» » Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun! Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (IV yazı)

Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun! Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (IV yazı)

 
 Məhəbbətin yolundakı hər hansı bir maneə onu yalnız gücləndirə bilər.

Şekspir


Şekspir

Bu yazını oxuduğunuz andan qayınananıza və qayınatanıza münasibəti yenidən qurun. 1-2 addımdan sonra yenə ziddiyyət yaransa, geriyə qayıdın və yenidən başlayın. Lap Loğmanın rəvayətindəki kimi. Hökmən alınacaq. Küsülü qalmaq olmaz, bu, nə deməkdir? Lap deyək ki, həyatdır, olur da, bəzən belə də alınır. Mehriban evliliklər də olur ki, onlar da küsüşür: biri bu evdə, digəri o biri evdə yatır. Belə vaxtın özündə yenə onlar bir damın altında olduqlarından təskinlik tapırlar. Küsüşmək uzun sürməməlidir, sonra gerçəyə çevrilə bilər. 
Əgər bu küsməyin özəlliyini bir sevgi səmiyyətinə çevirə bilmirsinizsə, formatı dəyişin.
Ailənizin birliyi, səadətiniz üçün nə lazımdır dəyişin. Utanmayın, usanmayın. Lazımdırsa, fədakarlıq da edin.

Müraciətdə qeyd etmisiniz ki, baxımlı xanımam. Qızım, bu, nə deməkdir?  Azərbaycan  qadınlığı üçün bu, qınanılası yanaşmadır, yanlış düşüncə tərzidir. Hər bir xanım ailə qurduğu şəxs üçün bütün digərlərindən üstündür. Xanımın baxımlı olması yalnız ərinin dəyərləndirməsi ilə yaranan keyfiyyətdir. Bunu vurğulamaq olmaz. Bilirəm, demək istəyirsiniz ki, kifir də deyiləm ki, ailəmdəki soyuqluğu bununla əlaqələndirim. Amma daha deməyin, heç yerdə deməyin.
Evliliyinizin nə yaşı var ki, heç iki ili də yoxdur. Hələ siz heç  bu ailəyə  ata evinizdəki kimi isinişə  bilməmisiniz, halbuki, bura sizin əbədilik məskəninizdir. Bir qədər səbirli olmaq lazımdır. Bu mühiti, auranı yaratmaq lazımdır. Ərinizin valideynlərindən, özündən küsməklə yox. Bir balaca ziddiyyət olan kimi bir az da özünüz gen gəzməməlisiniz. Soyuqluq soyuqluq gətirər, səmimiyyət səmimiyyət. Səmimiyyət göstərin.
Heç vaxt ailədə bərabərlik iddiasına düşməyin. Bu, o demək deyil ki, siz, eləcə də bütün qadınlarımız həyat yoldaşlarından aşağıdırlar. Heç bir kişi belə düşünmür, düşünə də bilməz. Əzələn, hər kişinin özünün də anası, bacısı var, qızı və yaxud qızları var. Elə isə onlar da aşağılanmı olardı. O mənada deyirəm ki, ailərdə ərin, atanın üstün rolu nə qədər çox gözlənərsə, o ailədə hörmət-izzət daha çox olar. Əgər gözlənməzsə, ixtilaflar hər zaman gözləniləndir və kənardakılar da bu ailəyə mövcud vəziyyətindən dəyər verəcək. Əsl qadın ailəsində bu məsulluğu qəbul edib, öz arzularlnı da həyata keçirə biləndir.
Qadın ərinin xasiyyətlərini, bu və ya digər kasprizlərini, ağız dadını belə qadın diqqətində saxlamalıdır.
Bu da var ki, son illər xarici ölkələrə səfər etmək asanlaşdırıldıqdan sonra gənclərimizin Qərb mədəniyyətinə meyilliliyi üzə çıxdı, bir az serialların, internetin təsiri oldu. Nəticədə, heç bizim ailə dəyərləri ilə uzlaşmayan meyillər formalaşmaqdadır. Qadınlar sosiallaşmağa doğru meyillidirlər.
Əvvəlki bölümlərdə yazmıam, təkrarçılıq olmasın. 40 il bundan əvvəlki qadınlarımızın şərafətini görmürəm indi. O anaları əlimizdən alıb, bizə indi daha çox sosiallaşmış qadınları miras qoymaq istəyirlər: kişilər kimi səhər tezdən işləməyə gedən və axşam da kişi ilə eyni vaxtda evə dönən. Mümkün qədər ev qayğılarından xilas istəyi təsiri də bağışlayır bu. Kənddə də belədir.

Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun! Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (IV yazı)

 şaqlıq illərim kənddə keçib. Hamının həyət-bacası da, maşallah, tarla. Elə bir həyət olmazdı kı, sürüylə toyuq-cücəsi, mal-qarası olmasın. Bütün həyət-bacalar tərəvəzlə əhatə olunardı, meyvə bağı da bir ayrı. O vaxt uşaqların sayı da çox idi: ən azından hər ailədə 5-6 uşaq vardı.

Ata hər gün işə gedib qayıdanda görürdü ki, uşaqlarının anası çalışır-vuruşur, qəhrəmanlıq edir Yəni, ailənin mövcudluğu üçün bunlar mütləq idi. Bunlar bir tərəfdən həm ailənin iqtisadi təhlükəsizliyini təmin edirdi, həm də ailənin özünün keyfiyyətini.
Amma indi kəndlərimizdə də eynən şəhərdəki kimidir. Həmin kənddə indi ən çoxu 15 20 nəfər mal-qara saxlayan var. Göyərtini, yumurtanı bazardan alırlar. Elə bil ki, daim müasirləşən, firəvanlaşan həyatla bahəm, həm də ailə institumuzun təməl mahiyyəti də dəyişilməyə doğrudur.
Qadınlarımız özləri də buna meyillidir.
Ailənin əsaslarını qorumaq üçün hər iki tərəf – qadın da, kişi də eyni dərəcədə məsuldur, eyni dərəcədə əmək sərf etməlidirlər. Tutaq ki, ailə quracaq şəxslər üçün iki variant yol var:


1.Toy günü şadlıq sarayından birbaşa onlar üçün alınmış, tikilmiş  evə köçəcəklər.

 

2.Toy edib hələ bir müddət valideyn yanında olacaq, ailəlik həyatına hazırlanacaq, çörək qazanmağı tamam-kamal bacaracaq, özləri  ev alacaq və ya tikəcək, sonra ata evindən   bu evə köçəcəklər. Ola bilər ki,  gənclər özləri də çalışır, müəyyən  vəsait sərf edirlər,  hər iki  tərəfin valideynləri də  müəyyən qisim kömək edirlər. Bu, qəbulediləndir.

 

Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun! Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (IV yazı)

Mən şəxsən ailə həyatı quran  gənclərə ikinci yolu seçməyi arzulayardım. Gənclər ələbaxım öyrədilməməlidir. Onlar öz səadətlərini özləri qurmalıdırlar.

Təzə gəlin bir başqa mühitdən   bir ayrı fərqli mühitə  düşür. Təbii ki, fərqlər  olacaq, uyğunlaşma tələb olunur.

Qayınana  gəlininə öz övladı kimi yanaşmalıdır, mütləq. Onun evində qızı yox, məhz gəlini onu əvəzləyəcək. Bu gəlin onun ocağına 3-4  yeni övlad bəxş edəcək, bu ailənin  xəttini qoruyacaq. Ən başlıcası isə, həmin ananın oğluna  könül sirdaşı olacaq. Gəlini əzizləməyə daha hansı keyfiyyətlər olmalıdır daha?

  Ailə qurmaq, bir ömrü sona kimi qoşa addımlayacaq  həyatının yoldaşını seçmək (fərqi yoxdur oğlanın bəxtinə düşmək və ya qızın bəxtinə bəxtinə düşəçək olsun, ikisi də bizimdir: oğlumuz da var, qızımız da) sırf  gənclərinin özünün yanaşması, sərraf ola  bilməsi ilə bağlıdır. Ailə bəxtlə qurulmaz. Ya valideynlər seçməlidir (onlar daha  etibarlı seçim edirlər), ya da gənclər zaman-zaman ancaq öz bədənlərindən, ruhlarından ayrılmış paralarını tapıb sonra bütün olmalıdırlar. İndi bunların heç biri yox: bir çox qızlar bir qədər əndirbanı geyinir,  oğlanlar da onlara meyil edir, yaxud oğlan saç-saqqal imici ilə,  kreditlə aldığı  avtomobillə 2 dəfə arxasınca gəlsə, bir sevgi dastanı beləcə başlamış olur. Ata-ana müdaxilə edə bilmirsə, çəkilib dururlar bir kənarda. Deyirlər ki, bir yerdə onlar yaşayacaqlar, öz könülləri istəyən olsun.  Amma heç kim ağılları  istəyən demir.  Ona görə də indiki gənclərin seçimi  çox  etibarsız olur, kövrək  olur.  Ailə qurandan sonra hər iki tədrəfin  valideynləri əsl ağbirçəklər, müdriklər olmalıdır. O qədər  müşahidə etmişik, görmüşük ki, problemli ailələrdə  toydan sonra  çox qısa vaxt ərzində  ya qızın anası  gəlib aparır, ya da oğlanın anası qızı qapıdan yola salır ki,  get atan evinə.  Hər iki tərəf  günahkardır: nə üçün əməlli-başlı öyrənməmiş, bilməmiş elçi getdiniz, qızınızı elə istəyən kimi verdiniz?

Əgər  artıq qohum olmusunuzsa,  xəyanət  məsələsi istisna olunmaqla, digər bütün  problemləri  zamanla yoluna qoymaq olar. 

 Amma gəlin ərkəsöyünlük etməməlidir. Emosiya ilə, acıq, əvəz çıxmaq  iddiaları ilə deyil,  məsuliyyəti dərk edərək. Birmənalı olaraq qayınana və qayınataların hörməti saxlanılmalıdır. İndiki gəlinlər   bəzən elə hərəkətlər, davranışlar edirlər ki,  qayınanalar  bunu onlara qarşı  diqqətsizlik kimi  qəbul edirlər. 

Bu qayınanalar  5-6 övlada baxıb və eyni zamanda işləyib. Ev, iş qayğılarından imkan olmayıb ki, geyinsinlər,  bəzənib-düzənsinlər. Onlar da öz dövrləri üçün  geyinə, bəzənə-düzənə bilərdi. Bəs ailə, uşaqlar?    İndiki gəlinlərin anaları, nənələri ərlərinə həyan olub, birlikdə uşaqları böyüdüblər.  Bu baxımdan   bir az  müasir  gəlinlərin  hərəkətləri qayınanalar üçün fərqlilik təəssüratı yaradır. Allah dünyada nə varsa,  hamısını  çox məntiqlə nizamlanmış qanunauyğunluqla yaradıb.

Ata-analar  övladlarının  təkcə bioloji atası deyil, həm də onlar üçün  görkdür.  Oğullarını, gəlinlərini  bütün parametrlərdə qoruyurlar: onların xəbəri oldu-olmadı. Onlar övladları üçün akademiyadır, həyat dərsliyidir, nümunədir.

Mənim fikrimcə də əsl ana, əsl qadın  bizim analarımızdır, nənələrimizdir.  Evlərimizə gətirdiyimiz gəlinləri onların yerinə layiq bilib gətirmişik.

Olsun ki, dövr, yaş fərqliliyini irad  tuta bilərsiniz. Deyəsiniz ki,  nə olar, öz gəlinidir də, ana əziyyət çəkib deyə, gəlin də əziyyət çəkməlidirmi?

Əziz həmsöhbətim, müsahibim, gəlinimizin  ağlı başında  bizim evimizdə gəlinlik etməsi, uşaqlarını böyütməsi, oğlumuza  sədaqətli olması, ailəcanlı olması, əlbəttə, hamımızın arzusudur.

Amma qayınana da gəlini öldürməyə, gününü göy əskiyə döndərməyə gətirməyib. Çalışmaq lazımdır ki, gəlinlər düşdükləri evin, ailənin ab-havasına öyrəşsinlər, əxlaq ölçülərinə, tövsiyələrinə cani-dildən əməl etsinlər.  Belədə ailənin maddi  vəziyyəti  imkan verirsə, heç bir  qayınana-qayınata  gəlinlərinin yaxşı geyinməsinə, zövqlə geyinməsinə əsəbiləşməz, söz-söhbət etməz.

 

 Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun! Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (IV yazı)

Zamanımızda  geyim modaları, bəzək-düzək meyilləri   kifayət qədər qıcıqlandırıcıdır.  Bunlar hamısı ədəb-ərkanla olmalıdır. Bunlar seriallardakı, saytlardakı modellərin, aktrisaların  bir müəllimin bir illik məvacibini xərcləməyib yığsa,  yenə də ala bilməyəcəyi üzük, sırğa, çəkmə, çanta, avtomobillərə görə müəyyən edilməməlidir. Hansı bir modelin  diqqət çəkəcək başqa heç nəyi yox. Amma sən bir abırlı ailənin gəlinisən. Gözəl balaların, ərin var.

 Belə geyim, davranış və  xəyal aləmi ilə hansısa bir  ailənin Gəlini  şöhrətini qazana bilməzdin. Bunlar bir araya sığmaz.

 Peyğəmbər əfəndimizdən(səv) bir nəsihətini  qızlarımız unutmasın:"Sən ərinə yer ol ki, o sənə göy olsun! Sən ona xidmətçi ol ki, o sənə kölə olsun!

Və son olaraq  sizin sonuncu xitabınızı cavablandırım. Bu da   ayrılmaqla bağlı  tərəddüdlərinizdir. Əsla, belə etməyin. Qızınız var.  Əgər   sizi döymürlərsə, fiziki xəsarət yetirmirlərsə,  xırda-para məişət qayğılarını söz etməyin.  Ailəniz böyüsün. Hər yeni uşaq daha bir istək gətirir. Səbirli olun. Ziddiyyətli anlarda  çölə çıxıb Allaha  üz tutun, Allahdan  səbir istəyin. Zamana ehtiyacınız var, ərinizlə  birləşib bütün problemləri dəf edəcəksiniz.  Bunun üçün sevgi lazımdır, fədakarlıq lazımdır.

Amma nə qədər ki, qayınatanız-qayınananız sağdır onlara da  ehtiramınızı heç vaxt əksiltməyin. Ərlər  bu məqamı ömürləri boyu unutmaz... 

 

Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
generic cialis http://cialsonlinebei.com cialis
  • Нравится
  • 0