısa müddətdə el-aləm biləcək: ilk öncə əri, anası, sonra ən yaxın rəfiqəsi və beləliklə də bütün ətraf. Dünyada mövcud olan müxtəlif araşdırma komissiyaları bu barədə öz nəticələrini də elə bəhəbəhlə yayırlar ki, qadınlar sirr saxlaya bilmirlər . Nəticəsi də bu olur ki, cəmiyyət də bu psixo-sosioloji keyfiyyəti yarlıq kimi qadınların üstünə yapışdırırlar. Bunu, hətta, o dərəcədə kütləviləşdiriblər ki, indi dünyanın hansı məkanında, hansı millətindən bu barədə soruşsan, soruşduğun adamın üzünə təbəssüm gələcək, yəni bu fikirlə razılaşır. Dünya belə edəndə, əlbəttə ki, proletar da qadını özünə sirdaş seçməyəcək.
Guya İngiltərədə "Wines of Chile” araşdırma komissiyası tərəfindən yaşları 18-65 yaş arası üç min qadın üzərində aparılan araşdırma ilə bu qənaətə gəlinmişdir. Guya qadınlar sirrini başqasına deməsələr, sakitləşə bilmirlər.
Paylaşılan sirlər təbii ki, daha çox şəxsi həyatla bağlııdır. Qadınların eləcə də fərqi yox, adı vətəndaşların dövlət sirri hesab ediləcək məsələləri öyrənməyə maraqları da ola bilməz. Çünki hər birimiz istəyirik ki, Azərbaycanın strateji sirləri dövlətçiliyimizi qüdrətini əks etdirsin. İnsanların öz aralarında əlaqələr isə həyati münasibətələrə: sevgiyə, sevgi münasibətlərinə, karyeraya aid olur.


 

Qadınlar sirr saxlaya bilmədikləri üçün kişilər onları sirdaş seçməyə ehtiyatlanırlar

Qızların həyatında sevgi məsələsi çox önəmlidir, onların qəlbi o qədər saf, təmiz, pak, istidir ki, bu səbəbdən emosionaldırlar, duyğulanmağa çox meyillidirlər. İstəyirlər ki, yaxınları ilə, hamı ilə bölüşsünlər: sevgi paylaşdıqca bölünür, çoxalır, qoy hamıya bu svincdən cımırtqı düşsün.
İndi araşdırma aparanlar iddia edirlər ki, qızlar bu "sirlərini” ən çox üz-üzə, mesajla, ya da telefonla danışaraq bölüşür və bununla rahatlanır. İndi bir qız hələ ürəkdə olan sevgisini, hələ nə vaxt üçünsə planlaşdırılan elçiliyi sevincək bir qız rəfiqəsinə üz-üzə, telefonla və yaxud sms-lə bildiribsə, o da bir başqasına deyibsə, burada qəbahət olan nədir? Məncə, sirr o anlamda başa düşülməlidir ki, onun özəyində bir məxfilik, xalq, vətən üçün xoş bir niyyət olsun və onun açıqlanması, dövlətin, xalqın mənafeyinə zidd olmuş olsun. Əgər sirr hər hansı qəsdlə, təxribatla bağlıdırsa, onda bu və ya digər cinayət elementləri varsa, əksinə, bilib xəbər verməmə məsuliyyəti yaradır. Əgər bir kimsə öz yataq sirlərini paylaşırsa, bu paylaşmaq nəyə lazım, onu paylayan da, yayan da qəbahətlidir. Sirr statusunda olan məsələlər o məsələlərdir ki, ( dövlət sirləri, hərbi sirr, peşə sirri, tibbi sirr və s) onlar qanunla tənzimlənir, tərəflər arasında öhdəlik yaradır.
Kimsə bir niyyəti, planı (sevgi, karyera) barədə onun gerçəkləşməsindən əvvəl kiməsə sirr veribsə, ola bilər ki, qarşısının alına biləcəyinə cəhd edilsin, mane olunsun və ya təşəbbüslər edilsin, sirr verən də məqsədinə çatmasın. Bu da normal münasibət deyil, amma bu sirr saxlaya bilməmə ilə əlaqəli yaranan nəticə tərəflər arasında incimək, küsmək məsuliyyətindən başqa nə yarada bilər ki?. Əslində, sirr verən özü daha cavabdehdir.
Bəziləri deyirlər ki, qadınlar yataq sirlərini paylaşırlar.. Niyə bu, sirr olmalıdır ki, deməyəydi, bu, özü bir eqoizmdir?
Tutaq ki, mənə elə bir sirr deyərlər ki və yaxud hardansa yiyələnmiş olaram ki, onun yayılması cəmiyyətdə, ən azından həmin sirrin mənsub olduğu düşərgə tərəfindən böyük rezonasla qarşılana bilər, hətta mndən qaynaqlandığı üçün, başım da ağraya bilər.Mən bunları bilirəmsə, heç sirrin məxsus olduğu adama belə bu barədə məlumatım olduğunu bildirmərəm. Qalmışdı, könüllü olaraq, kimi söhbətə tutdum, bu haqda danışım. Məntiq belə göstərir. Qadınlar isə daha mülayim və və ehtiyatlanan varlıqdır, o, daha ehtiyat edər, hələ söz-söhbət yaransa, cavabdehlik bir tərəfə, bu tərəfdən proletarın əlinə də fürsət düşmüş olacaq "cəbhəboyu geniş hücuma keçməyə”.Şübhəsiz, qadın da bunları bilir. Qadınlarımız müti deyil, kübar olduqları qədər də ziyalıdırlar.
Amma qadınlar daha çox evdar olduqlarından, daha çox ünsiyyət məqamları yarandığından istərlər ki, malik olduqları məlumatları maraqlı müsahib, zəngin məlumata sahib təəssüratı yaratmaqdan ötrü söhbət etdiklərinə desin..kimsə deyirsə ki ha, qadınlar psixoloji yükdən xilas olmaq üçün sirri başqasıyla paylaşırlar, şəxsən, mən ciddi qəbul etmirəm. Qadının psixoloji gərginliyi o məsələyə görə yaranmayıb ki, onu paylaşanda da sakitləşsin.
 

Qadınlar sirr saxlaya bilmədikləri üçün kişilər onları sirdaş seçməyə ehtiyatlanırlar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz