» » Zemfira Verdiyeva — xarici dillər üzrə ilk qadın elmlər doktoru, professor

Zemfira Verdiyeva — xarici dillər üzrə ilk qadın elmlər doktoru, professor

Müəllif: Anaveusaq.az от 9-11-2018, 00:25

Zemfira  Verdiyeva — xarici dillər üzrə ilk qadın elmlər doktoru, professor

 

9 noyabr xarici dillər üzrə ilk qadın elmlər doktoru, professor Zemfira Nadir qızı Verdiyevanın Xatirə günüdür.
Zemfira Verdiyeva 19 noyabr 1935-ci ildə Tiflis şəhərində anadan olmuşdur.
Həmin ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Atası general, anası isə uzun illər dəmiryol texnikumunun direktoru işləyib. 1943-1945-ci illərdə 189 saylı (rus dilli) orta məktəbdə təhsil almışdır. 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun İngilis-fransız dili fakültəsinə daxil olmuş, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1957-1995-ci illər arasında Azərbaycan Döv­lət Pedaqoji Dillər İnstitutunda laborant, pedaqoji təcrübə müdiri, müəllim, ka­fedra müdiri, 1973-cü ildən 1995-ci ilə qədər rektor vəzifəsində çalışmışdır.
1965-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1968-ci ildə dosent elmi adını almışdır. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1972- ci ildə professor elmi adına layiq görülmüşdür. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Alimin Azərbaycanda və xarici ölkələrdə 190-a qədər kitab, monoqrafiya və dərs vəsaitləri çapdan çıxmışdır. Onun elmi-pedaqoji fəaliyyəti haqqında 372 məqalə çap edilmişdir.
 

Zemfira  Verdiyeva — xarici dillər üzrə ilk qadın elmlər doktoru, professor

 

Z.Verdiyeva 1990-1995-ci illər ərzində Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.
1989-cu ildən Azərbaycan Qadınlar Cəmiyyətinin sədri vəzifəsində çalışmış və bu müddətdə dünyada 65 qadın təşkilatı ilə əlaqə yaratmışdır. Bu cəmiyyət 1920-ci ildə yaradılıb, hazırda öz sıralarında 75 mindən artıq qadını birləşdirir. Azərbaycan Dillər Universitetində namizədlik və doktorluq dissertasiyaları üzrə Müdafiə Şurasının üzvü olmuşdur. Bir sıra doktorant və aspirantlara rəh­bərlik etmiş, müxtəlif ali təhsil ocaqlarında elmi işlərə opponentlik etmişdir. Dünyanın 65-dən çox ölkəsində olmuş və onların 30-dan çoxunun universitetlərində mühazirələr oxumuşdur.
Azərbaycanın "Şöhrət" ordeninə, İngiltərə Bioqrafiya Mərkəzi tərəfindən 1998, 2003-cü illərdə "İlin qadını", 2000-ci ildə isə "Əsrin qadını" adlarına layiq görülmüşdür. Bununla yanaşı, dünyada ictimai fəaliyyətinə görə ABŞ, İngiltərə, Kanada, Cənubi Koreya və s. ölkələrin mükafatlarını almışdır. BMT-nin nəzdində fəaliyyət göstərən "Bütün Dünyada Sülh" federasiyası tərəfindən "Sülhməramlı Səfir" diplomu ilə təltif edilmişdir.
Z.Verdiyevanın tərcümeyi-halı 1998-ci ildə Nyu-Yorkda (ABŞ) "Beynəlxalq Tərcümeyi-Hal" Soraq Kitabçasına daxil edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zemfira Verdiyeva 9 noyabr 2010-cu ildə Bakıda vəfat etmişdir.
İki qızı var. Bir qızı elmlər doktoru, professor, digəri isə hüquqşünasdır.
Z.Verdiyevanın dünya ölkələrindən aldığı 50-dən çox şlyapadan ibarət zəngin baş geyimləri kolleksiyası var.
 

Zemfira  Verdiyeva — xarici dillər üzrə ilk qadın elmlər doktoru, professor


Zemfira  Verdiyeva — xarici dillər üzrə ilk qadın elmlər doktoru, professor

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz