» » Əminə Salamova — Ekologiya üzrə ABŞ-da elmi dərəcə alan ilk azərbaycanlı qadın Əminə Nəcəf qızı Salamova

Əminə Salamova — Ekologiya üzrə ABŞ-da elmi dərəcə alan ilk azərbaycanlı qadın Əminə Nəcəf qızı Salamova


Bu gün ekologiya üzrə fəlsəfə doktoru , İndiana Universitetinin elmi işçisi, ekologiya üzrə ABŞ-da elmi dərəcə alan ilk azərbaycanlı qadın Əminə Nəcəf qızıƏminə Salamova — Ekologiya üzrə ABŞ-da elmi dərəcə alan ilk azərbaycanlı qadın Əminə  Nəcəf qızı  Salamova Salamovanın doğum günüdür. Əminə Salamova 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əminə Salamova Bakıda "Malakan bağı” adı ilə tanınan parkdakı fəvvarədə ucalan qız heykəllərinin müəllifi mərhum heykəltaraş Nəcəf Salamovun qızıdır.Orta təhsilini 83 saylı tam orta məktəbdə almışdır.
1998-ci idə Bakı Dövlət Universitetinin Kimya fakültəsində bakalavr dərəcəsi, 2000-ci ildə isə həmin ixtisas üzrə 
magistr dərəcəsinə yiyələnmiş və hər iki təhsilini qırmızı diplomla bitirmişdir. 2000-ci ildən BDU-nun Üzvi kimya kafedrasında böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb.
2002-ci ildə ABŞ-ın İndiana Universitetinə yenidən magistr proqramına qəbul olunub və 2004-cü ildə ekologiya ixtisası üzrə İctimai və Ətraf Mühit Məsələləri Fakültəsində (ing. School of Public and Environmental Affairs) magistr dərəcəsi alıb. 2013-cü ildən həmin fakültənin elmi işçisidir.
Hazırda Əminə Salamova İndiana Universitetinin Ekoloji Kimya laboratoriyasında ətraf mühitin çirklənməsinin monitorinqi proqramının direktorudur. Bu proqram ABŞ və Kanadanın Ətraf Mühitin Mühafizəsi Nazirlikləri tərəfindən maliyyələşir. Üzərində çalışdığı layihəyə əsasən, rəhbərlik etdiyi qurum orqanizmdəki zərərli birləşmələri insanın dırnağından, tükündən nümunələr götürməklə araşdırır. Bu nümunələr vasitəsi ilə çox asan şəkildə insan orqanizminin geniş miqyasda biomonitorinqini aparmaq mümkündür.
ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosuna məxsus Edmund S. Maski Məzunların Təqaüd Proqramı Əminə Salamovanı Ətraf mühitin zərərli maddələrlə çirklənməsi üzrə doktoranturaya dəvət etmişdir. O, magistr təhsilini başa vuran kimi Departamentin maliyyə dəstəyi ilə İndiana Universitetinin doktoranturasına qəbul olunur. 2011-ci ildə isə elmi işini uğurla müdafiə edərək ekologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnir. O, bu sahə üzrə ABŞ-da elmi dərəcə alan ilk azərbaycanlı qadındır.
Əminə Salamova Amerika Kimya Cəmiyyəti, Ətraf Mühitin Toksikologiyası və Kimyası Cəmiyyəti, eləcə də Böyük Göllərin Tədqiqatı üzrə Beynəlxalq Assosiasiyanın üzvüdür.
Hazırda İndiana Universitetinin Ekoloji kimya laboratoriyasında, ətraf mühitin çirklənməsinin monitorinqi proqramının direktorudur. Bu proqram ABŞ və Kanadanın Ətraf Mühitin Mühafizəsi Nazirlikləri tərəfindən maliyyələşir. Uzunmüddətli bir proqramdır. Ötən əsrin 90-cı illərindən üzü bəri fəaliyyət göstərir və bu araşdırma həmyerlimizin rəhbərlik etdiyi laboratoriyaya həvalə edilib. Laboratoriyada bu u proqramla ABŞ-ın böyük göllərinin ətrafında havada və bir neçə monitorinq məntəqələrində 150-dən çox zəhərli maddənin miqdarının vaxtaşırı ölçülməsi ilə məşğul olurlar. Proqramın nəticələrindən elmi tədqiqat institutları və bütün dünya agentlikləri istifadə edir.

Əminə Salamova — Ekologiya üzrə ABŞ-da elmi dərəcə alan ilk azərbaycanlı qadın Əminə  Nəcəf qızı  Salamova 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
ivermectin oral solution - <a href="https://ivermecti.com/">ivermectin price</a> ivermectin 3 mg tablet dosage
  • Нравится
  • 0
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
sildenafil 25 mg buy online - <a href="https://strongvipi.com/">generic viagra super active</a> buy viagra online with prescription
  • Нравится
  • 0
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
vardenafil vardenafil - <a href="https://vardlvt.com/">order vardenafil without prescription</a> levitra 20 mg
  • Нравится
  • 0
  • Qmixlj

  • 2 sentyabr 2021 12:21
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
deltasone with no script online - <a href="https://prednislon.com/">prednisone in canada</a> buy prednisone 10mg online
  • Нравится
  • 0
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.