» » Rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın - Qeysər Seyfulla qızı Kaşıyeva

Rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın - Qeysər Seyfulla qızı Kaşıyeva

Müəllif: Anaveusaq.az от 4-05-2018, 00:20
Rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın - Qeysər Seyfulla qızı Kaşıyeva

Qeysər Seyfulla qızı Kaşıyeva 7 iyun 1893-cü ildə Tiflisdə doğulmuşdur. ö.17 aprel 1972-ci il, Bakı) — Onun adı rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın kimi mədəniyyət tariximizə həkk olunmuşdur.
Qeysər Qafqaz İncəsənətini Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq siniflərində oxumuşdur (1907-1908). Yaradıcılığının ilk dövründə Tiflisdə qadın xeyriyyə cəmiyyətlərinin keçirdiyi mədəni tədbirlər üçün afişa və məramnamələr tərtib etmişdir. 1907-1915 illərdə akvarel, qara tuş, karandaş və kömürlə çoxlu rəsm, portret və mənzərə çəkmişdir ("İ.Qonçarovun portreti", 1909, "Azərbaycan ziyalısı", 1912, "Göl sahili", 1914, "Küpəgirən qarı", 1915). Sovet hakimiyyəti illərində Əli Bayramov adına qadınlar klubunda çalışmış, "Şərq qadını" jurnalına illüstrasiyalar çəkmişdir. Rəsm albomları Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.
Yaradıcılığı
Təsviri sənətin rəngkarlıq və qrafika sahəsində fəaliyyət göstərmişdir. O, professioanal rəssamlıq təhsili alan ilk azərbaycanlı qadındır. Q.Kaşıyeva sənətin sirlərinə dünyaya göz açdığı Tiflisdə, Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq studiyasında (1907-1908) yiyələnmişdir. O dövrün tanınmış rəssamları sayılan R.Zommer və O.Şmerlinqdən dərs alan Qeysər xanımın yaradıcılığı müxtəlif janrlarda çəkilmiş əsərlərlə zəngindir. Onun kömür, tuş, sulu və yağlı boya ilə çəkdiyi əsərlərin arasında "Ziyalı qadın”, "Qoca keşıkçi”, "Gürcü qızı”, "Ovçu”, "Yanğınsöndürən”, "Qoqolun portreti”, "Azərbaycan ziyalısı”, "Küpagirən qarı”, "İ.Qonçarovun portreti”, "Azərbaycan ziyalısı”, "Göl sahili” və s. realizm ənənələrinə tapınan əsərləri özünəməxsus icra sənətkarlığı ilə seçilir. O, "Şərq qadını” jurnalına (1923-1938-ci illərdə Bakıdaçap olunmuşdur) illyustrasiyalar da çəkmişdir.
Otuzuncu illərdə ərinin "xalq düşməni” güllələnməsindən sonra, özünün də həbs olunaraq sürgünə göndərilməsi onun zəngin bədii irsinin itib-batmasına səbəb olmuşdur. Qeysər xanımın bizim dövrə gəlib çatan azsaylı əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

Rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın - Qeysər Seyfulla qızı Kaşıyeva

Mənbə: Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz