» » Kosmosa çıxan ilk müsəlman qadın - Anuşe Ənsari

Kosmosa çıxan ilk müsəlman qadın - Anuşe Ənsari

 
Kosmosa çıxan ilk müsəlman qadın  - Anuşe Ənsari
Bu, 2006-ci ildə Baş vermişdir. Əslən Cənubi Azərbaycandan olan Amerika vətəndaşı Anuşe Ənsari kosmos turizmi çərçivəsində kosmosa çıxan ilk müsəlman qadını olaraq tarixə düşmüşdür.
Anuşe Ənsari 1966-cı il sentyabr ayının 12-də   İranın Məşhəd şəhərində anadan olub, sonradan ata-anası ilə birgə Tehranda yaşayıb. 1984-cü ildə isə valideynləri istedadlı övladlarına daha mükəmməl təhsil verə bilmək üçün ABŞ-a köçüblər. Burada informatika və elektronika üzrə təhsil alan Anuşe Corc Vaşinqton Universitetində magistr dərəcəsi almağa nail olur. Sonra ABŞ-in məşhur rabitə və informasiya kompaniyası olan MCİ-də işləyir. Burada tanış olduğu Həmid Ənsari ilə ailə qurur. 1993-cü ildə Anuşe, Həmid və onun qardaşı Əmir Telecom "Technologies” kompaniyasını qururlar. Artıq 2006-cı ildə Anuşenin başında durduğu investisiya firması Rusiyanın federal kosmik agentliyi ilə kommersiya işləri üçün istifadə etmək məqsədilə suborbital kosmik gəmilər donanması yaratmaq barədə saziş bağlayır. Bundan sonra Anuşe artıq kosmosa uçuş barədə düşünür. O, 4-cü turist kosmonavt olacaq yapon biznesmeni Daysuke Enomoto ilə altenativ olur. Və sonda tibbi göstəricilərinə əsasən yapon iş adamına uçmaq qadağan edlir və Azərbaycan mənşəli qadın kosmik heyətin siyahısına salınır. Beləliklə, 18 sentyabr 2006-cı ildə Anuşe Ənsari bir rus və bir ingilislə birgə Baykonur kosmodromundan kosmosa qalxan ilk turist qadın kimi tarixə düşür. O, 11 günlük kosmik gəzintidən və elmi araşdırmalardan sonra uğurla Yerə dönür.
 

Kosmosa çıxan ilk müsəlman qadın  - Anuşe Ənsari

Kompüter şirkətin kompüter proqramları üzrə mütəxəssisi kimi çalışan Anuşe uçuşdan yalnız 9 il sonra mətbuata Aya səfərindən açıqlamalar verməyə başlamışdır. O, bildirmişdir ki, kainatdakı mövqeyimizi görmək məni çox təsir etdi.
Kosmosdan dünyaya baxanda nə qədər kiçik və aciz olduğumuzu daha yaxşı anladığını söyləyən Ənsari, Allahın yaratma sənətinə kosmosdan daha əhatəli şahidi olduğunu bildirib.
O, kosmosda Allahın bizə bəxş etdiyi möhtəşəm sistemin bir parçası olduğumuzu daha çox hiss etdiyindən bəri İslama daha çox yayıldığını da sözlərinə əlavə edib.
Kosmos yerdə ikən onun bəri ən böyük xəyallarından biri olduğunu deyən bu müsəlman qadın onun kimi xəyalları olan digər müsəlmanlar üçün də "əlini daşın altına qoymağa” hazır olduğunu qeyd etmişdir: "Xəyalları olan hər bir müsəlman üçün köməyə hazıram".
Kosmos xəyallarımnın gerçəkləşməsindən sonra İslama daha çox bağlandığını dilə gətirən Anuşe haqq din olan İslam dinini sevməyi və yaşatmağı tövsiyə etmişdir.

Kosmosa çıxan ilk müsəlman qadın  - Anuşe Ənsari

 

Qeyd: Yazı internet məlumatları əsasında hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: İstifadəçi/Oxucu
  • Qeydiyyat: 30.09.2017
  • Status: offline
  • Şərhləri: 22
  • Məqalələri: 0
^
Есть в интеренете русский фильм Крым. классный, искренний, совету посмотреть целой семьёй, во гиперссылка скачать кинокартину КРЫМ ЗДЕСЬ

--------------------
  • Нравится
  • 0