» » Dünyamızı, bizi izi bəxtiyar edən uşaqlar

Dünyamızı, bizi izi bəxtiyar edən uşaqlar

      

Dünyamızı, bizi izi bəxtiyar edən uşaqlar


Təbəssüm və ya gülümsəmə (ingilis dilində "smile" mənasına gələn) fizioloji haldır: ağızın iki kənarındakı və gözlərin ətrafındakı əzələlərin hərəkəti ilə yaranan bir bəxtiyarlıq, məmnunluq göstəricisidir. Gülümsəyən bir simaya və ya tez-tez gülümsəyən bir adama "güləş" və ya "gülərüz" deyilir.
İnsanlar arasında, xüsusilə zövq və əyləncənin ifadəsi olsa da, istəksiz narahatlığının (qorxu) ifadəsi də ola bilər. Gülümsəməyin mədəniyyət fərqi qoymadan, müəyyən qorxulara (stimulus) verilən normal reaksiya olduğuna dair bir çox dəlil mövcuddur. Əksəriyyətlə gülümsəməyin səbəbi bəxtiyarlıqdır.
Heyvanlar arasında, dişlərin göstərilməsi, gülümsəməyə bənzəsə də, adətən, təhdid etmək üçün edilir və ya təslim olma əlamətdir: sadəcə, üz ifadəsini dəyişdirmir, beyinin fiziki və emosional acısını azaldan endorfinlər ifraz etməsinə səbəb olur və beləliklə, xoşbəxtlik hissi verir.”
Bunlar gülüş haqqında vikipediyadan tərcümə ilə təqdim etdiyimiz məlumatlarıdır, fəqət, son da deyil.
Nə qədər ki həyat var, nə qədər ki insan övladı var , həyat+insan qovuşuğunda bu gülüşlərin yeni ilmələri, çalarları, ahəngi yaranacaq. Amma biz bu yazımızda oxucularımızı körpə gülüşləri ətrafına cəm etməyə çalışacağaıq.
Nədir körpə gülüşləri?
Dünyamızı, bizi izi bəxtiyar edən uşaqlar

Dünyanın müzakirəsiz, ən möcüzəvi və ən tilsimli şeyi - həyatın ən gözəl rəngi, nəfəs alıb -vermənin daha mənalı gəldiyi nadir anlardan biridir körpə gülüşü....
Sözlərlə izah edilməsi çətindir: günəş kimidir... Soyuq ürəklərə ən yaxşı məlhəm, əlacdır bu yavruların gülüşləri. Bir balaca canları ilə hamımızı ovsunlayır: "kobud”larımızı incələşdirir, "qəddar”larımıız mülayimləşdirir. Qarşısındakı nə qədər ciddi, sərt adam olsa da, onu güldürə bilən, ani də olsa, üzünü mülayimləşdirə bilən bir potensiala sahib olur: əlin, ayaqların oynadıb qığıldayar. Baxan da ixtiyarsız olaraq qoşular bu nizama.
Balaca, sevimli çöhrəsi ilə baxıb təbəssüm paylayan mələk körpələrin gülüşləri dünyanın bütün şirinlərindən dadlıdır. Bu gülüşlər onların saf, təmiz duyğularının bədənlərinə əks olunmuş halıdır. Gördünsə gördüyün ana qədər səni üzən problem və qayğıları tamamca unudub, elə bil bunlar heç olmayıbmış kimi, əyilib üzünü üzünə toxunduracaqsan, ətrini çəkıcəksən. Yoxsa, ölərik ki... Yoxsa, baş götürüb keçmişdik, ilim-itim itmişdik ki sərhəddən.
 
Dünyamızı, bizi izi bəxtiyar edən uşaqlar

Yaz yağışının narıncı rəqsi, sakit dənizdə bir-digırinə qovuşmağa can can aşiq-məşuq dalğaların bənzəsiz səsi, budaqdan budağa qanad açan xarı bülbülün sevgi zümzüməsi kimi cümlələr silsiləsinə daxil ola biləcək söz qrupudur körpə gülüşləri. Eşidirsən, görürsən: canında, ruhunda, qanında, xəyallarında, arzularında bir tərpəniş hiss edirsən...
Sevdiyin, sənə bunları bəxş edənin əzəl istəyi bu imiş və elə bil ki, bu məqamda impulslar qarşılıqlı olaraq bir-birini tapıb birər olurlar.
Yadınızdadırsa, televiziyada göstərmişdilər: Xətai rayonunun Gəncə prospekti 44 nömrəli evin  girişində yeni doğulmuş qız uşağı tapmışdılar, amma övladları olmur deyə  əllərini göyə uzadan  övladsız ata-ana yox, polislər.
 

Dünyamızı, bizi izi bəxtiyar edən uşaqlar


Uşaq müayinədən sonra 1 saylı Körpələr evinə təhvil verilmişdi. Fikir verin: bir "ana” (əgə onu bu adla çağırmaq olarsa) öz dilsiz-ağızsız, köməksiz körpəsini ayaqlar altına atıb gedir. Mənim, sənin, kiminsə qarşısına belə uşaq çıxarsa, dözmərik, ona sahib çıxarıq, amma bu qəddar insan bu böyüklükdə günaha batır. 2-ci bir məqam: körpə həyatımızın mənasıdır, həyatımızı məzmunlu və dadlı edir. Onu dünyaya gətirmək, nazını çəkmək valideynlərin borcudur.Uşaq döğa ana qucağında, ta ocağında boya-başa çatıb pərvazlnmalıdır, körpələr evində yox. Onu bu haqdan məhrum etmək qəddarlıq deyil bəs nədir? 
Biz uşaq evlərində bir neçə dəfə olmuşuq, yazılar vermişik. Yəni, uşaq evləri, burada yaşamağa məhkum edilmiş çocuqların simasını da görmüşük, səsini də eşitmişik, tale yollarını da az-çox izləmişik. Dövlət nə qədər himayə etsə də, ana qucağından, ailə ocağından məhrum bir uşağın üzü heç vaxt gülə bilməz...lap öz həyatını qurmuş olsa belə.

 

Dünyamızı, bizi izi bəxtiyar edən uşaqlar


Dünyamızı, bizi izi bəxtiyar edən uşaqlar

Bizim oxucularımız arasında övlad həsrətli nə qədər analar var. İllərdir dua etməkdədirlər ki, bircə övladları olsun: qız olsun, amma olsun. Təki onlar da dünyamızın bir yavrulu anası olsunlar.
5 nəvəm var, istəyirəm 5 –i də olsun. Son nəfəsimə kimi evimdə, ocağımda müqəddəslik görüm. Və bu müqəddəslik hər bir evimizdə, ailəmizdə olsun. Biz dadan sevinci Səadətlər də, Nigarlar da, Rasimələr.....ata-analarına, qayınata-qayınanalarına daddırsınlar. Bu, mənim dualarım.
"Ana və Uşaq” hamıya Mersedes arzulamaya bilər, hamının Seyşel adalarında istirahət etmək imkanı olmaması da uğursuzluq deyil. Amma hər bir ailəmiz uşaqlı olsun, nəvəli-nəticəli olsun. Hər bir ata-ana həyata nəvəm var deyə daha bağlansınlar.
 
Dünyamızı, bizi izi bəxtiyar edən uşaqlar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz