» » Qış mövsümündə uşağınızı soyuqdan necə qorumalı

Qış mövsümündə uşağınızı soyuqdan necə qorumalı

 

Qış mövsümündə uşağınızı soyuqdan necə qorumalıQış gələndə körpənizi soyuqdan qorumalısınız.
İlk olaraq çox istilikdən qətiliklə qaçın. Otağın ifrat dərəcədə istiliyi və bunun nəticəsi olaraq uşağın tərləməsi yuxuda ani körpə ölümü sindromu riskini artırır.
Körpənizin otağının normal temperaturda olduğundan əmin olun: 18 - 20 dərəcə arasında olan istilik idealdır. Bunun üçün bir otaq termometrindən istifadə edin.
Artıq istilikdən qaçmaq üçün körpənizin yatdığı yerin radiatordan, qızdırıcıdan və ya birbaşa günəş işığından uzaqda olmasına diqqət yetirin. Yatağına isti su torbası və ya elektrikli odeyal kimi vasitələr qoymaqdan qətiyyətlə çəkinin.

 Uşağınızı normal temperaturda saxlamağa çalışın

Körpənizin yatağı üçün bir neçə dəfə pambıqlı odeyal və çarşab seçin. Pərqu yorğandan istifadə etməyin.
Yumşaq, tək parça, ayaqlı, pambıq pijama bütün gecə uşağınızı təpədən dırnağa isti saxlayacaqdır. Çox soyuq olduğu zamanlarda, pijamasının üzərinə bir jilet geyindirə bilərsiniz. Ev içərisində və ya yuxu ərəfəsində papaq geyinməsi lazımsızdır.
Uşağınızın qarnına toxunaraq, istiliyindən xəbərdar ola bilərsiniz. Çox isti isə üstünə atdığınız əlavə odeyalı götürün. Üşüdüyünü hiss etsəniz, daha odeyal əlavə edin. Körpənizin tərləməsini xəbər verən işarələr tər, nəm saç və sətmədir.
Unutmayın, körpənizin hərarəti varsa, yataqda daha az odeyal qatlarının olması lazımdır. Kifayət qədər isinib- isinmədiyini əllərindən və ayaqlarından anlaya bilərsiniz.
Əgər əllər və ayaqlar mavi bir görünüş alıbsa, əlcək, corab və ya ayaqqabı geyindirin.

Evdən çıxarkən körpə nə geyinməli?

Qış mövsümündə uşağınızı soyuqdan necə qorumalı

Qış səhərlərində ailəliklə birlikdə çölə çıxmağı planlaşdırırsınızsa, körpələrinizin geyimlərinə üçüncü bir qat daha əlavə edin.
Kombinezonların çoxu papaqlı olur, ayaqları və qolları etibarlı şəkildə örtür. Daxili təbəqə polar izolyasiya kimi xidmət edir, təbəqəsi isə, ümumiyyətlə, suya davamlıdır.
Uşaqlar ən çox isti baş hissəsindən üşüyür, bu səbəbdən qışda çölə çıxarkən uşağınıza daim bir papaq geyindirin. Əlləri üşüyürsə, əlcək geyindirin.
Uşaq arabası ilə gəzintiyə çıxsanız, üstünə odeyal atın.
Belə geyim narahat etsə, körpəni ayıltsa, körpənizin papağını və qeyri-adi geyimləri çıxarmağı unutmayın. Hər hansı bir evə girsəniz də buna diqqət yetirin. Əksər mağazalar çox istidir və bu, körpənizin tərləməsinə səbəb ola bilər.
Əgər avtomobil batereya ilə qızdırlırsa, əvvəcədən uşağınızı odeyala bürüyün, avtomobil qızındıqdan sonra odeyalı dərhal götürün.
 

Qış mövsümündə uşağınızı soyuqdan necə qorumalı

Körpə soyuq havada çöldə nə qədər qala bilər?

Hava necə olursa- olsun, hər gün bir az təmiz hava almaq üçün evdən çıxmalısınız. Havanın həddən artıq soyuq olduğu günlərdə açıq hava səfərlərinizi bir qədər qısalda bilərsiniz.
Çöldə olduğunuz zaman davranışlarına fikir verin. Qarnına, qulaqlarına və üzünə tez-tez nəzarət edin.
Təhlükəsizlik ipucu: Uşağınıza soyuq olsa, soyuq yerlərini isitməyə çalışmayın. Sadəcə, dərinizi onun bədəninə yaxınlaşdırın. İsitmək üçün körpənizin əllərini qollarınızın arasına ala bilərsiniz.

Körpənin dərisini soyuqdan necə qorumalı

Çöldə soyuq və küləkli havadır. Qapalı sahədəsinizsə, quru isti yeniyetmələrin dərisindəki rütubəti azaldır, bu zaman körpənizin həssas dəri hissələrini soyundurun.
Körpənizin dərisini nəm saxlayın. Quru və çatlamış dəri üçün uşağınıza nəmləndirici losyon və ya yumşaldıcı sürtün.
Qış aylarında hər gün körpənizin hamama girməsi lazım deyil, çünki su dərini qurudur. Uşağınız hamama girməzdən əvvəl pəncərələri bağlayın və otağın isti olduğundan əmin olun. Uşağınızı yuyarkən, ilıq sudan istifadə edin. Körpənizdə ekzema əlamətləri varsa, quru dəri üçün yumşaldıcıdan istifadə edin. Uzun müddət vannada qalmasına icazə verməyin. Ən qısa müddətdə bir dəsmalla sarıyın, amma ovxalayaraq qurutmağa çalışmayın. Dərinə yüngül bir losyon və ya yumşaldıcı sürtərək prosesi tamamlayın.

Qış mövsümündə uşağınızı soyuqdan necə qorumalı

Türkcədən tərcümə.Mənbə:http://uzuncorap.com/2014/12/08/kis-boyunca-bebeginizi-nasil-sicak-tutarsiniz/

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz