İren İsgəndər qızı Məlikova -Strasburq Humanitar Elmlər Universitetində Azərbaycan Mədəniyyətini Araşdırma Mərkəzini yaratmış həmyerlimiz.
Müəllif: Dəyanət от 9-04-2018, 00:20
İren İsgəndər qızı Məlikova Rusiyada məlum bolşevik inqilabı baş verən gün - 7 noyabr 1917-ci ildə Sankt-Peterburq şəhərində ziyalı ailəsində dünyaya göz

İlk təhsilini Parisdə alan İren Sorbonna Universitetinə qəbul olunur. Burada ingilis dili və ədəbiyyatını yüksək səviyyədə öyrənir. Eyni zamanda Şərq Dilləri Dövlət Məktəbində türk dili sahəsində də biliklərini təkmilləşdirir. Tanınmış türkoloqların mühazirələrini dinləyir. Təhsil aldığı illərdə fransız dili ilə yanaşı, türk, fars və ərəb dillərini də öyrənir. Universiteti uğurla başa vurduqdan sonra elmi yaradıcılıqla məşğul olur.
Tələbəlik illərində Parisdə tanış olduğu bir gənc türkoloqla ailə həyatı qurur. Türkiyəni görmək, İstanbulda yaşamaq arzusu ilə İ.Məlikova 1941-ci ildə həyat yoldaşı ilə birlikdə qardaş ölkəyə köçürlər. O, 1948-ci ildə Fransaya qayıdır və türkologiya sahəsində araşdırmalar aparır, sanballı elmi nəticələr əldə edir. Elmi axtarışlarının miqyası genişlənərək Türkiyə, Azərbaycan, İran və Orta Asiya ölkələrini əhatə edir. Bu uğurlu elmi araşdırmaları ona şöhrət gətirir və Strasburq Universitetinə dəvət edilir, türkologiya və İran fakültəsinin rəhbəri təyin olunur. Bir çox beynəlxalq elmi qurumların, cəmiyyətlərin üzvü seçilir.
İ.Məlikova əsasən Azərbaycanın tarix və ədəbiyyatını tədqiq edir. 1957-ci ildə doktorluq dissertasiyası müdafiə edir. "Danişmənd dastanı”, "Əbumüslüm Xorasani”, Umur paşa dastanı” adlı kitabları işıq üzü görür. 1957-ci ildən 1964-cü ilədək o, Elmi Araşdırmalar Milli Mərkəzinin Şərqşünaslıq bölməsində çalışır. Strasburq Humanitar Elmlər Universitetində işə düzəlir və bir müddət sonra bu məşhur təhsil və elm ocağının professoru olur. Burada işləyə-işləyə türk dilləri və ədəbiyyatı sahəsində böyük elmi mərkəz yaratmağa səy göstərir. Gərgin araşdırma və yaradıcılıq fəaliyyəti sayəsində Türkiyyat Araşdırmaları İnstitutunu yaradır. İnstitut qısa müddət ərzində Avropada ən nüfuzlu türkoloji mərkəzlərdən birinə çevrilir.
1984-cü ildə Strasburq Humanitar Elmlər Universitetində ölkəmizin ədəbiyyat və mədəniyyətinin təbliğini həyata keçirən Azərbaycan Mədəniyyətini Araşdırma Mərkəzini yaradır və onun prezidenti seçilir. 1988-ci ildə qurum Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz adlandırılır.
Alim haqqında araşdırmalarda qeyd olunur ki, İ.Məlikova Strasburq Universitetində işə başlayanda bu ali təhsil ocağının türk şöbəsində cəmi iki tələbə oxuyub.

Böyük məqsəd, arzu və istəklə yazıb-yaradan İren xanım Strasburq Universitetində dərs deməklə yanaşı, Azərbaycanla bağlı araşdırmalarını da davam etdirir. 1988-ci ildə "Ədəbiyyat və incəsənət” qəzetində onun "Türk Qafqaz qeydləri” silsiləsindən "Babək Xürrəmi və Seyid Battal” adlı böyük məqaləsi dərc edilir. O, eyni zamanda Bakı Dövlət Universitetinin fəxri professoru seçilir. Həmin dövrdə Qərbi Avropada nəşr edilən yeganə türkologiya jurnalı olan "Türkika”nın baş redaktorluğu ona tapşırılır.
Azərbaycan haqqında bitib-tükənməyən arzuları onu İrana aparır. Cənubi Azərbaycana gələn İren xanım Təbriz şəhərini gəzir və tarixi memarlıq abidələrini yaxından seyr edir. Yaradıcılığını çox sevdiyi Şah İsmayıl Xətai haqqında xeyli material toplayır.
İren Məlikova 9 yanvar 2009-cu ildə, 92 yaşında Parisdə dünyasını dəyişib.
Mənbə Vikipediya
Oxşar postlar:
- Oxunub: 1 096
- Şərhlər: 0
- Bölmə: Qadın / Ana / Məşhur qadınlar
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
"...Amma hamını həmişə aldatmaq olmaz” ( II yazı)
"...Amma hamını həmişə aldatmaq olmaz” ( I yazı)
"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)
Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov
Mənim Tanrım gözəllikdir, sevgidir
Yağışın yaratdığı əsrarəngiz lövhələr
" Yenə də çiçəkdi, güldü bu dünya "
Bu dadlı nemətləri qoyub, insanlar spirtli içkilər niyə içsin?
Həqiqi demokrat olmayanlar demokratiya adından danışa bilməzlər
İnsanlığa qarşı həqarət işlətmiş ölkə - Belçika
Yazarlar