» » "Yer üzündə gördüyümüz nə varsa, qadının əsəridir "

"Yer üzündə gördüyümüz nə varsa, qadının əsəridir "

"Yer üzündə gördüyümüz nə varsa, qadının əsəridir "

 

Qadın kişi cinsinin əksi olan insandır.
Türkcəyə qadın sözü soğdcadakı "watn” sözündən əvvəl qadın olaraq, sonra isə səs dəyişikliyinə uğrayaraq "qadın" və "xatun" kimi iki fərqli şəklə düşmüşdür.
Soğdi dili Orta Asiyada süoğdların istifadə etdikləri Hind-Avropa dil ailəsinə bağlı, İran mənşəli antik bir dildir. Soğd milləti özü isə bugünkü Özbəkistanda yaşamış, çox yumşaq xasiyyətli, sülhsevər və ticarətlə məşğul bir millət idi. Türklərin yaxşı əlaqələr qurduğu, torpaqlarında ticarət etmələrinə icazə verdikləri bir xalq idi.
9-cu əsrə qədər İpək Yolu üzərində danışılan ən mühüm dil olmuş olan soğdi dili soğdların getdikcə daha çox türklərin arasında qalması və türkcə danışmağa başlamaları ilə əhəmiyyətini itirmiş və sonda isə tamamilə itmişdir. Türkdilli soğdlar türklərə qarışıb bunların arasında əriyib gediblər.
Günümüzdə bu dilin ən son qalıqları (Əfqanıstanın bəzi dağ kəndlərində) olduqları düşünülən və çox az insan tərəfindən danışılan soğdcaya oxşar bir dil var. Əfqanıstan və Tacikistanın bəzi yaylaqlarında soğdi dilinə yaxın bəzi dillər hələ də yaşayır.
Türk xalqlarının tarixində qadınlar bütün nə gözəlliklər var hamısı üçün ölçü olub, simvol olub. Qadın lazım gələrsə, at minər, ox atar, güştü tutar, döyüşdə ərinin silahdaşı və arxası olardı. Qadın ailədə, cəmiyyətdə söz sahibi olan kişinin taleyini, fəliyyətini müəyyən edərdi. Bir az loru dili ilə desək, qadın, həyat yoldaşı ərinin və ya sevgilisinin düşüncə və hərəkətlərinə stimul verərdi.
Qadın ana olaraq evində, ailəsində bu evin ailənin birlikdə dünyaya gətirdikləri övladlarını böyüdüb-bəsləyər, ocağı sönməyə qoymaz, ər-ata da arxyıncasına öz işlərini görərdi. Bu, həmişə belə olub və sonradan müəyyən mənfi çalarlar qazansa da, yenə zaman-zaman qazandığı həmin şərəfdədir. Qadın cəmiyyətin gələcəyidir, başqa sözlə, dünyanın mövcudluğu anaların əlindədir: həyatın davamlı olması, insan nəsillərinin davam etməsi üçün dünyaya körpə gəlməlidir. Allah bu şərəfi qadınlara həvalə edib. Mustafa Kamal Atatürk necə gözəl ifadə edib : "Yer üzündə gördüyümüz nə varsa, qadının əsəridir ”. Qadın olmasa, kimdir sabahlara-arzulara qanadlanan?
Qadın ana olaraq övladını iməkləməkdən xilas edir, həyat öyrədir. Qadın bacı olaraq qardaşlarının nişanına-toyuna xonçalar bəzəyir…
Qadın sevgili olaraq sevdiyini ağayana olmağa, səliqəli, gözəl görünməyə vadar edir…

"Yer üzündə gördüyümüz nə varsa, qadının əsəridir "

 

Qadın sevgidən, eşqdən, mərhəmətdən, vicdandan yaradılmışdır, ona görə də Qadın sözü bu sözlərin hər birinin qarşılığı olaraq işlənmək haqqına sahibdir. Bir sözlə ifadə etmək lazım gəlsə isə,Qadın həyatdır.
Bir uşağın sağlam və bəxtəvər böyüməsi üçün ən yaxşı mələk anadırsa, bir kişiyə də səmimiyyəti, nəvazişı qadın qədər əta edə bilən 2-ci bir şəxs yox, hətta ikinci bir qadın belə. Bu haqq, bu ülviyyət ancq kişinin Halalına məxsusdur. İkinci qadının nəvazişı paket nəvazişdən başqa bir şey deyil. Böyük şairimiz Nəbi Xəzrinin unudulmaz misralarını təkrar necə xatırlamayaq:
Ey kişilər!
Sevginizi əzizləyin cahanda, 
Qadınlığın sədaqətdir ilk adı.
Vay o gündən-
Ömrun axır anında, 
Gözünüzü qapayan da olmadı!


"Yer üzündə gördüyümüz nə varsa, qadının əsəridir "

 

Müdrik insanlar, sənət və ədəbiyyat adamları ailəcanlı qadınları, zəhmətkeş, vəfalı anaları/həyat yoldaşlarını hər zaman böyük fəxrlə dilə gətirmişlər. Azərbaycan torpağı, Azərbaycan xalqı malik olduğu iqlim qurşaqları, təbii sərvətləri ilə Allahın lütfünü qazanmışdır. Bu xalqa bir lütf də , həm də ən böyük lütf, Azərbaycan Qadınıdır, Azərbaycan Anasıdr.
Son dövrlər mənəvi dünyanın da geniş ölçüdə dəyişməsinə gətirib çıxaran hadisələr (mənəvi kataklizm ), münasibətlər nəticəsində dədə-babalarımızın əsrlərdən keçib gələn əxlaq və davranış normaları aşınmalara məruz qalmışdır.
Kütləvi informasiya vasitələrini izləmək kifayətdir ki, bu cür aşınmaların artıq kütləviləşdiyini, xarakterik olduğunu görəsən. Məsələn, saytların birində yazı verilmişdi: bir xanım deyir ki, əgər bu qədər pul versələr, layihə üçün tam soyunaram. Və yaxud azərbaycanlı digər aktrisa ABŞ bayrağı olan bikini ilə şəkil çəkdirib və s. Bu, sənət sahəsidir, hansı mədəniyyətdir, bizim xalqa aid deyil, bizim xanımlara yaraşmır.
Belə şəkillərin, görüntülərin yayılması isə daha belə nümunələrin yaranmasına səbəb olar ki, bunlar arzuolunan deyil. Axı qadının vəzifəsi bunlar deyil.
Mustafa Kamal Atatürkün kəlamı var: "Qadının ən böyük vəzifəsi analıqdır”
Qadın nə qədər gözəl, yaraşıqlı olsa, ana deyilsə, bu xilqətin cövhərindəki nəcabət, qüdsiyyət yox olub gedir, itir.
Necə ki Emil Zolya deyib: "Heç bir bəzək və makyaj vəsaitləri bir qadını,analıq sevgisi qədər gözəlləşdirə bilməz.”
Qeyd: "Qadın” sözünün izahı vikipediya məlumatlarına istinadən verilmişdir.

"Yer üzündə gördüyümüz nə varsa, qadının əsəridir "

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz