» » Liza xanım Muxtarova

Liza xanım Muxtarova

Liza xanım  Muxtarova
Liza xanım Muxtarova (Tuqanova) 1865- ci ilə Rusiyanın Vladiqafqaz şəhərində anadan olub: general Hambi Tuqanovun ortancıl qızı idi. M. Muxtarov Vladiqafqaza səfəri zamanı orada Liza xanım ilə rastlaşmış və onunla evlənməyə qərar vermişdi.
Murtuza Muxtarovun elçilik mərasimləri çoxç dəbdəbəli və təmtəraqlı keçmiş, toy mərasimləri 7 gün, 7 gecə davam etmişdir. Daha sonra onlar Avropaya toy səyahətinə çıxmışlar. Cütlük Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. "Belə bir binada yaşayanlar necə xoşbəxtdirlər!” - deyərək Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir. Bakıya qayıtdıqdan sonra bakılı milyonçu Venesiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən çertiyojları gətizdirir. 1912-ci ildə binanın tikintisi başa çatır. Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadın, binanın qarşısında qulluqçılarının onları qarşıladığını görüncə və sarayın ona bağışlandığını eşidincə, sevincinin həddi-hüdudu olmur. Murtuza Muxtarov xanımı ilə bu sarayda 1920-ci ilə qədər yaşayır. Sarayın hər sütunu, tağları, buta və gülləri, pəncərə və qapıları, bəzəklərinin hamısı təkrarolunmaz sənət əsəri, memarlıq incisidir. Sarayı arxitektor Ploşko fransız qotik üslubunda layihələşdirib. Onun iç interyeri də çox gözəldir. İndi bu binanı"Səadət” sarayı adlandırırlar.

Liza xanım  Muxtarova
Ailə xoşbəxtliyi Murtuza Muxtarovu böyük xeyriyyə işlərinə ruhlandırır. Bakıda və şəhər kənarında, Rusiya və Avropa şəhərlərində onun vəsaiti hesabına tikilən bir çox binalar bugün də Muxtarovun adını yaşadır. Onun 1910-cu ildə Əmircanda tikdirdiyi məscid indiyədək öz möhtəşəm memarlığı ilə görənləri heyran qoyur. Abşerondakı mayak, Kislovodskvə Florensiya şəhərlərində bir sıra binalar da Muxtarovun vəsaiti hesabına tikilib. Muxtarov xeyriyyə cəmiyyətlərinin işində fəal iştirak edir, yoxsullara maddi yardım göstərməyə xəsislik etmirdi. Bəxtəvər həyat yoldaşı da Murtuza Muxtarovun xeyirxah əməllərində ərinə kömək edirdi. 1914-cü ildəyaradılan Bakı Qadın Xeyriyyə Cəmiyyətinə Liza xanım Muxtarova başçılıq edirdi. O, eyni zamanda vərəmlə mübarizə üzrə Qafqaz cəmiyyəti Bakı şöbəsinin idarə heyətinin üzvü idi. 1913-cü ildə təşkil edilmiş "Uşaq xəstəxanası” xeyriyyə cəmiyyətinin ən fəal üzvlərindən olan Liza xanım Bakıda məxsusi uşaq müalicəxanasının yaradılmasına dayardım göstərmişdi. Onun maarifçilikvə tərbiyəçilik fəaliyyəti dahageniş idi. Öz övladı olmayan Liza xanım dəbdəbəli sarayında pansion yaratmışdı, yetim və yoxsul ailələrdə böyüyən qızlar burada təlim-tərbiyə alırdılar. "Murtuza Muxtarov” Səhmdar Cəmiyyəti idarə heyətinin üzvü olan Liza xanım "Nicat» BakıMüsəlman Xeyriyyə Cəmiyyətinə də dəstək verirdi. Qala kəndində Murtuza Muxtarovun Qadın Müsəlman Xeyriyyə Cəmiyyətinə bağışladığı torpaq sahəsinin (1 desyatin 2200 kv. sajın,təxminən 2,5 hektar) planı cızılmış sənədlər indiyədək qalır.
1910-1914-cü illərdə Rəhilə Hacıbababəyovanın təşəbbüsü ilə qızlar üçün 2 sinifli ibtidai məktəb açılır. Liza Muxtarova 1914-cü ildə Hənifə Zərdabinin (1908-ci ildə) təşkil etdiyi ilk qadın xeyriyyə cəmiyyəti əsasında Bakı "Qadın Xeyriyyə Cəmiyyəti"ni yaradır. Cəmiyyətin fəaliyyətində Ismət Aşurbəyova, Pəri Topçubaşova, Sürəyya Axundova kimi ziyalı qadınlar iştirak edir.
Tədqiqatçılar bildirir ki, tanınmış zadəgan ailəsindən çıxmış Tuqanova-Muxtarovanın adı Azərbaycanda məşhur adamların xeyriyyəçilik fəaliyyətindən söhbət açan məşhur Bakı qəzetlərinin səhifələrində tez-tez çəkilirdi.
 
Liza xanım  Muxtarova
Liza Tuqanova-Muxtarova üçün məhz pedaqoji, maarifçilik fəaliyyəti əsas idi. O, özünün Persidski küçəsindəki (indiki M.Muxtarov küçəsi) möhtəşəm sarayında yetim müsəlman qızlar üçün özünəməxsus pansionat təşkil etmişdi. Cəmiyyətin bütün məsələləri, görüləcək işlər onun evində müzakirə olunur, məhz onun təşəbbüsü ilə tez-tez mədəni tədbirlər həyata keçirilirdi. Bundan başqa, qız məktəbində tamaşalar təşkil edir, qızlara ana qayğısı ilə yanaşırdı. Təəssüf ki, Liza xanımın taleyi ilə neft maqnatlarının taleyi kimi acı sonluqla bitdi. İzi qürbətdə, mühacirətdə itdi. Muxtarovun ölümündən sonra həyat yoldaşı Liza xanım bir müddət sarayın qonşuluğunda yerləşən evlərdən birinin zirzəmisində yaşayır. Xaricə qaçmaq məqsədi ilə saxta olsa da bir Türk paşasına ərə gedib Türkiyəyə qaçır və zənn edir ki, xilas oldu, amma onun məşəqqətli həyatı sonradan başlayır.
Qarşıdan isə 1920-ci ilin apreli gəlirdi… Bakının azərbaycanlılar yaşayan məhəllələrində törətdikləri qətllərdən, qarətlərdən sonra erməni bolşevik dəstələri Muxtarovların evinə çatırlar. Evinin astanasında silahlı qəsbkarlarla qarşılaşan Muxtarov əvvəlcə onlara atəş açır, sonrada tapançanın lüləsini öz alnına dirəyir… Bəs Liza xanımın taleyi necə oldu? Əvvəlcə bolşeviklər onu öz evinin zirzəmisində yaşamağa məcbur edirlər. Sonra isə... Fuad Axundov yazır: "Sara xanım Aşurbəyli danışardıki, o, anası İsmət xanımla birlikd əLiza xanıma baş çəkər, ona azacıqda olsa kömək edərmişlər. Lakin Bakıda qalmaq getdikcə çətinləşirdi. Təhlükədən yaxa qurtarıb mühacirət etmək məqsədi ilə bir türk diplomatı ilə saxta nikah bağlayan Liza xanım İstanbula gedir. Lakin burada da bəxti gətirmir. Yol yoldaşı onu aldadaraq son varidatını da əlindən alır və aradan çıxır".
Bəzi məlumatlara görə, Liza xanım Muxtarova 1956-cıilədək İstanbulda yaşayıb. Amma necə vəfat edib, necə dəfn edilib, bu haqda məlumat yoxdur.
Digər bir mənbədə isə bildirilir ki, Liza xanım 1950-ci illərdə Parisdə vəfat edir, lakin burada da onun məzarının yerləşdiyi yer barədə heç bir məlumat yoxdur, çünki Liza xanım xaricə qaçdıqdan sonra yaxınları ilə əlaqə saxlamayıb, hətta məktub da yazmırmış.

Liza xanım  Muxtarova
Mənbə: 1.Vikipediya 
2.Sabir Gəncəli; Hər sətirdə bir tarix; Bakı-1994
3.https://ok.ru/bilirsenmi/topic/64285175275613

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Есть уже в инете русский фильм Крым. классный, душевный, нужно посмотреть целой семьёй, вот ссылка глядеть кинофильм КРЫМ ЗДЕСЬ
  • Нравится
  • 0