» » Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun! Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (II yazı)

Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun! Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (II yazı)

 

Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun!  Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (II yazı)


Yaxşı arvad ərinin xoşladığı şeyləri xoşlayır.

D.Karnegi


İnsan da bütün digər canlılar kimi bioloji varlıqdır. Onunda orqanizm olaraq intim münasibətlərə ehtiyacı var. Amma bu, o demək deyil ki, kişilər yalnız buna görə ailə qururlar. Qadın ancaq kişilərin bu hisslərini təmin etmək üçündür.
İnsan yaranmışların ən şərəflisidir. O nə qədər yaşayacaq bu həyatdan zövq almalıdır, mənəvi zövq deyirəm ha. Əgər dünyaya övladları gəlirsə, sonra nəvəsi, nəticəsi olursa, bu da mənəvi zövqdür. İnsan nəslinin, cəmiyyətin mövcud olması üçün də ailə birliklərinə ehtiyacımız var. Bir ata övladını evləndirərkən onun məqsədi o deyil ki, oğluna cinsi rahatlıq təmin edilmiş olsun. Ata istəyir ki, ictimai-faydalı əməklə məşğul olsun, ailə, cəmiyyət qarşısında cavabdehlik daşısın, məsuliyyətli olsun. Bu atanın da nəsli itməsin, yəni nəsil xətti davam etsin. Təbii ki, övladı biz uşaqlıqda bildiyimiz kimi, hansısa bir şəhərdən "posılka” ilə göndərmirlər. Bunun üçün intim münasibətlər qaçılmazdır. Deməli, intim münasibətlər, məqsəd deyil, məqsədə çatmaq üçün vasitədir.
Bu münasibətlərdə seriallarda səpkilənən çılpaq, ehtiraslı əlaqələr qəbuledilməzdir. Mən subyektiv fikrimi bildirirəm: intim açgözlərin münasibətlərindən doğulan uşaqla ağayanalıqla yaşanan özəl həyat və bu münasibətlədən dünyaya gələn uşaq hökmən fərqli keyfiyyətdə olacaqdır.
Sosial şəbəkələrdə, şəxsi söhbətlərdə bu motiv çox vurğulanır, hətta mütəxəssislər də intim uyğunsuzluğu ailə problemlərinin bir səbəbi kimi dəyərləndirirlər.
Cənnət xalanın (Nəsibə Zeynalova) dediklərini xatırlayaq: " Məşədi Kazımla 30 il bir yastığa baş qoyduq, amma bir dəfə məni maç etmədi.”
Yumor ovqatı qatmaq istəmirəm, amma bu, rejissorun dədə-baba əxlaq tərzimizlə bağlı tamaşaya əlavə etdiyi uğurlu məqamdır.
Bu gün ailə münasibətlərində, qadın-kişi münasibətlərində haqqında eşitdiyimiz eybəcərliklər sərbəstsiz azadlıqlarla xaricdən sirayət etdi.
 Bizə  Qərbin  gender, feminism moizələri lazım deyildi. Bəlkə də dünyanın heç bir yerində  Azərbaycan qadınının şərəfi bu dərəcədə  ucalığa qaldırılmayıb.  İndi də başlayıblar  ailə dəyərlərimizi sarsıymağa: karobkalarda qəşəng selofonlara bükülüb  satılan genləri dəyişdirilmiş nataraz-nataraz almalar kimi,   100 cürə ampulada  gender, feminizm    "demokratiya sovqatı” paylayırlar.
 

Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun!  Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (II yazı)

7 oktyabr 1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk məktəb açılmışdır. 1915- ci ilə qədər Bakıda bu məktəblərin sayı 5-ə çatıb.

1908-ci ildə "Nicat” adlı    ilk Azərbaycan qadın xeyriyyə cəmiyyəti  yaradılmışdır. Bu təşkilaat yoxsullara təkcə yardım etmək üçün deyil,  həm də onların mədəni səviyyəsini qaldırmaq, maarifləndirmək  məqsədi daşıyırdı.

1923 -cü il noyabrında ilk qadın  jurnalı "Şərq qadını” fəaliyyətə başlayıb.

 Azərbaycan qadınlığının inkişafı tarixində   iz qoymuş Sara xatun,  Ağa Bəyim ağa, Heyran xanım, Qönçəbəyim,  Xyrşid Banu Natəvan, Fatma xanım Kəminə, Gövhər ağa, Rübabə Qasımova, Gövhər xanım Qacar, Liza xanım Muxtarova, Hənifə xanım Məlikova, Həmidə Məmmədquluzdə,   Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi, eləcə də  ilk Azərbaycan qadın jurnalisti və yazıçısı Şəfiqə Məmmədəmin qızı Əfəndizadə, ilk rəssamlıq təhsili almış Qeysər Seyfulla qızı Kaşıyeva, ilk azərbaycanlı qadın dramaturq Səkinə Mirzə Heybət qızı Axundzadə  və  keçən əsrin ortalarından üzübəri  gəldikcə  ictimai-siyasi, mədəni həyatımızın aparıcı simalarına çevrilmiş  saysız-hesabsız  Azərbaycan qadınlarını, onların  həyat yolu ilə tanış olduqca,    bu ölkədə feminizmdən, gender bərabərliyindən söz salmağı  heç cürə anlamaq olmur.  

Ölkəmizdə qadınlar sosial hüquq və azadlıqlar baxımından  azadır. Bu gün Azərbaycanda elə bir dövlət,  qeyri-dövlət qurumu yoxdur ki, qadınlarımız orada ən üstün şəkildə təmsil olunmasınlar. Fərq yalnız  cinsə  görə ola bilər.  Hərdən fikirləşirəm ki,  dünyada hansısa güclər   müxtəlif adlarla insanları   qürurlu, məsuliyyətli, cavabdeh  edən  sərvətlərdən, milli kodlardan   məhrum edirlər.

 Nə üçün bizim ailələrin keyfiyyət tərkibi getdikcə cırlaşır? Niyə getdikcə  nikahlar azalır, boşanmalar artır? Nə üçün evli qadın ailəsini, uşağını qoyb, başqasına qoşulub qaçır,  niyə cavan-cavan qız-gəlinlər yoxa çıxır, itkin düşür?   Kişilər ailə qurduğu qadını nə üçün    3-5 il keçəndən sonra ilk sevdiyi illərdəki kimi  sevmirlər? Çavan-cavan  uşaqları intihara sürükləyən nədir? Mən bütün bunları  Qərb ölkələrinin  müxtəlif formatlı təsirləri ilə əlaqələndirirəm. Bir qədər də özümüz  gender, feminizm  anlayışlarının "kökünü atıb, budağından  yapışdıq”. Yenə  oxucularımız təərəfindən doğru anlaşılacağıma ümid edirəm.

Qadınların sosial hüquq və azadlıqlar baxımından  azadlığ tamam başqa  məzmundur,  ailə özəllikləri  tamam başqa. Bir ailənin  mövcud olub, əminliklə davam etməsi üçün ailə tərəflərinin öhdəlikləri var: həm hüquq baxımından, həm dini  baxımından. Bəs nikah müqaviləsi nə deməkdir? O qadınlarımız ki öz sosial hüquq və azadlıqlarını ailə, evlilik öhdəliklərini fəda etmədən edirlər, əhsən, eşq olsun. Amma görünəni budur ki, qadın və kişinin yaranışdan  bir-birləri üçün var olması  həqiqəti  getdikcə feminizm,  eləcə də gender devizlərinin  təsiri ilə,  öz məzmununu itirməyə doğru səmtlənib. Bəylər və cənablar, biz ailə institunu itirə bilərik. 


Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun!  Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (II yazı)

Azərbaycan əxlaqında qadın heç vaxt seks obyekti kimi düşünülməyib. Yaxud hansısa korporativ maraqlar üçün qadından stimullaşdırıcı vasitə kimi yararlanmağa çalışmayıblar.

E. From adlı  bir alman filosofu yazır ki, yetərli cinsi məmnunluq  heç vaxt sevgi doğurmaz. Əksinə, cinsi xoşbəxtlik  cinsi  həzzin texnologiyalarını öyrənmək marağı yaradır. Sevgi tam fərqli  bir nemətdir, haqdır. Fromun təbirincə, insanlar  bacarıq, etibar, pul, güç…  və sair  nə qədər enerjisi var,  bunları  tətbiq edəcək yerləri öyrənməyə sərf edir, amma sevməyi öyrənməyi isə  heç düşünmür.

Sevdiyini söyləmək bir başqa şey,  sevdiyini hiss etdirməksə tamam başqa bir şeydir. Təəssüf ki, insanlar  sevdiklərini hiss etdirməkdənsə, bu sevgini, sadəcə, söyləyir. Hamı da sevgi sözlərini  sevginin özünü  görmədən yağ-bal kimi eşidir. 

Sevgi  insanın  yaranışından  mövcuddur.  Çünki o, insanın ehtiyacıdır, həm də təkcə eşq, məhəbbət mənasında deyil,  həyat nəşəsi, yaşamaq ümidi verən  bütün münasibətlərdə  eynən gərəyimizdir.  Eləcə də  qadına olan  Sevgi… Məsələn, torpağı, təbiəti sevirik, insanları sevirik, musiqini,   bədii ədəbiyyatı sevirik və bunların hər biri həyatımızı mənalandırır. 

Sevgi  konkret  varlıq deyil, dediyimiz kimi,  hansısa nəcib  duyğudur, hissdir, sevincdir, kədərdir…  Bu hiss kiminsə ruhunda təcəlla etdimi,  bu ruh sahibi  parasını tapıb orda məskən saldımı,  yuva qurdumu, sevgi büruzə verməyə  başlayır. 2-3 dəfə görməklə hansı sevgi ola bilər?  "Sənə ehtiyacım var", "Canımsan, bitanemsən”  sevgi deyil,  dingildən əza həzzinin dilə söyləməyə məcbur etdiyi illüzyadan başqa bir şey deyil.

Sevgi abırlı olmağa,  təvazökar olmağa, danışığının, hərəkətlərinin, hətta ağıldakıların  mükəmməl olmasına meyillidir. Aşiqlik belə yaranır da.

Günəbaxan  görmürsünüzmü sevdiyinə doğru necə can atır?))

  

Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun!  Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (II yazı)

Ətrafına,  baş çəkdiyi sosial ünsiyyət məkanına  nüraciət edən  hörmətli Xanımımız,  siz tək deyilsiniz. Elə həmin səhifədə   belə  xiffətlə qarşılaşan  neçə gəncimizin   hıçqırıqlarını eşitməmək mümkün. Bu sırada   bir o qədər də  hıçqırıqlarını  boğub,  belə taleyi  içində çəkə-çəkə yaşayan var.  Onlar dost-tanış, qohum-qardaş yanında  xəcalətli

 olmamaq üçün  bu yolu tuturlar. Mister Gender, Missis Femina(feminizm)  bilsə,  təhrik edəcək ki, hayqır, o ailədə, o şəxslə yaşaya bilmirsənsə, sən azadsan,  nikahını poz, yeni ailə qur.   Onlar bunu açıq-aşkar, ağbədiyə etməslər də, təhrik elemetləri danılmazdır.

 Qoy məni mühafizəkarlıqda suçlasınlar. Fikrimi ifadə etmək dən çəkinməyəcəm.

 Heç bir ailə dağılmamalıdır. Bizim ailə-əxlaq  məcəlləsinə görə, ailədə namus suçu bağışlanılmazdır və bu suç nikahı pozmağa  yetərlidir.  Xarici ölkələrdə bu,  adi haldır.

 Özləri bilər. Amma , qoy bunu Süleyman Rüstəmin  2 bəndlik şeiri ilə deyim:

 

Mən sənin dilinə dəymirəm, cəllad,

Gəl sən də bu ana dilimə dəymə!

Sənin də bağın var, gülün var, çəkin,

Bağımda əkdiyim gülümə dəymə!

 

Həsədlərlə baxdın çəmənimə sən,

Gör bir nələr etdin vətənimə sən,

Yan - deyib, od vurdun bədənimə sən,

Altında atəş var, külümə dəymə!


 Bizim əxlaqi sərvətlərimizə distant üsulla yanaşmayın, heç burda da gəlib  "zorən-təbib” olmayın.

 Bizim ailə-əxlaq dəyərləri dədə-babalarımızdan miras qalıb.  İndiki gəlinlər bilməz.  40 il əvvəlki toylarımızda gəlin ata evindən çıxarkən arxasınca qara daş  atırlarmış, yəni, bu ocaqdan dik çıxdın,  köndələn qayıt. Yəni, öln qayıda bilər.  Bu inac    indiki gənclərə   pis təsir bağışlayır, qara daş hara, ölüb qayıtmaq hara? Təbii ki, heç kim övladını qara daş hesab etmir.Burada ideya müsbətdir.Bu, bir inancdır: qızım, yeni evə, yeni ailəyə gəlin köçürsən.Hər şeyə rəğmən səadətini orada tapmalısan. Ona görə də keçmiş  vaxtlarda qurulan ailələrdə vəfa, sədaqət kimi etibarlılıq göstəriciləri çox-çox keyfiyyətli idi.

  Bəzən  gəlinin  haqlı olduğu hallarda var, bu da danılmazdır. Ən sonuncusu,  bir neçə gün öncə, ATV.az -ın verdiyi məlumata görə, Rusiyanın Xabarovsk vilayətinin Amursk şəhərində bizim dilibir, canı, qanıbir qardaşımız  qürbət eldə qürbət xiffəti yaşayan  dilibir, qanı, canıbir qızımızı döyüb  qətlə yetirdiyi barədə süjet verdilər. Bir çox belə hadisələr olub. Hə,  burda  bu ağrını fiziki, mənəvi olaraq mən də çəkdim.

Qdınlar ərə getdilərmi, ərllərindən başqa sığındıqları, güvəndikləri  güc, dayaq yox.  Dar macalda  donunu dəyişməlidirsə, ancaq bunu ərinin arxasına gevənib edir.

 Bu inamı, ümidi necə fiziki işgəncə ilə  məhv etmək olar? Belə məqamlarda mütləq  nüdrik adama, müdrikliyə ehtiyac var. Emosiya ilə deyil, səbirlə, ağıla  münasibətləri vaxtında cilovlamalı, məcrasından çıxmağa qoymamaq lazımdır.

Heç kim özünə qapanmamalıdır.Ən azından insanın bir  sirdaşı olmalıdır.Ən azından o bilməlidir. Yollar aranmalı,  ailə tərəfləri səngər qurub yox,  səbirlə,  hər iki gəncin, uşaqların taleyini  düşünərək soyuq başla addım atmalıdırlar. Əgər  böyüklər hiss etsələr ki,  bu evlilik daha davam edə bilməz,  qərarı onlar verməlidir.  Qadına əl qaldırmaq, üzün-gözün göyərtmək olmaz. Bəs hüquq-mühafizə orqanlarımız nə üçündür?

Mən ailələrin dağılmasının qəti əleyhinəyəm. Kişinin bir arvadı olar, qadının da bir əri.

  Çalışmaq lazımdır ki, ilk addımdan sevdiyini doğru seçəsən.

Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun!  Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (II yazı)

 Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz