» » 3 yaşından sonra uşaq valideynlərindən ayrı yatmalıdır

3 yaşından sonra uşaq valideynlərindən ayrı yatmalıdır

 

3 yaşından sonra uşaq valideynlərindən ayrı yatmalıdır

Uşağınız ilk aylar çox tez-tez oyandığı üçün yanınızda uzanması daha uyğundur. Xüsusilə işləyən valideynlər gecə tez-tez oyanmaq məcburiyyətində qaldıqları üçün uşaqla eyni otaqda yatmağı üstün tuturlar. Lakin bu vəziyyət uşağın böyüməsi ilə dəyişmir. Məktəbəqədər dövrdə və hətta ibtidai məktəb dövründə də uşaq valideynləri ilə birlikdə yatmağa davam etmək istəyir.

3 yaşından sonra uşaq valideynlərindən ayrı yatmalıdır

Uşaq mütəxəssisi, pedaqoq Sevil Yavuz deyir ki, bəzən valideynlər uşaqlarının ayrı bir otaqda uzanmasını istəmir və uşaqlarının öz aralarında yatmasını dəstəkləyir. Bəzən də ana- ata istəsə də, uşaq ana- atasından ayrı bir otaqda yatmaq istəmir.
Uşağınızın körpəlik dövründə sizinlə yatmasına icazə verə bilərsiniz. Amma uşaqlıq dövrünün sonlarında uşağın ayrı bir otaq uzanması daha sağlamdır. Əgər uşağınız erkən uşaqlıq dövründə isə və hələ də sizinlə yatırsa, uşağınızı əvvəlcədən ayrı bir otaqda uzanması üçün motivasiya etməlisiniz.

 

3 yaşından sonra uşaq valideynlərindən ayrı yatmalıdır 

 

Uşağınızın ayrı otaqda uzanması özbaşına yatma vərdişi və müstəqil şəxsiyyət inkişaf etdirməsi üçün lazımdır. Uşaq sizin qoxuya alışdığı üçün bu, ona çox çətin gəlir. Axı bel davam etsə, sizinlə yatmaq uşaqda asılılıq əmıkı gətirər.
Müəyyən bir dövrə qədər uşağın ana-atası ilə yatmasını normal qarşıladığını deyən Yavuz daha sonra demişdir: "Əgər uşağınız 3 yaşından böyükdürsə və hələ də sizinlə yatırsa, vaxt itirmədən otağını ayırmaq üçün işə başlamalısınız - ayrı bir otaqda yatmağa çalışmalısınız. Əgər uşağınızın otağını ayırmaqda çox problem yaşayırsınızsa, mütləq mütəxəssis bir pedaqoq dəstək almalısınız".
Bu cür problemləri yaşamamaq üçün uşağınızı dünyaya gəldiyi ilk andan etibarilə ayrı bir yataqda edin. Uşağınız 2-3 aylıq olanda da isə ayrı otaq da yatıraraq özbaşına yatma vərdişi qazandırmağa çalışın.

3 yaşından sonra uşaq valideynlərindən ayrı yatmalıdır 

Qeyd:
Yazı türkcədən tərcümə ilə işlənmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz