Torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim – Həbibə Süleyman qızı Qasımova
Müəllif: Anaveusaq.az от 24-08-2018, 00:20
24 avqust Azərbaycan Respublikasının Əməkdar elm xadimi, torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı

Həbibə Qasımova 24 avqust 1922-ci ildə Bakı şəhərində anadan olub. 1939-cu ildə orta məktəbi bitirmişdir. 1944-cü ildə Azərbaycan Dövlət Universitetini "Fərqlənmə" diploma ilə bitirmişdir. Universitetdə oxuduğu müddətdə fakültənin komsomol katibi, partiya bürosu katibi və universitetin komsomol komitəsi katibinə qədər yüksəlmişdir.
1945-1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil almış, 1949-cu ildə "Azərbaycanın penisillin əmələgətirən göbələkləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Həbibə Qasımova 1963-cü ildə "Qazıntı üzvi maddələrin torpağın mikroflorasına təsiri" mövzusunda dissertasiya müdafiə edib biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
1965-ci ildə professor elmi dərəcəsi almış, 1980-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi adına layiq görülmüşdür.
1965-ci ildən 1967-ci ilə qədər Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin dekanı olmuşdur.
1967-ci ildən Azərbaycan Dövlət Universitetinin ibtidai bitkilərin sistematikası və mikrobiologiya kafedrasının müdiri olmuşdur.
150-dən artıq elmi əsərin, 5 tədris kitabının, 2 ixtiranın müəllifidir. İllinoys ştatı (ABŞ) Elmlər Akademiyasının həqiqi üzvü idi.
Həbibə Qasımova 18 noyabr 2014-cü ildə Bakı şəhərində vəfat edib.
Oxşar postlar:
- Oxunub: 1 558
- Şərhlər: 0
- Bölmə: Qadın / Ana / Məşhur qadınlar
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
"...Amma hamını həmişə aldatmaq olmaz” ( II yazı)
"...Amma hamını həmişə aldatmaq olmaz” ( I yazı)
"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)
Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov
Mənim Tanrım gözəllikdir, sevgidir
Yağışın yaratdığı əsrarəngiz lövhələr
" Yenə də çiçəkdi, güldü bu dünya "
Bu dadlı nemətləri qoyub, insanlar spirtli içkilər niyə içsin?
Həqiqi demokrat olmayanlar demokratiya adından danışa bilməzlər
İnsanlığa qarşı həqarət işlətmiş ölkə - Belçika
Yazarlar