» » Bədbəxt qadın - bədbəxt ailə, xoşbəxt qadın-xoşbəxt ailə deməkdir

Bədbəxt qadın - bədbəxt ailə, xoşbəxt qadın-xoşbəxt ailə deməkdir

 
Bədbəxt qadın - bədbəxt ailə,  xoşbəxt qadın-xoşbəxt ailə deməkdirDünyagörmüş insanlar yaşlarına və həyati müşahidələrinə əsasən bel fikri təsdiqlyirkər ki, qadınlar qoruyucudur. "Qoruyucu” deyəndə nəzərlərimizdən quru qoşunları, artilleriya, qanadlı raketlər, sualtı qayıqlar, dünyanı məhvərindən oynadan nüvə bombaları gəlməsin, gözləriniz qarşısında hər cür təlim görmüş ordu, qoşun növü canlanmasın. Bu qoruyucu hər evdəki bir Qadındır. Əsgər də özüdür, zabit də, Ali Baş Komandn da. Kişilər təəssüf ki, bu sərkərdəliyi "qəməndir”, "evin qəməndiri” kimi, yalnız, bu ampulada görürlər, yumor elementi kimi. Amma Qadın əsl əsgərdir, zabitdir, Ali Baç Komandandır. Qorumalı olduğu ailə dünyasını, onun gözəlliklərini (ər, uşaq qayğıları, qayınana-qayınataya ehtiram, qulluqlarında durmaq; ev-eşiyi təmiz saxlamaq, paltar yumaq, hər gün ən azından 3 dəfə çay-çörək hazırlamaq, qab-qacaq yumaq, uşaqları bağçaya-məktəbə aparıb-gətirmək və sair, və ilaxır) qorumaq, yaşatmaq üçün zərif bir vüçudda hardandır bu qədər güc, enerji? Cavab birdir: ailə məhəbbəti, bu məhəbbətə məsuliyyət, pərvanəlik.
Qadın evi dolandırmağa çalışır, dinclik-rahatlıq bilmədən özünü bu ailəyə, onun üzvlərinə həsr edir. Qayğılar çoxaldıqca, təravət də gedir, şuxluq da gedir, saçlar pırtlaşıq, əzalar yorğun..ərinin qabağına belə çıxır. Darmadağın olmuş ordunun sonuncu əsgərinə oxşayır . Amma fərqində olmuruq ki, qarşımızdakı məplub əsgər deyil.. Bizim evimizi, balalarımızı yedirən, doyuzduran, ev-eşiyimizi gül-çiçək kimi saxlayan bir qəhrəmandır.. bu hala düşüb, amma bizə olan borcuna sədaqətli olub, yerinə yetirib.Dilinə gətirmir ki, bunları edirəm ey mən.. Demir, amma biz də elə bil daşdan, dəmirdənik, duymuruq, oh..oh etmirik. Etsə idik, sevgi onda olardı. Etsə idik, qadınlar hiç qocalmazdı...
Belə vəziyyətdə fəhləni dəzgah arxasına buraxmaq olmaz, aktyoru səhnəyə çıxarmaq olmaz, idmançını rinqə çıxarmaq olmaz, əsgəri posta buraxmaq olmaz... Amma Qadın ər evinin qapısından girdimi, qəbr evinə kimi vaxt-bivaxt: gündüz saat birdə də, gecə saat dörddə də lazım gəldiyində yerindən hövlnak qalxacaq: görən, proletar yuxuda niyə danışdı, Allaha üz tutacaq ki, amandı qıyma, başımızın tacıdır; əliylə körpəsinin orsın-burasın yoxlayacaq qurudumu, əyilib qızının qumral gözlərini qoxulayacaq...
Bir Ananın/Qadının varlığı budur. 
 Hələ ailənin mənzil-məişət şəraiti, proletarın məvacibi bu ailənin xərcləri ilə uzlaşa bilmirsə, Qadın partizanlıq etməlidir, ailəni proletarın imkanlarına uyğunlaşdırmalıdır.
Fikir verin, bu qadının ucalığına: əgər proletarın xəbəri olmursa, o, rahatlıq tapır ki, qadınlıq-analıq borcunu yerinə yetirə bilib, əri bilmədən; ona dərd veməyib...proletar da ən yaxşı halda, fikirləşir ki, hər şey qaydasında gedir də...
Sonra da "ikinci növbə iş”: axşam yeməyi hazırlamaq, qab-qacağı yumaq, uşqların səhər məktəbə hazırlığını gözdən keçirmək, ev tapşırıqlarına Bədbəxt qadın - bədbəxt ailə,  xoşbəxt qadın-xoşbəxt ailə deməkdir baxmaq,çantalarını hazırlamaq və proletarın nəfəsinə də nəfəs vermək... Abu da onun həyatının bir parçasıdır. Bu halında nəfəs vermək iqtidarınd deyilsə də, heç yadına düşməsə də, proletar qəzəblənir axı... Və bütün cünü çapalayan ana/ qadın proletardan bir neçə yaxşı "təşəkkür” alandan sonra göz yaşları içinə dama-dama gedir yatağa uzanmağa, yatmağa yox, sadəcə gecəni keçirməyə. Obaşdan olsun, durub işlərini görməkdə davam esin. O dayana bilməz, acıq edə bilməz...bəs heç nədən xəbərsiz balaları...?
Saytda bu qədər fikirlər paylaşdıq, şərhlər yazdıq, müzakirələrdə dedik, bəzən yazı müəllifi kimi, bəzən sayt rəhbəri kimi canlılıq yaratmaq üçün auditoriyaya uyğunlaşdım, amma içimdəki, beynimdəki olduğu kimi qaldı. Biz Əxlaq Qanunu və ya məcəllə yazmırıq, sadəcə, fikir bölüşürük, düşünə bildiyimizi deyirik. Bunlar vacibdir. İçində, başında yaşadıqları haqqında duyğu, xəyal olmayan kəs nə tək özünə, nə də sevdiyi ilə xoşbəxt, mənalı ömür sürə bilməz. Ona görə də paylaşmağa, bunları saf-çürük etməyə, doğrunu seçməyə hər zaman ehtiyacımız var. Burada tərəfkeşlik etmək faciədir, vəziyyətdən çıxmaq üçün özündən fikirlər söyləmək daha zərərlidir. İnsan yanlış deyə bilər, bu, o qədər qəbahət deyil. Daha böyük qəbahət yanlış olduğunu bildikdə doğrunu qəbul etməməkdir.
Mən qəbul edirəm ki, bir ailənin mövcudluğu üçün Qadının üzərinə düşən yük kişidən daha çox. Mən qəbul edirəm ki, qadınlar kişilərdən daha sədaqətli, 
Amma ailələr arasında yaşanan problemlərdə qadının etməli olduqları da kişidən daha çoxdur. Qurban olduğum kişinin də, onun uşaqlarının da taleyini bir qadının ixtiyarına verirsə, bu birliyi qorumaq, daha zənginləşdirmək lazımdır. Pulla, vəzifə imtiyazları ilə bağlı deyil bunlar. Bunlar sevgi istəyir, diqqət, qarşılıqlı hörmət və ehtiram istəyir.
Elə ailələr arasında yaşanan, Qərbin, serialların, maddiyyətin də, ehtiyacın da təsir imkanlarını bir kənara qoyaq, tərəflərin çox vaxt sevgiyə mükəmməl yiyələnmədən ailə qurmaları, doğru seçim etməmələri olmuşdur. Bir az mühafizəkarlıq var, bir az insanların özünün laqeydliyi var, yəni kimsə kimin qızına elçi gedəcək, qız atası da, "qızın qapısını döyəni geri qaytarmazlar” fəlsəfəsindən çıxış edərək, ağına-bozuna baxmadan qızını verir və yaxud əsgərlikdən oğlu gələn ata yaşı çatıb deyə müəyyən müddət ərzində bir kişinin qızın tapıb gətirir. Gənclərimiz bir-birlərini dərindən tanıyıb, kəşf edib evlənməlidirlər.
Kişilər nə söyləyir qəbul edəcəyəm, onsuz da doğru olmayan uzaq getməz. Bütün sevgililərə arzu edərdim ki, sabah, obirisi gün bugünkündən bir çimdik də olsa, şox istəsinlər... qadınlar bunu hiss etsinlər. Kişilər birdəfəlik bilməlidir: bədbəxt qadın -bədbəxt ailə, xoşbəxt qadın-xoşbəxt ailə deməkdir.
Bir ər qadınını xoşbəxt edirsə, ona tərəf bir addım atırsa, qadın ona 10 addım atacaq. Qadınlar yaranışlarından belədir.
Ədalətli olan bir də budur ki, yalnız kişinin və yaxud qadının şəhidliyi ilə ailəni xoşbəxt etmək olmaz. Bir ayaq üstə qalan evlilik bədbəxt evlikdir, topal evlilikdir. Hər iki tərəf səy göstərməli, zəhmət çəkməlidir.
Əgər evlilik tərəflərdən hansısa birinin fədakarlığı, belə deyək, canıyananlığı ilə davam edirsə, həmin evlilik dərindən sarsılmış deməkdir ...
Evliliyi sarsılmaz edən hər iki tərəfin də fədakar, həssas olmasıdır, bir-birlərinə hörmətdir, sevginin daim canlı olmasıdır.
 

Bədbəxt qadın - bədbəxt ailə,  xoşbəxt qadın-xoşbəxt ailə deməkdir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz