» » Uşaq və musiqi

Uşaq və musiqi

Uşaq və musiqi

Musiqi özünü ifadəetmə bacarığını, yaradıcılıq zövqünu və estetik duyğusunu inkişaf etdirir; səs və dil inkişafı ilə idraki düşünməyə kömək edir.
Uşaqda musiqi qabiliyyəti doğuşdan başlayır. Doğumundan etibarən səs uyarıcısına reaksiya verir. Ana və atasının ayaq səslərini tanıyır. Ağlamalarla və səs tonunu yüksəldib alçaldaraq xoşbəxtliyini və gərginliyini ifadə edər.
Bir çox mütəxəssislər uşaqların mahnı və zümzüməsini dinləyərək, onların orijinal rəqs və oyunlara uyma səylərini izləyərək bu qənaətə gəlmişlər ki, uşaqlar, doğrudanda uşaqlar musiqiyə qarşı doğuşdan həssas olurlar. Bu təbii qabiliyyət hər uşaqda vardır.
3-6 ay arası körpələr musiqini eşitdiyi qaynağa doğru dönməyə və bundan aldığı həzzi göstərməyə başlayır.
1 yaş uşağı hərəkətli bir musiqiyə, əlləri və səsləriylə iştirak etməyə çalışır. Oxşar musiqi parçası təkrarlananda, tanıyıb eyni hərəkətləri etməyi və eyni səsləri çıxarmağı öyrənir.

 

Uşaq və musiqi

2 yaşlı uşaq musiqi dinləməyi sevər və öz hərəkətlərini musiqidən qəbul etdiyi ritmə uyğunlaşdırma səyinə gedər.
3, 4, 5, yaşlarında uşaqların, spontan hərəkətlərlə reaksiya verməkdən çox musiqini oturaraq dinləməyə meyilli olurlar. Bu xüsusiyyət, məktəbəqədər yaşında olan uşağa dinləmə və səssiz qalma vərdişini da qazandırar. Uşaqların musiqiyə verdikləri reaksiyaları artan bir şəkildə mənimsəməkdə davam edər və bunu yaradıcı oyun şəklində, başqa sözlə, yoldaşlarıyla ictimai əlaqələr qurma (məsələn rəqs etmə) şəklində, geniş bir məzmunda zənginləçməyə doğru davam edər.
Məktəbəqədər dövr uşağı üçün musiqi və rəqs, özünü ifadə etmə vasitəsi olmaqlq bərabər, onun ictimai inkişafı üçün də əhəmiyyətli bir vasitədir. Çünki uşaq, musiqi yoldaşlığında yoldaşlarıyla daha asan bir ünsiyyətdə olmaq imkanına yiyələnir.

Musiqi və musiqi təhsili uşağa nə qazandırar?

Musiqi, əvvəlcə, mahnı və şeir vasitəsilə məktəbəqədər yaşlı uşaqların dil inkişafına öz töhfəsini verir. Bununla yanaşı davam edən musiqili tədbirlər yolu ilə uşağın yaradıcılığq qabiliyyəti formalaşır.
Musiqi zehni, ictimai bacarıq və qabiliyyətlərin inkişafına öz töhfəsini verir.
Musiqi təhsilinin, oxuma qabiliyyətinə də iştirak etdiyi açıqca görülməkdədir. Araşdırmalara görə, dərs ilinin başında və sonunda test yoxlamalarına əsasən, ibtidai təhsil şagirdlərindən musiqi təhsili alan uşaqların almayanlara nisbətlə daha yaxşı nəticələr əldə etdikləri üzə çıxmışdır. Edilən bir çox testin nəticəsində, notları doğru səsləndirən uşaqlarda, hərfləri doğru səsləndirmə nisbətinin daha yüksək olduğu məlum olmuşdur. Musiqi təhsilinin müsbət təsiri, eyni zamanda, öyrənmə və yaradıcılıqdan da özünü göstərməkdədir.

Uşaq və musiqi

Musiqi:
 
- özünü ifadə edə bilmə bacarığıdır və yaradıcılıq zövqünü inkişaf etdirir;
-estetik duyğusunu inkişaf etdirir;
-mühərrik inkişafı ilə ritmik inkişafını təmin edir;
-səs və dil inkişafına öz töhfəsini verir;
-idraki inkişafa və fantaziya yaranmasına kömək edir;
Sosial və qrup bacarıqları qazandırar.

Beləliklə, musiqi təhsilinin oxuma, fantaziya və yaradıcılığı əhatə edən idrak bacarıqların inkişafına yol açdığı, təkan verdiyi şəksizdir. Valideynlər öz övladlarının hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyət kimi formalaşması üçün, incəsənəti duya bilən, özü də yaradıcılığa meyil edən gənclər kimi yetişməsi üçün onların
ədəbi, mədəni zövqləri qayğısına da qalmağa borcludurlar.

Uşaq və musiqi

Uşaq və musiqi

 

Uşaq və musiqi 

Uşaq və musiqi 

 

Uşaq və musiqi

Müəllif: ÇağlaTuğba (Türkcədən tərcümə)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz