» » Uşaq və eşq münasibətlərində ailənin mövqeyi

Uşaq və eşq münasibətlərində ailənin mövqeyi

Müəllif: Anaveusaq.az от 7-10-2016, 00:36

Uşaq və eşq münasibətlərində ailənin mövqeyi


Uşaqlar bizim həyatımızdır. Hələ dünyaya gəlməmişdən xəyalları ilə yaşayırıq. Ana rəhminə düşdüyü gündən bütün ailə onu qoruyur. Ana öz rejiminə qoruq-qadağa qoyur: hələ dünyaya gəlməmiş ciyərparasının üstündə əsim-əsim əsir ki, yediyi nəsə ona əks təsir edə bilər. bu qadağalar doğulandan sonra da davam edir : nə yemək olar, necə geyinmək olar, nə içmək olar, necə yatmaq olar, bir sözlə, nə olar-nə olmaz. Beləcə, uşağınız məktəb yaşıana çatıt. Bir də görürsən artıq 4-cü sinfə, 5-ci sinfə keçdi. Aha.. qız dostu var…Məktəbə qonşu qızla gedir. Qızla oturur və sair…Bütün bunlar yeni münasibətlərdir. Nəzərinizdən qaçmadı ki…Övladınız bu lirik-emosional hislər dünyasına necə daxil oldu, özünü necə aparır…Düşündünüzmü, özlüyünüzdə müzakirə etdinizmi?
Yəqin ki , bu yaxında şimal bölgələrimizin birində 11-ci sinif şagirdləri olan sevgililərin meşədə intihar etmələri haqqınd kütləvi informasiya vasitələrdən hamınızın xəbəri oldu, televiziyadan izlədiniz. Hadisənin hüquqi araşdırılması , əlbəttə ki, hüquq-mühafiə orqanlarının işidir və peşəkar yanaşmanı artıq onlar ediblər. Biz , sadəcə, mənəvi tərıfini arşdırırq, münasibətimizi bildirik. Maarifləndirmə işlərinə çox ehtiyac var, amma yoxdur və ya çox zəif və səthidir. Belə hadisələr hansısa 2 valideynin faciəsi deyil, hamımız göynəməliyik. Bir uşaq böyüdüb 100 arzuyla tələbə olmasını, toyunu, onlardan övlad payı gözlədiyin halda, bütün varlığına ömrünün sonuna kimi acıcını çəkəcəyin dağı çəkilir. Kimsə laqeyd qalmamalıdır. Bu cür məsələr üçün hər kəsin məsuliyyəti olmalıdır. Biz həyatı necə formalaşdırırıqsa, övladlarımız, nəvə-nəticələrimiz onu yaşayacaq. Nyə balalarımızın həyat yollarını "təmizləmək" haqqında düşünməyək? Məktəb, ailə bu məsələdə bur olmalıdır. Amma bu yoxdur bu birlik.Məktəblər bu istiqamətdə fəaliyyət aprırmı, aparırsa, nədir bu fəaliyyətin mahiyyəti, görülən işlər?

Uşaq və eşq münasibətlərində ailənin mövqeyi

 

Məktəbdən sonra uşaqların həyatı məktəbin gərəyinə deyil. bu yaxınlarda bir məktəbli qızı bıçaqlamışdılar, məktəb direktoru demişdi ki, məktəbdən sonra olub? Çox acınacaqlı haldır. Amma cəmiyyətin etibarlı sabahı, lap bu günü də uşaqlarımızdır. Uşaq məktəbdə həyat kodeksini, mənəviyyat gözəlliklərini sistemli və dərk edərək qəbul etsə, 15-16 yaşında o, intihar etməz və s. Analardan gözlədiklərimiz çoxdur. Övladlarımıza analardan yaxın kimsə varmı? Niyə analar övladlarının iç dünyasından xəbərdar deyillər? Niyə ana qızını öyrətmir ki...Niyə ana oğluna demir ki... Suallar o qədər çox ki...
Hörmətli anaveusaq.azlılar, biz çox müzakirələr açırıq, bəzən olur ki, nəinki 1 adam şərh yazır, heç oxuyan olmur. Amma gərəksiz, ikrah doğuran modellərdən, şou həyatımdan, erotik təsvirlərdən yazılar olan mənbəllərə onlarla, yüzlərlə izləyici can atır.
Hər halda , siz də bizimlə razılaşırsınız ki, tərbiyə və maarifləndirmə ilə öyrədilməli olan şeyləri cəza ilə deyil, elə tərbiyə və maarifləndirmə ilə öyrətməliyik.
Ana və Uşaq 

Məktəbin ilk günü həm ailələr üçün, həm də uşaq üçün yeni bir dövrün xəbərçisidir. 5-7 yaşındakı uşaqların bir çoxu üçün bu, məsuliyyətli bir zamanın başlanğıcıdır. Məktəbin ilk günündə uşaq yalnız oxuma, yazma və hesab bacarıqları öyrənmək səfərinə başlayır. Sonrakı 9-12 yaş aralarında müxtəlif fərdi inkişaf mərhələlərindən keçir, yeni yoldaşlar əldə edir və bəli , aşiq də ola bilirlər.
Lap aşağı siniflərdə kiçikyaşlı uşaq, əslində, fərqi yoxdur, hər kəslə oynamaqdan zövq alırlar. Bir az getdikcə artan bir nisbətdə eyni cinsdən biriylə oynamağı seçim edərlər. İbtidai məktəb illərinin sonlarına doğru uşaqlar güclü bir şəkildə cinsilərə görə ayrılırlar: bir-birlərinə əks münasibət səpkiləyirlər: qızlar oğlanları, oğlanlar da qızları "dəli” hesab edərlər.
Uşaq onsuz da qarşısındakının oğlanmı, ya da qızmı olduğunu artıq bilirlər. Ancaq cinsiyyət şüuru və bunu bunu bilmək çox vacib ki, bunlar da doğru davranış, görünüş və münasibətlərdə nizamlanır.
Qız və oğlanların bir-birləriylə təması, təsadüfi, düşünülmədən olsa da, var. Məsələn, oğlan və qızlar oyun vaxtı, lap gəzinti zamanı bir-birilərinə toxunaraq keçə bilirlər, yaxınlaşırlar və s.

Uşaq və eşq münasibətlərində ailənin mövqeyi

 

Yuxarı siniflərə keçdikcə, yəni 11 və 13 yaş arasında qarşılıqlı əlaqələr dəyişməyə başlayır. Uzun zaman biri digərindən ayrı olduqdan sonra, artıq və bir-birləri ilə rastlaçmaq üçün daha çox səy sərf edirlər. Oğlanlar və qızlar artıq nəinki həyətdə, məktəbdə, hətta ticarət mərkəzlərində, park kimi xalqa açıq yerlərdə toplana bilirlər. Ancaq bu görüşlər hər zaman böyük qrup toplantıları şəklində olur.
Və 10-13 yaş aralığında yeniyetmələrdə artıq romantik inkişafının ilkin mərhələsi özünü göstərməyə başlayır. Əlaqələr xüsusilə fantaziyalar şəklində reallaşacaq olsa da, qiyabi sevdaya tutulma duyğuları onsuz da mövcuddur, baxmayaraq ki, bu mərhələdə olan oğlan və ya qızlar əksəriyyətlə eşq haqqında heç bir şey bilməz.
Bəzən qeydlər, mesajlar və e-poçt yazılır ki bu, çox həyəcanvericidir. Bu heyranlıq halı hələ çox həqiqi deyil və həqiqətən təmas qurmağa istiqamətli deyil. Bu bir sınaq müddəti, bir sınaqdır. Çoxu qız və oğlanlar bu mərhəldə tez-tez qışqırıb haray-həşir salsalar da, elə ilk andan bəri aşiqdirlər və bu qışqırıqlar da ilk eşq həyacanıdır. Amma aşiq olan adam çox tez dəyişdirilə bilər.
Bəs hansı yaşda gənclər əlaqəni davam etdirməyə başlayırlar?
Əlaqələr çox erkən yaşlarda ortaya çıxsalar belə, əslində, gerçək dərinlikləri yoxdur. İki gün və ya iki həftə, ola bilər ki, bir saat , ya da yalnız bir xəyal kimi ancaq daxildə mövcud ola bilərlər.

Uşaq və eşq münasibətlərində ailənin mövqeyi

 

Bir müddət sonra, bu çox müxtəlif ayrılıqlar və ya heyranlıq duyğusunun yönləndirməsi ilə, daha uzun müddətli bir əlaqə inkişaf edər. Daha sonra gənclər kiçik qruplar halında birlikdə çölə çıxmağa başlayırlar və bu əlaqələrin inkişafı da getdikcə məzmunlaşar. Ayrıca, bu cütlər yalnız olaraq çölə çıxmağa başladıqları bu mərhələdə əlaqənin keyfiyyəti nəzərəçarpan dərəcədə inkişaf edər. Qız və oğlanların özlərində hiss etdikləri duyğular bu anda gerçək və safdır. Şəxsi olaraq gəncin necə göründüyü və ya ən yaxşı yoldaşının sevdiyi adam haqqında nə düşündüyü deyil, sevdiyi adamın şəxsiyyəti daha çox əhəmiyyətlidir.
Araşdırmamıza görə bu vəziyyət 16 -18 yaş arası orta məktəb və ya liseydə oxuyan gənclər üçün etibarlıdır. Gerçək bir əlaqəyə qədər səthi əlaqələrin yaşandığı confusing bu dövr ərzində ən yaxşı yoldaş tərəfindən qorunma, dəstəklənmə ehtiyacı uzun bir zaman ərzində tələb olunur.
Bu əlaqələr, ancaq hələ kifayət qədər yetkin deyil. Üçüncü mərhələdə "romantik yaxınlıq" başlayır və əlaqələr son dərəcə real olur. Kənardan baxan digər insdanlar tez-tez "ay inanmıram, bu uşaq bu qızda nə tapıb?", ya da tam tərsi "onlar çox səmimidir, çox romantik bir əlaqələri var" şəklində düşünürlər.
Əlaqələr artıq bir ildən çox, hətta bəzən daha uzun müddət davam edə bilər. Bu zamanlarda onlar əlaqənin daha irəliyə davam etməsinə ehtiyac duyular.
Bəzən bir çoxları "pişik" kimi döyüş edib, müəyyən anlaşılmazlıqlar yaşadıqdan sonra razılığa gələr, bundan sonra əlaqələrini daha çox inkişaf etdirərlər. Ancaq yenə də ümumiləşdirmə edə bilməzlər. Bizim baxış bucağımızdan olduqca ağrılı görünsə də, bir-birlərini məmnun etdikləri müddətcə gənclərin bu əlaqələri uzun müddət davam edə bilər. Əlaqədə doğru, ya da səhv deyə bir şey yox. Biru cür əlaqələrin hansı yaşda sağlam bir əlaqəylə nəticələyini konkret söyləmək mümkün deyil. Bəzi cütlər bu sona məktəb illərinin sonunda çatar. Ancaq əksəriyyətlə bir çox yeniyetmələr üçün bu vəziyyət otuzuncu yaşlara qədər davam edən və uzun illər davam edən bir öyrənmə müddəti içində reallaşar.


Uşaq və eşq münasibətlərində ailənin mövqeyi


Qeyd: Yazı tərcümə ilə işlənmişdir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz