» » Qadın bərabərlik iddiasında olanda münasibətlərə xal düşür

Qadın bərabərlik iddiasında olanda münasibətlərə xal düşür

 

Qadın bərabərlik iddiasında olanda  münasibətlərə xal düşür

Bir cəngavər filmindən olduqca təsirləndim: ağır və dəbdəbəli paltarını geyinən cəngavərə bir qadın köməkçi olur . O, cəngavərin geyimlərinə diqqət edətrək, əvvəlcə, baxışları və toxunuşları ilə duyğularını axtarırcasına köynəyinin düymələrini bağlayır, sonra da etina ilə zirehini geyməsinə köməkçi olduqdan sonra içdən gələn bir duyğu ilə sarılaraq onu öpür: döyüşə yola salır, uğur diləyir.
Cəngavər ölümə gedir: sevdiyi üçün, həm də sevildiyi üçün gedir. Əhsən, budur qadının gücü!
Bir cəngavər üçün döyüşdən, ya da dueldə sağ-salamat qayıdanda özünü qarşılayan və onunla qürur duyduğunu baxışlarıyla və duyğusuyla hiss etdirən sevgilisinə qovuşmaq dünyaya əvəz bir həzz olmalıdır. Uğruna ölümə gedəcəyi dəyərləri olmayan biri də onsuz da cəngavər olmaz, həyatını başqa şəkildə davam etdirərdi...
Cəngavər ilə sevgilisi arasındakı əlaqəyə baxsaq, onlar bir-birinə bərabər deyil, sanki biri digərinin tamamlayıcısı olaraq həyatlarını paylaşmaqdadırlar. Cəngavər özünə ehtirasla bağlı bir sevgilisi olduğu üçün qəhrəmanlıq göstərməkdə və canını dişinə taxıb həyatda qalmağa sevgilisinə qovuşmağa çalışır; sevgilisi də igid və sadiq bir kişini olduğu üçün ona və həyata ehtirasla bağlıdır.
Yüz illərdir qadın kişi arasındakı mübarizə indiki vaxtda daha da artmış, qadınlar (xüsusilə feministlər) kişilərlə bərabər olma istiqamətində səy sərf edərkən, qadınları anlama və əməkdaşlıq etmə bacarığı qazana bilməyən kişilər də fiziki üstünlüklərinə rəğmən qadınlar üzərində hakimiyyət qurmağa çalışmışar. Qarşılıqlı cəbhə alınmaqla qadın kişi arasında möhkəm bir əlaqə yaradılması olduqca çətin məsələdir.
Bir evin yuva ola bilməsi qadınla kişinin arasında möhkəm bir əlaqənin qurulmuş olmasına bağlıdır. Sağlam bir yuva isə sığınılacaq və dinclik olacaq yer olaraq görülər və burada gələcəyə inamla baxan uşaq yetişdirilə bilər. Huzur dolu bir yuvanın qurulması da (yuvanı dişi quş qurar) qadının qadınlıq rolunu mənimsəməsi ilə təmin edilə bilər.

Qadın bərabərlik iddiasında olanda  münasibətlərə xal düşür

Gündəlik həyatımızda qadınlardan gözlənilən rollar hər zaman kişilərdən gözlənilən rollardan daha çox olub, bir nəslin yetişdirilməsində bu rolları haqqı ilə yerinə yetirə bilən qadınlar əlləri öpüləcək və hörmət ediləcək gerçək abidədir. Qadınların nəsilləri yetişdirmə vəzifəsini təsirli bir şəkildə yerinə yetirməsi üçün çox yaxşı maarifləndirilməsi və yetişdirilmələri lazımdır.
Qadın kişi bərabərliyi mövzusunda edilən müzakirələr nəticəyə çatıla bilməyən müzakirələrdir. Belə deyək, əbəs işdir. Bir insanı başqa bir insandan, ya da insanları heyvanlardan üstün edən dəyər şübhəsiz onun duyğularıdır. Qadınların kişilərə görə daha romantik olmaları və danimarkalı filosof, protestant ilahiyyatçı-yazar Soren Kierkegaardın ifadəsi ilə daha narahat olmaları nəzərə alaraq qadınların duyğu və qayğı baxımından kişilərdən fərqli və daha üstün olduğunu söyləmək səhv olmaz. Fiziki olaraq da kişilərin daha güclü olduğu aşkardır.
Qadınla kişi bərabər olmaqdan çox bir-birini tamamlayan cinslər olub biri olmadan digərinin bir məna ifadə etmədiyi bir bütünün parçaları olaraq qiymətləndirilməsi lazımdır. Yəni, qadın və kişi bir-birinin bütünləşdirən cüzlərdir (hissəsidir). Və bubunla bağlı əfsanə də var.....
Fiziki olaraq qadınların kişilərin etdiyi işləri etməyə qalxması, ya da kişilərin etdiyi işlərdə bərabər olmaq üçün səy göstərməsi əbəsdir. Digər tərəfdən də qadınların yalnız kişilərə xidmət etmək üçün yaradılmış olduğunu düşünmək də gerizəkalı insanlar tərəfindən dilə gətirilən bir yanaşmadır.
Keçmişdə və indiki vaxtda qadınların vəzifələri ayrı, kişilərin vəzifələri ayrı olacaq şəkildə bir vəzifə bölgüsü vardır. Qadınlar idarəçi, kişilər icracıdırlar. Min illərdir oğulların ordu, qızların oba qurması nəticəsində nəsillərin, insanlığın davamlılığı təmin edilmişdir. Amma qeyri-adi və gözlənilməz şəraitlərdə kişilərin etdiyi bəzi işlərin qadınlar tərəfindən edilməsi, qadınlar tərəfindən edilən bəzi işlərin də kişilər tərəfindən edilməsi çox təbii qarşılanmaqdadır. Bu, həyatdır, hər şey ola bilər.
 

Qadın bərabərlik iddiasında olanda  münasibətlərə xal düşür

Qadınların kişiləri hövsələdən çıxardıqları zamanlar, ya da kişilər yanında olan qadına "keçənə yan baxdın, qarşıda oturana göz-qaş oynatdın və ya "frikik” etdin (arqodur; qadın qıçını, ya da sinələrini fərqində deyilmişçəsinə açmaq, göstərmək ),- deyə hirslənib, hədsiz qısqanclıq nümayiş etdirdilməsi, təəssüf ki, qadınların tez-tez məruz qaldıqları bir şiddətdir. Televiziyalarda bu mövzuda xəbərlər sensasiya yaratmaq üzrə verilən xəbərlər hesab olunur. Qısqanclıq, aldatma və ya başqa səbəblərlə arvadına, sevgilisinə, qardaşına və ya yoldaşına şiddət tətbiq edən kişilər, ümumiyyətlə, davranış pozuqluğu göstərən kişilərdir. Bir kişi yanında olan qadına əsəbini fiziki, ən təhqirli şiddətlə söndürməyə qədər gedirsə, o, ruhən sağlam deyil. Əgər bir kişi ruhən sağlam olmasına baxmayaraq, yanındakı qadını öldürəcək qədər hövsələdən çıxarılmışsa, ya da intihara qərar verəcək qədər ruh sağlamlığı pozulmuşsa, bu vəziyyətə gəlməsində qadının da qüsuru var. Qadına zorakılığın dozanın artırıb öldürməyə qədər çatan kişilərin çoxu sonda özlərini də öldürməkdə və ya intihara təşəbbüs edirlər ki, bu vəziyyət psixologiya və ruh sağlamlığı baxımından araşdırılması lazım olan bir hadisədir.
Psixoloji olaraq şiddət görən biri özündən daha zəif olanlara qarşı gördüyü şiddətin daha çoxunu tətbiq etməkdədir. İş yerində ya da çöldə alçaldılan, ya da şiddətə məruz qalan bir kişi də evində arvadından, ya da uşaqlarından çöldə gördüyü pis rəftarın ağrısını çıxardığı hər kəs tərəfindən bilinən həqiqətlərdir.
Qadınlara qarşı zorakılıq bütün dünyada həmişə gündəmdə olmuşdur.
Qadınların kişilərdən fərqli duyğu və qayğılara sahib olmaları səbəbindən kişilər tərəfindən anlaşılmalar çətin olur və zaman aparır. Qadınları ancaq üstün zəkalı insanlar anlaya bilmiş və onlar haqqında hər zaman məmnunluqla bəhs etmişlər. Şekspirin bütün əsərlərində baş qəhrəmanlar həmişə qadınlardır. Ruskinin dediyi kimi, " Şekspirin əsərlərindəki fəlakətlər həmişə kişilərin səhvləri və ya axmaqlıqlarından irəli gəlməkdədir; fəlakətlərdən xilas olmaq içində mütləq qadınların zəkaları və üstünlüklərindən ehtiyac duyulmaqdadır; əks halda, heç bir qurtuluş imkanı olmamışdır. "Şekspir, Dante və Homer kimi böyük adamlar qadını ucaldaraq yanıldılarmı görəsən? Bu, doğru olmazdı: yüksək zəka sahibinin yanılması çox çətin ki, ola bilsin.
Qadın və kişi bir-birlərində olmayan xüsusiyyətlərə sahibdirlər və bir-birini tamamlayarlar. Qadınlar kişilərə görə daha gözəl, daha romantik və daha narahat ikən kişilər də qadınlara görə fiziki olaraq daha güclüdürlər. İkisinin də xoşbəxtliyi qarşılıqlı olaraq aralarındakı eşqin uygunluğuna bağlıdır.
Doğrudur, kişilər güc baxımından aktivdir, qoruyucu, quruluşçu, yaradıcı və kəşfedici və müdafiə edəndir. Bu çərçivədə, harada döyüş varsa, orada çarpışır, zəfər qazanmağa çalışır; zəkası düşünmək və icad etmək, enerjisi döyüşmək, qazanmaq və macəra axtarmaq üçündür. Qadınları gücü isə mübarizə etmək üçün deyil, idarə etmək üçündür. Qadınlar zəkasını şirin bir nizam qurmaq, işləri yoluna qoymaq və məqsədəuyğun qərarlar vermək üçün istifadə edərlər. Qadınlar qarşılaşdığı hadisələrin yaxşımı, pismi olduğunu, onların qarşısında necə hərəkət etmək lazım olduğunu yaxşı bilirlər. Ağıllı qadınlar ərlə mübarizəyə girməz, mübarizə tacını kimin geyməsi lazım olduğunu uaxşı bilərlər. Qadının vəzifəsi qərar vermək deyil, yol göstərməkdir.
Kişi gündəlik həyatda ağır işlər arxasında qaçan, təhlükədən təhlükəyə atlayan, evini qoruyan və vətəninin müdafiə edən bir vəziyyətdə olması üçün möhkəm bir təhsil görməsi acı və çətinliklərə dözəcək şəkildə yetişdirilməsi lazımdır. Qadınları bütün bu çətinliklərdən qoruyan kişidir: onlar ərin evində hər cür təhlükədən uzaq yaşaya bilməkdədir.

Qadın bərabərlik iddiasında olanda  münasibətlərə xal düşür

Evi və ailəni idarə edən qadın olduğuna görə dinc və güvən içində yuvanın davam etməsi də qadının əlindədir. Qadın zəkası ilə özünü yüksəltmək üçün deyil, özündən bir şeylər verə biləcəyi və nəfsindən imtina edə biləcəyi sahələr üzərinə sıxlaşdırması ilə əbədi səladət çələngi qura bilər. Bu istiqamətdə qadın zəkasını ərinin aşa bilmək üçün deyil, onun yanında ye r ala bilmək üçün istifadə etməsi lazımdır.
Əsl qadın səadətini bərabərlik iddialarına nail olmaqla yox, ərin/ailə başçısının üstün rolunu qəbul edərək həyata keçirə bilən qadındır
Kişinin eviylə əlaqədar işləri evin dolanışığını, baxımını və təhlükəsizliyin təmin, yuvasını daha yaxşı hala gətirməyə çalışmaq və qorumaqdır. Qadının vəzifəsi isə evdə nizamı, rahatlığı və dincliyi təmin etmək, evini gözəl və şirin bir yuva halına gətirməkdir. Kişinin və qadının vəzifələri genişlədilirsə, kişinin vəzifəsi dövlətin davam etdirilməsi və vətənin müdafiəsinə; qadının vəzifəsi isə ölkənin daha rahat və mənalı hala gətirilməsini təmin etməkdir.
Nəsillərin bədənlə və ruhən daha sağlam yetişməsi üçün qadınların fiziki və ruhən sağlam olmaları şərtdir. Bu çərçivədə qadınların daha gözəl və sağlam ola bilmələri üçün idman etmələri və yaxşı təhsil almaları lazımdır. Ayrıca olaraq qadın gözəlliyinin üzünə əks olunması və sağlam hərəkət edə bilməsi üçün fiziki və ruhən azad olması şərtdir. Təzyiq altında bir qadının gözəlliyi üzünə hopmayacağı kimi, sevgi, şəfqət və səy göstərmə kimi duyğu və davranışlarını da kövrəldəcək, yaranan vəziyyət isə ailənin yetişdirdiyi uşaqlara mənfi istiqamətdə təsir edəcək.
Kişinin qadına, qadının kişiyə qarşı olan davranışları fədakarlıq nümunəsi olmalıdır. Kişinin qadına göstərdiyi ehtiram dolu davranışlar, əslində, qarşısındakına deyil, özünə etdiyi bir yaxşılıqdır, onun özünə qaıdacaq, özü də ikiqat olaraq.
Bir qadının gözəlliyi, sevimliliyi və mükəmməlliyi onu dinclik içində yaşaması ilə təmin edilə bilər. Sevimli, gözəl və şəfqət dolu bir qadınla həyatını davam etdirmək istəyən kişinin qadının dinc və gələcəkdən ümidli olacaq şəkildə yaşamasını təmin edəcək yolları axtarışı və tapması lazımdır.
Bu çərçivədə qadın kişi bərabərliyini düşünmək yox, qadın və kişi arasında uyğunlaşmanın, etimad və əməkdaşlığın , güzəştintəmin edilməsidir.
Qeyd: Bu yazı türkcədən tərcümə ilə işlənmişdir. Müəllifi Həsən bəy Çobandır. (bax:http://www.hasancoban.com/) Həsən bəyin fikirləri çox maraqlıdır. Hörmətli oxucuların diqqətinə çatdırırıq ki, müəyyən fikirlər qısaldılmış ola bilər, bəzi fikirlər bizim tərcüməmizdə ola bilsin ki, mətndə olduğu kimi alınmayıb . Buna görə müəllifdən və oxuculardan üzr istəyirik.

Qadın bərabərlik iddiasında olanda  münasibətlərə xal düşür 

"Ana və Uşaq”

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz