» » Pis uşaq yoxdur, pis tərbiyə olunmuş uşaq var

Pis uşaq yoxdur, pis tərbiyə olunmuş uşaq var

 

 

Pis uşaq  yoxdur, pis tərbiyə olunmuş uşaq var

Dünyaya övlad gətirmək bir arzudur. Bütün sevgilərin baş xətti bu arzudan keçir.
Dünyaya gələn hər körpə aonu dünyaya gətirənlərə ata, ana haqqı gətirir, "nənə kimi, baba kimi fəxri ad gətirir özüylə”. Eləcə də əmi, dayı, bibi, xala kimi fəxri ad və münasibətlər...
Nə vaxt ki, körpə ata belindən ana rəhminə düşür, qadının qayğıları başlayır, proletarlar bilməsələr də, bu, belədir.
…Ana olacaq qadının analıq şəfqəti, qayğısı rəhmindəki yavrusunu qorumaqdan başlayır... Nəfsi çox şey istəyə bilir, amma yavrusuna əks təsir edə deyə, bütün istəklərini boğur. Özü açıq hava istəsə də, körpəsi naminə sərin yeri seçir və yaxud əksinə..Təki, körpəni qoruya bilsin, dünyaya sağ-salamat gətirə bilsin... Bütün bunlardan sonra ana çəlimsiz övladının ayaqlarını necə zəncirləyə bilər? Zəncirləyibsə, min günah işlədib..Amma hökm verməyə tələsməməliyik. Ananı analıq haqqından məhrum etmək və ya həbsə göndərmək büsbütün rəsmiyyətdir...

Əgər o ananın bəxtəvər, nümunəvi və xoşbəxt həyatı olsaydı, bu oğlunun kürəyinə əl çəkəcəkdi ki kürəkli olsun, sinəsinə əl çəkəcəkdi ki, ürəkli olsun.. Deməli, uğursuz ailədir. Bax, bu məqam üzərində dayanılmalı, əlaç axtarışı bu nöqtədən axtarılmalıdır.
Bu gün bir çox saytlarda (məsələn: https://azvision.az/news/187186/anasi-terefinden-zencirlenen-usaq-siginacaga-yerlesdirilib-.html) Nəsimi rayonunun ərazisində zəncirlənən bir uşaqla bağlı açıqlama vermişdilər. Özü də manşetdə yazmışdılar ki, spirtli içkilər içir, guya çox nadinclik edir, evdən pul oğurlayırmış. Fikir verirsinizmi, 9 yaşlı bir zavallını məsuliyyətdən qurtarmaq üçün necə qaralayırlar.
Bu, uşaq hüquqları baxımından tamam yanlışdır. Mətbuat ona havadar çıxmaqdansa, ona işgəncə verən valideynlərin əməllərinə haqq qazandırmış kimi olur.
Bəs uşağın atası? Valideynər evə axşamlar gəlirsə, 9 yaşlı uşaq gününü necə keçirməlidir? 9 yaşlı uşaq necə spirtli içki içə bilər, belə də ağ yalan olar?
Pedaqoqlar bu qənaətdədirlər ki, ki, pis uşaq yoxdur, pis tərbiyə olunmuş uşaq var.
Uşaq qayğı görməlidir, sevgi görməlidir.
Fikir verin, əgər ana işə gedirsə (ata haqqında heç bir məlumat verilmir), nə üçün evdə tək qoyub getdiyi uşağının taleyini fikirləşməyib? Hansısa bir yay istirahət düşərgəsinə cəlb etmək olmazdımı? Olardı, amma görək sosial vəziyyəti belə olan ailələrin övladlrı üçün həmin yerlərin qapıları açıqdırmı?
Bu uşaq valideynləri tərəfindən şiddət, ətrafdakılar tərəfindən biganəliklə qarşılanıb. Əgər belə olmasa idi, oxuduğu məktəbin, bəldiyyənin tövsiyəsi ilə onu "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının sığınacaqlarından birinə yerləşdirmək olardı.Orada uşaqlar ailədəki kimi tərbiyə olunurlar.
Yazırlar ki, uşaq ananın əlindən alınaraq uşaq evinə yerləşdirilib. Bu özü də uşağın azadlığını məhdudlaşdırmaq kimidir. Məhkəmənin qərarı olmadan uşaq valideynlərindən necə alına bilər?
Daha vacib bir xatırlatma:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var, hər bir icra hakimiyyətinin tərkibində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, həmçinin ailə problemləri ilə məşğul olan QHT-lər var, amma bu qurumlar zəncirlənən uşaq mətbuat səhifələrinə çıxandan sonra xəbər tutublar və indi də bəyanatlar verirlər.
Bu gün həyatımızın müxtəlif məqamlarında yeniyetmələrlə bağlı qarşılaşdığımız narahaterdici hallar bizim uşaqlarla bağlı qayğılarımızın keyfiyyətindən xəbər verir. Axı uşaqlar mütəhərrikdir. Onlar daim oynamağa, gəzməyə meyilli olurlar. Bəs harda? Məhəllələrdə uşaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün guşələr, klublar, dərnəklər varmı? Az-çox olanları furbol meydançaları vardı. İndi onlar da işbazlar tərəfindən ələ keçirilir, belə yerlər gündən-günə məhdudlaşdırılır. Mən hələ yaşadığım ərazidə bələdiyyənin, MİS-nin hansısa bir addım atdığını görməmişəm. Amma sovet vaxtında yaradılıb istifadəyə verilən uşaqbağçaları və görpələr evi, MİS-lərin nəzdində olan klublar işləyən valideynlərin bu sarıdan qayğılarını aradan qaldırmaq üçün düşünülmüşdü.
Bu gün isə imkanlı ailələrin uşaqları hansısa yay düşərgələrinə, bəziləri rayonlara gedir. İmkanı olmayanlar isə evdə qalır, valideynlər işdə, əksər məhəllələrdə isə heç bir rahatlıq yox. İctimai faydalı məşğuliyyətsizlikdən uşaqlar diqqətdən kənzrda qalır, pis vərdişlərə yiyələnirlər.
Bu isə belə uşaqların gələcəkdə bir fərd kimi formalaşmasına öz mənfi təsirini göstərir.

Pis uşaq  yoxdur, pis tərbiyə olunmuş uşaq var

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz