» » Dünyanın birinci xanımları haqqında nə bilirik?

Dünyanın birinci xanımları haqqında nə bilirik?

Dünyanın birinci xanımları haqqında nə bilirik?

"Birinci Xanım" (First Lady) dövlət başçısının xanımına verilən qeyri-rəsmi addır.
Bu hörmətli və pafosla səslənən addan əvvəlcə Amerikada, daha sonra digər dünya dövlətlərində dövlət başçılrının xanımlarına müraciət edilmişdir.
İlk dəfə ABŞ-da 1849-ci ildə 12-ci prezident Zakari Teylor öz həyat yoldaşını belə adlandırıb.
Ölkənin birinci xanımı da Qadındır, Anadır və o, bu qayğıları ilə yanaşı, mənsub olduğu ölkədə qadınların ən yaxın sirdaşıdır. Bu da son deyil: Birinci Xanım dövlət başçısının rəsmi səfərləri zamanı onu müşayiət edir, qayğı və fəaliyyətləri ilə dövlət başçısının siyasətinə dəstək verirlər.
Müasir medianın ən dəbdə olan mövzularından biri də Birinci Xanımlarla bağlıdır. Hər hansı bir ölkə vətəndaşına nəinki öz ölkəsinin, eləcə də digər ölkələrin Birinci Xanımının geyim stili, ailə qayğıları, sosial fəaliyyəti və s. hər zaman maraqlıdır.
Ana və Uşaq  sizin bu maraqlarınıza rəğmən dünyada məşhur olan Birinci Xanımların bəziləri haqqında maraqlı məlumatlar toplamışdır. Onlardan bir neçəsini sizə təqdim edirik və nəzərinizə çatdırırıq ki, bu seriyadan olan yazıları vaxtaşırı təqdim edəcəyik.

Dünyanın birinci xanımları haqqında nə bilirik?

1. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva istər ictimai siayasi fəaliyyəti, istərsə də sevilən stilist imici ilə dünyanın ən məşhur Birinci xanımlarından biridir.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan - İrs” jurnalını təsis edib.
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
Mehriban Əliyeva, həmçinin Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondunun rəsmi açılışı olub.
2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə, Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
Mehriban xanım dəbdəbəli geyimə böyük rəğbət bəsləyir. O, görünüşcə gözəl olduğu kimi, daxilən də zəngin və uçadır.
Çinin Şanxay şəhərində may ayının 21-22-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı çox da uzaq deyil. Dövlət və hökumət başçılarının Sammitində iştirak edən Azərbaycan dövlət başçısı İlham Əliyev və onu müşayiət edən xanımı Mehriban Əliyevanın cazibədar davranışları və şıq geyim tərzləri ilə diqqəti cəlb etmişdi.

Dünyanın birinci xanımları haqqında nə bilirik?

Dünyanın birinci xanımları haqqında nə bilirik?

Dünyanın birinci xanımları haqqında nə bilirik?

Dünyanın birinci xanımları haqqında nə bilirik?

Liderlərin həyat yoldaşlarını Çin dövlət başçısı Xi Jinpingin xanımı Peng Liyuan qarşılamışdı. Tədbirin davam etdiyi müddətdə Birinci xanımlar Şanxayın tarixi və mədəni məkanlarını gəzmişdilər. Onlardan ən çox diqqət çəkəni Peng və xanım Mehriban Əliyeva olmuşdu. Çin mediasında da ən çox bəyənilən fotolar Pengın keçirdiyi tədbirlər və bu tədbirləri əks etdirən və hər zaman Pengın yanında yer alan Mehriban Əliyevanın şəkilləri olmuşdur. Günəş eynəyi və ağ-qara paltarı ilə diqqətləri cəlb edən Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva
həm də səmimi ünsiyyət və kübarlığı ilə hamını heyran etmişdir.
Mehriban xanım Azərbaycan xalqının, sözün geniş mənasında, əsl Birinci Xanımıdır.

Dünyanın birinci xanımları haqqında nə bilirik?

2.Queen Rania Al Abdullah İordaniya kralının xanımıdır, kraliçadır. O, gözəlliyi və ağlı ilə 2005-ci ildən 2009-cü ilədək "Forbes” jurnalında 100-ə yaxın tanınmış qadınların sırasında ən nüfuzlu reytinqə malik olmuşdur.
Queen Rania "Harpes” və "Queen” jurnalı tərəfindən dünyanın üçüncü ən gözəl qadını seçilmişdir. Bu İordaniyalı qadın hazırda dünyanın ən nüfuzlu qadını hesab olunur. O, 10 iyun 1993-cü ilədək , yəni prins Abdullahla ailə qurmamışdan öncə, bankda işləyən sadə xanımlardan biri idi. Rania prins Abdullahla 5 aylıq münasibətdən sonra nikah kəsdirir və bu evlilikdən onlarin 4 övladı dünyüya gəlir. Bu xanım tək 4 uşaq anası və kraliça deyil , hətta təhsil və digər sosial fəaliyyətlərdə xoşməramlı səfir kimi fəaliyyət göstərir.

Dünyanın birinci xanımları haqqında nə bilirik?

Dünyanın birinci xanımları haqqında nə bilirik?

Dünyanın birinci xanımları haqqında nə bilirik?

3. Prinsessa Lalla Salma Morokko kralı V Məhəmmədin xanımıdır.Saçlarının qırmızı rəngi ilə seçilən bu gözəl qadın incə görünüşə malikdir.Ölkədə xərçəngə qarşi mübarizə aparan dərnəklərdə öz uğurlari ilə fəaliyyətdədir. 

Dünyanın birinci xanımları haqqında nə bilirik?

Salma qeyri-ənənəvi Prinsessadır. Görəsən, informasiya mühəndisi kimi fəaliyyət göstərən qadına princessa olmaq asandırmı? Demək olar ki, adi deyil , miflərdə və nağıllardakı kimi , öz həyat yoldaşının silahdaşı və insanların qəlbini zəbt etməyə nail olan əsl qadındır. Bu, həqiqətdir ki, onun belə parlaq görünüşünə , qürurlu duruşuna xaricdə aldığı kursların təsiri olmayıb.
Salma 3 yaşında ikən atası - Fes məktəbinin müəllimi Əl Həcc Əbdəlhəmid Bennani dünyasini dəyişir . Nənəsi və bacısı tərəfindən qayğı göstərilən Salma öncə məktəbdə, daha sonra Hassan adlı litseydə təhsilini davam etdirir. Bundan sonra riyaziyyat elmləri üzrə bakalavr səviyyəsinə kimi qalxır. 2002-ci ilin 21 mart tarixində VI Məhəmmədlə ailə həyati qurur. Lalla Queen heç vaxt koraleva olmayacaq , amma buna baxmayaraq, o, Morokkoda Frist Lady kimi və Məhəmmədin bircəcik həyat yoldaşı kimi tanınmaqdadır.
Lalla Salma özəl günlərdə, toylarda, ya da dünya səfərlərində ənənəvi və milli paltarlar geyinməyə üstünlük verir. Bu yerli geyimlərlə o, heç də səfərdə olduğu ölkənin birinci xanımıdan geri qalmır, əksinə, öz ölkəsinin, şəxsən özünün özünəməxsus geyim tərzini nümayiş etdirir.

 

Dünyanın birinci xanımları haqqında nə bilirik? 

Dünyanın birinci xanımları haqqında nə bilirik?


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz