» » Mənalı ömür yolu

Mənalı ömür yolu

Mənalı ömür yolu
"Biz hamımız dinamik inkişaf edən ölkəmizin irimiqyaslı iqtisadi layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərlə haqlı olaraq fəxr edirik. Bu tərəqqinin bəhrələri respublikamızın hər bir guşəsində özünü aydın hiss etdirir. Həmin nailiyyətlərdə Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini və simasını müəyyən edir".
İlham Əliyev
 Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanın ictimai-siyasi və mədəni həyatında şərəfli iz qoymuş yüzlərlə bu cür qadın şəxsiyyətlərimiz olmuş və bu gün də var. Onlardan biri də AR-nın Mənalı ömür yoluƏməkdar müəllimi, musiqişünas, Bakı Musiqi Akademiyasının professoru, uzun müddət Azərbaycan Respublikası MTN-nin ixtisaslaşdırılmış orta musiqi məktəbinin direktoru işləmiş  Nahidə-Leyla Səid qızı Məmmədovadır.
Nahidə-Leyla Məmmədova 27 iyul 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə bitirmişdir.
Nahidə-Leyla xanım 1960-cı ildən Milli Təhlükəsizlik Nazirliyinin orta ixtisas müsiqi məktəbində müəllim işləmiş N.Məmmədova, 1967-ci ildən 2016-cı ilə kimi bu təhsil ocağının direktoru olub. Əvvəllər kurs kimi fəaliyyət göstərmiş bu məktəb məhz Heydər Əliyevin təşəbbüsü ilə 1967-ci ildə orta ixtisas musiqi məktəbi statusunu almış və onun məsləhəti ilə də N.Məmmədova bu təhsil ocağına direktor təyin olunmuşdur.
1972-ci ildən akı Musiqi Akademiyasının metodika və xüsusi pedaqoji hazırlıq kafedrasında da fəaliyyət göstərib. 1977-ci ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür. Təhsil Nazirliyinin nəzdindəki Vahid Elmi-Metodik Şurada musiqişünaslıq bölməsində sədr müavini, daha sonra üzvü kimi səmərəli fəaliyyət göstərmişdir. Musiqi müəllimlərinin hazırlanmasında böyük əməyi olan professor N.Məmmədova xüsusi pedoqoji hazırlıq fənnini böyük həvəs və məharətlə tədris edib. Bakı Musiqi Akademiyasında çalışan bir sıra dosent və müəllimlər də Naidə xanımın yetirmələridir.
1985-ci ildə Vilnus şəhərində keçirilmiş Ümumittifaq seminarda "Fortepiano sinfi üzrə yeni proqramın vacibliyi" məruzəsi ilə, 1986-cı ildə Lvov şəhərində keçirilmiş Ümumittifaq seminarda "Fortepiano əsərlərində səslənmə üzərində iş" məruzəsi ilə çıxış etmişdir.
N.Məmmədovanın təşəbbüsü və fəal iştirakı ilə 1989-cu ildə keçmiş SSRİ respublikaları arasında məhz Bakı Musiqi Akademiyasında "Xüsusi pedaqoji hazırlıq" tədris fənni açılaraq, ilk dəfə dövlət imtahanları keçirilməyə başlamışdır. 1990-1991-ci illərdə bu fənn üzrə dövlət imtahan komissiyasının sədri olmuşdur.
Nahidə xanım Azərbaycanda ilk dəfə olaraq "Fortepiano sinfi üzrə Proqram (I-XI siniflər)" dərsliyini hazırlamış, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində musiqi kafedrasının açılmasının təşəbbüskarı olmuş və burada tədris edilən ilk dərsliyin redaktoru olmuş, həmçinin müxtəlif vaxtlarda burada keçirilən elmi konfranslarda da uğurla çıxış etmişdir.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev, Sevil Əliyeva və digər tanınmış şəxslər də vaxtilə MTN-in orta ixtisas musiqi məktəbində Nahidə xanımın sinfində oxumuşlar.
N.Məmmədova Milli Təhlükəsizlik Nazirliyinin, eyni zamanda ölkənin müvafiq təhsil ocaqlarının professor-müəllim heyətinin dərin hörmət və rəğbətini qazanmışdır.

Soyağacı

Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın nəticəsidir.
Həyat yoldaşı: Yaşar Nazıyev professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimidir.
Oğlu: Ceyhun Nazıyev professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.
Ceyhun Nazıyev istilik fizikası sahəsində respublikada ən gənc elmlər doktorudur. O, 32 yaşında texnika elmləri doktoru dərəcəsinə layiq görülmüşdür.
Qızı: Zərəngiz Nazıyeva Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Mənalı ömür yolu
Mənbə: Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz