» » Uşaqlardakı ağrılar dərmansız aradan qalxa bilər

Uşaqlardakı ağrılar dərmansız aradan qalxa bilər

Uşaqlardakı ağrılar dərmansız aradan qalxa bilər

Böyüməkdə olan uşaqlar gündəlik həyatlarında müxtəlif ağrılarla qarşılaşırlar. Bu isə istər cəmiyyətin, istərsə də ailənin ciddi qayğılarından biridir.
Türkiyəli həkimlər - Dr. Əbru Gözər və Dr. S. Ayişə uşağın yaş qrupuna və ağrının səbəbinə görə dərmansız ağrı idarəetmə strategiyalarının seçilməsini vacib sayırlar. Bu məqsədlə səhiyyə sistemində təsirli müdafiə metodları üzzərində daim ciddi axtarışlar aparılır.
Təkrarlanan və xroniki ağrıların uşaqların həyatı boyu davam edərək fizioloji və psixoloji problemlərə yol açdığı qeyd edən Anadolu Sağlamlıq Mərkəzinin mütəxəssisləri Doktor Əbru Gözər və Dr. S. Ayişənin fikrincə, bu məsələdə problemin həlli kimi, ağrının etiologiyasını üzə çıxarmaq, nədən qaynaqlandığını müəyyən edərək ortadan qaldırmaq olar.

Uşağın inkişafı ilə ağrılar ən çox gecə müşahidə edilir

Bu ağrıların 3-10 yaş arasındakı uşaqlarda gecələr müşahidə edildiyini qeyd edən Gözər və Ayişə billdirmişlər ki, uşaqların gündəlik fəaliyyətində hər hansı bir ləngimə, gerilik nadir hallarda ola bilər. Ağrılara gəlincə, onlar, əsasən, daha çox axşama doğru və gecə yatanda dizlə topuq arasındakı nahiyədə başlayır. Belə vəziyyətdə göstərilən Uşaqlardakı ağrılar dərmansız aradan qalxa bilərmasajlardan uşaqladakı belə ağrılar aradan qaldırılır. Ertəsi gün fəallıq yenə normal davam edir. Sürətli böyümə və həddindən artıq fəallıq dövründə bu cür vəziyyətlərə daha çox rast gəlinir. Uşağın yaş və inkişafı ilə mütənasib olaraq ən sıx qarşılaşılaşdıqları ağrılar qarın ağrıları, baş ağrısı, oynaqlada, dizlərdə, ayaqda, baş barmaqlarda baş qaldıran ağrılarıdır.
İnkişaf ağrıları ilə revmatiz ağrıları bir-birndən fərqlidir
Həkimlər böyümə ağrıları ilə revmatizm ağrılarını ayırd etməyia asan olduğunu bildirirlər. Onlar qeyd edirlər ki, böyümə ağrılarının ən mühüm xüsusiyyəti budur ki, uşaqda fəaliyyət davamlı olur, yəni, uşaq ağrıya baxmayaraq və gündüzlər mütəhərrik olurlar. Oynaqlar sərbəst olur, edilən masajlar isə onları daha rahat edir. Revmatizm ağrılarında isə oynaq, ya da üzv çox ağrılı olur və hərəkət də məhduddur. Toxunulması da həddindən artıq ağrı yarada bilər. Roevmatik ağrılarda səhər vaxtları kəkələmə tipikdir.
Doktor Əbru Gözər və Dr. S. Ayişə uşağın yaş qrupuna və ağrının səbəbinə görə dərmansız müalicə rəhbərlik strategiyalarını belə sıralamışlar:
Uşaqlardakı ağrılar dərmansız aradan qalxa bilər0-12 ayda qaz, yağun bağırsaqda və qarın boşluğundakı sancılar zamanı oxşama, bələmə kimi həssas üsullar, əmzik vermək, layla söyləmək kimi fəndlər işə yarayır.
1 yaşdan yuxarı uşaqlarda fiziki ağrı və ya ağrılı proseslər zamanı valideynlə yaxın olmaq, oyuncaqlarla əyləncə, diqqəti başqa istiqamətə yönəldən obyektlər işə yarayır.
Məktəb ərəfəsində sevdiyi nağıl qəhrəmanları ilə tanış edilmə, mükafatlandırma, diqqəti başqa səmtə yönəldən obyektlərdən istifadə etmək faydalı olar.
Məktəb çağında əvvəlcədən məlumatlandırma, mehriban ünsiyyət və söhbət , tənəffüs təlimləri, mükafatlandırma üsulları istifadə edilə bilər. Məktəb çağında əvvəlcədən maarifləndirmə, cəsarətləndirmə, mükafatlandırma üsulları istifadə edilə bilər.
Yeniyetmələrdə isə ağrılı vəziyyət haqqında onları ətraflı məlumatlandırma və mümkünsə üsul seçiminə iştirak etmək şansı verilməsi uyğundur.
Xüsusilə qaz, həzm pozğunluğu, narahatlığa bağlı ağrılar və yaş inkişafı ilə bağlı ağrılarında uşaqla iş birliyi, güvən vermə, masajlar dərmanlardan daha təsirli ola bilər.

Uşaqlar hər yaş dövründə ağrıya fərqli reaksiyalar verirlər

Körpə və uşaqlarda ağrının hiss etməsi və ağrıya cavab yaşa görə dəyişir göstərir.

Uşaqlardakı ağrılar dərmansız aradan qalxa bilər 0-3 aylıq uşaqlar ağrıların yerini müəyyən edə bilməyib refleksə cavab verə bilmirlər.
3-6 aylıq körpə kədərli və acıqla qəzəblənir.
6-18 ayda ağrının yerini müəyyən edir və onlar ağrını qorxu ilə qarşılayırlar.
18-24 aylarda körpələr ağrının mahiyyətini başa düşür və öhdəsindən gəlmək üçün yollar tapa bilir.
24-36 ayda ağrıları təyin edir və qarşısını almaq üçün tədbirlər görürlər.
36-60 ayda ağrıları təyin edir və qiymətləndirə bilirlər.
5-7 yaşlarında ağrının şiddətini təsvir edə bilərlər.
7-10 yaşlı bir uşaq niyə və necə ağrı olduğunu izah edə bilir.
Onlar 11 yaşdan yuxarı ağrı haqqında dəqiq məlumat verirlər.

Uşaqlardakı ağrılar dərmansız aradan qalxa bilər

Qeyd: Yazı türk saytlarından tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz