» » Körpənizin rahat uyuması üçün tövsiyələr

Körpənizin rahat uyuması üçün tövsiyələr

Müəllif: Samirə от 1-10-2016, 06:00

 

Körpənizin rahat uyuması üçün tövsiyələr 

1. Körpənizi gözəlcə yedirdin ki, duş sonrasında aç olmasın və yuyunmanın verdiyi rahatlığın kefini çıxara bilesin. Bu şəkildə körpələrlə duş sonrasında daha yaxşı vaxt keçirərsiniz və körpə də duş edəcəyi üçün daha xoşbəxt olur.
2. İlıq bir duş hazırlayın. Bəzi valideynlər suyun çox isti olacağından narahatlıq edərək körpələri soyuq suya salır, amma körpələr soyuq suyu heç sevməz. Körpələr tez üşüyürlər, dəriləri zəif, hələ müqavimətləri, dözümü yox və soyuq su xoşlarına gəlmədiyi üçün suya salan kimi, ağlamağa başlayırlarr. Körpəni yuyarkən yumşaq bir süngər və ya incə pambıqlı bir parça istifadə edin. Körpə çox kiçiksə pambıq istifadə etmənizi tövsiyə edilir, çünki pambıq daha yumşaqdır.
3. Körpənizi duşdan çıxardıqdan sonra, yumşaq bir dəsmala bükərək qucağınıza oturdun, ya da yatırdın. Mahnı oxuyun, nəzakətlicə qurulayarkən gözlərinə baxın.
4. Bütün bədəninə masaj etməyi laqeyd yanaşmayın. Qucağınızda masaj edərək körpənizlə isti təmas qurmuş olursunuz. Sonrasında körpənizi geyindirin və bezləyin. Körpələr oyanıqkən qarınlarının üzərinə yatmağı sevir, siz də duşdan sonra onu qucağınızda və ya yumşaq bir dəsmalın üzərində qarınının üstünə yatıra bilərsiniz.
5. Körpənizin qazı olub- olmadığını nəzarət edin və kifayət qədər maye almasını təmin edin. Əgər kifayət qədər maye alarsa, kiçik yumruqlarını ağzına aparacaq və basdıracaqdır. Belə bir vəziyyət varsa, körpənizi bir az daha bəsləyin, qucaqlayın, oxşayın. Sonrasında körpənizi kürək üstü çarpayısına yatırdın. Yaxşı gecələr öpüşü verin, işığı söndürün və otaqdan çıxın. 

Körpənizin rahat uyuması üçün tövsiyələr 

Körpələrin daha yaxşı yatmasını təmin etmək üçün göstərişlər
1. Körpənizin tox olması çox əhəmiyyətlidir.
2. Onu yuxuya yatırdığınızda altının təmiz olduğundan əmin olun və islaqlığı bədənindən dən uzaq tutacaq bir körpə bezi seçim edin.
3. Körpənizi çarpayısına ayaqları çarpayının ucunu göstərəcək şəkildə qoyun, rahat və isti olmasını təmin edin.
4. Körpəniz həddindən artıq yorğun olmasın, çünki yorğun körpələr çətin sakinləşirlər. Ayrıca əsnəmək, gözlərini ovuşdurmanın, başını bir tərəfdən digərinə çevirmək kimi yorğunluq əlamətləri göstərdiyində, körpəni çarpayısına qoyun.
5. Çarpaysına yatırdığınızda ağlayarsa, dərhal qucağınıza almayın. Çoxu körpənin öz-özünə sakitləşməsi on dəqiqəni apapar. Bu, yuxu təhsilinin çox əhəmiyyətli bir hissəsidir.
                                             Körpənizin rahat uyuması üçün tövsiyələr
6. Gün içində yaxşı yatmasını təmin edin. Gündüz yaxşı yatmayan körpənin gecə daha tez yatacaqdır.
7. Kiçik körpələrin qidalanma aralarında qısa müddətlər yatmasını təmin edin və qidalanma aralarında çox uzun müddət oyaq tutmayın. 3 ayın içindəki kiçik körpələr üçün yarım saat oyaq qalmaq kifayət qədər uzun bir müddətdir. 4 aylıq və daha böyük körpələr daha uzun müddət oyaq qala bilər, amma yenə də körpənizin yaxşı bir gündüz yuxusu altproqramı inkişaf etdirməsini təmin edin.
8. Körpənizi çarpayısına yatırmadan əvvəl kifayət qədər öpüb oxşadığınızdan əmin olun. Yatmazdan əvvəl ona kitab oxuya bilərsiniz. Çox kiçik körpələr belə səsinizi eşitməkdən və rəngli səhifələrə baxmaqdan xoşlanırlar.
9. Otaqdan çıxarkən musiqili bir oyuncaq da qoyun yanına. Oyuncağı çarpayının içinə deyil, yaxınına bir yerə qoyun. Amma körpənin diqqəti dağıda biləcək hərəkətli bir oyuncaq olmamasına da diqqət edin.
10. Evdəki səs səviyyəsini ən aşağı səviyyədə saxlayın.

Körpənizin rahat uyuması üçün tövsiyələr 

Qeyd:
Yazı türkcədən tərcümə edilmişdir...
PS:Körpələrinizi körpə ikən çox sevin. Onlar həmişə körpə qalmır, böyüyüəndə yavalaşırlar)))))

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz