» » NATO-da reaktiv təyyarə sürən ilk azərbaycanlı (Türk) qadın - Ləman Bozqurd

NATO-da reaktiv təyyarə sürən ilk azərbaycanlı (Türk) qadın - Ləman Bozqurd

NATO-da reaktiv təyyarə sürən ilk azərbaycanlı (Türk) qadın  - Ləman Bozqurd

Ləman Bozqurd 1932-ci ildə Sarıqamışda doğulan qarapapaq türküdür. Qarapapaqlar və ya Tərəkəmələr — Qafqazda,Türkiyədə,Azərbaycanda Rusiyada yaşayan azərbaycanlı tayfasıdır. Əvvəllər Sırdəryanın sağ sahilində yaşayıblar. Oğuz türkləri (tərəkəmələr) XI əsrdən başlayaraq, İran, Zaqafqaziya, Kiçik Asiya və Mesopotamiyaya yayılıblar. Köçəri həyat sürən türklərin bir hissəsinə tərəkəmə (ərəbcə "tərakimə" - türkmənlər) deyiblər.Bəzi mənbələrdə Tərəkəmələri etnik qrup sayırlar.Amma bu belə deyil, tərəkəmələr birinci dəfələrdən sayına görə etnik qrup olub. Sonra isə sayları artdıqca millət kimi formalaşıblar. Tərəkəmələr Azərbaycan, Dağıstan, Türkiyə və Gürcüstanda yaşayırlar. Azərbaycanda Kür-Araz ovalığında, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində, Qərbi Azərbaycanın Göyçə mahalında yaşayan və icma halında yaylağa gedən tərəkəmələr həm də əkinçiliklə məşğul olurdular. Tərəkəmələrin qalan hissəsi aranda biçini qurtarıb, payız əkininə hazırlıq görürdülər. Onlar əsasən heyvandarlıq məhsulları (yağ, pendir, yun və s.) istehsal edir, bunları taxıl və sənətkarlıq məhsulları ilə dəyişirdilər. Xalçaçılıq, toxuculuq və s. də inkişaf etmişdi. "Tərəkəmə" xalq rəqsi və musiqisi tərəkəmələrlə bağlıdır. Tərəkəmələr Azərbaycan, Türkiyə, Gürcüstan,Dağıstan,İran ərazilərində yaşayırlar.
Tərəkəmələr əsasən qoyunçuluqla məşğul olurlar. Azərbaycanda yayı müvəqqəti olaraq Dağlıq Qarabağ və ətrafı rayonlarda, digər fəsilləri isə əsasən Aran ərazilərdə yaşayırdılar. Qarabağ müharibəsində, Ermənistanın Azərbaycanın 20% ərazisinin işğalı ilə əlaqədar tərəkəmələr yay aylarında dağlıq ərazilərə köç edə bilmədikləri üçün əvvələr köçəri həyat sürən tərəkəmələr getdikcə oturaq həyata keçirlər. Rayon mərkəzlərində digər əhaliylə qaynayıb qarışsalar da, kəndlərdə yaşayan tərəkəmələr millət birliyini qoruyub saxlamışlar.
Tərəkəmələr rus,türk,gürcü və azərbaycan dilində danışırlar.Onlar bu dillərdə öz yaşadığı olkəyə aid danışırlar.Amma buna baxmayaraq tərəkəmələrin doğma dili türk dili hesab edilir. Tarixi kökü Oğuz türklərinə dayanan tərəkəmələr türk dilində özünə məxsus ləhcəsində danışırlar. Tarixən İslamı qəbul etmiş və bu dinə sitayiş edirlər.
Azərbaycan Respublikasının iqtisadi həyatında əsaslı rol oynayaraq, kənd təsərüfatı məhsulun əsas hissəsini istehsal edirlər. Həmçinin tərəkəmə millətindən bir çox alimlər, professorlar çıxmış, elmə töhfələr vermişlər.
NATO-da reaktiv təyyarə sürən ilk azərbaycanlı (Türk) qadın  - Ləman Bozqurd

Ləman Bozqurd litseyi bitirdiyi il Türkkuşu İnönü təsislərində planer təhsili alıb. Dərhal ardından Türkkuşu motorlu məktəbinə müəllim namizədi olaraq qatılıbdır. 1954-cü ildə silahlı qüvvələrə qadınların da alınmasıyla əlaqədar qərar çıxınca İzmir Hava hərb məktəbinə müraciət etmiş və oktyabr 1955-ci ildə burada təhsilə başlamışdır. Pərvanəli təyyarələrlə təhsilini tamamlayaraq 30 Avqust 1957-ci ildə məzun olmuşdur. Daha sürətli və daha yüksəyə uçmaq arzusuyla reaktiv pilotu təhsili almaq üçün 1958-ci ildə Eskişehirdəki reaktiv təhsil flotuna qatılmış və qısa bir müddətdə təhsilini müvəffəqiyyətlə tamamlamışdır. Noyabr 1958-ci ildə reaktiv pilotu olan Ləman Bozqurd 9 il müddətlə F-84 və T-33 reaktiv təyyarələrində uçmuşdur. Daha sonrakı illərdə hava qüvvələrinin qərargah xidmətlərində çalışmışdır. Personal plan şöbə müdiri və Mərkəz şöbə müdiri olaraq vəzifə yerinə yetirən Ləman Bozqurd Altınçəkic ehtiyat polkovnik olaraq təqaüdə çıxmışdır. Ay ulduzlu bayrağı göylərdə daşıyan ilk qadın reaktiv pilotu Ləman Bozqurd Altınçəkic eyni zamanda NATO hava qüvvələrinin də ilk və uzun illər boyunca da tək qadın reaktiv pilotu olmuşdur.
Ləman Bozqurd Altınçəkic 4 May 2001-də İzmirdə vəfat etmişdir.
NATO-da reaktiv təyyarə sürən ilk azərbaycanlı (Türk) qadın  - Ləman Bozqurd

Mənbə: Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz