» » Ziyalı qadın, ictimai xadim

Ziyalı qadın, ictimai xadim

 
Ziyalı qadın, ictimai xadim

Mina xanım Talışinskaya XIX əsrin sonları, XXI əsrin əvvəllərində yaşamış ilk maarifpərvər Azərbaycan qadınlarından biridir.

Zadəgan ailəsində böyümüş, dövrünə görə yaxşı təhsil görmüşdür. O, Tiflisin mədəni həyatında fəal  iştirak edir, Azərbaycan qadınlarının maariflənməsi üçün əlindən gələni əsirgəmirdi. Nəcibliyi və xeyirxahlığı ilə hörmət  qazanmışdı.

Nisa xanım Qafqaz  Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin ilk yaradıcılarından və xəzinədarı olmuşdur.

 Nisa xanım 1914-cü ildə vəfat etmişdir. Onun vəfatı  Tiflisin bütün qabaqcıl dünyagörüşlü insanlarını dərindən sarsıtmışdı. Bu itkiyə heyfslənən böyük demokrat Cəlil Məmmədquluzadə  "Molla Nəsrəddin” jurnalında  Mina xanımın vəfatı ilə əlaqədar onun şəkli ilə birlikdə nekroloq vermişdir. Bu, müsəlman aləmində görünməmiş , həm də çox cəsarətli bir təşəbbüs idi.

Ziyalı qadın, ictimai xadim

Qadən azadlığının alovlu carçısı, qadınların   təhsil almalarını, elmə yiyələnmələrini bütövlükdə mədəniyyətə qovuşmalarını təbliğ edən "Molla Nəsrəddin” bununla cəhalətpərəstlərə çox ciddi zərbə vurdu. Bir satirik jurnalın belə hərəkət etməsi təşəbbüs kimi  dövei mətbuatımızn   digər mühərrirləri üçün də  bir nümunə və əsl örnək idi.

 Budur, həmin nekroloq və şəkil:

Təəssüf

Hərçənd ki,  təsəttür nisvan tərəfdarlarının  acığına gələcək, amma biz bu günlərdə  Tiflisdə vəfat eləyən Mina xanım Talışinskayanın  əksiynən məcmuəmizi  zinətləndirməyi özümüzə fəxarət hesab edirik.

Mina xanım Tiflisdəki arvad cəmiyyəti xeyriyyənin  banilərindən və çalışqan  üzvlərindən idi. Hər cür xeyir işlərdən  və  maarif yolunda fədakarlıqdan  geri durmazdı. Nə qədər ki,  Qafqazda minlərcə oxumuş bu cür tərbiyəli, ismətli analar və millətimin  qeydinə qalan xanımlar vücuda gəlməyib, biz Mina xanım kimi  mehriban xanımların  bu cür vaxtsız əlimizdən getməyini Qafqaz müsəlmanlarından ötəri milli bədbəxtçilik hesab edəcəyik.

"Molla Nəsrəddin”

1914-cü il, 29 yanvar,  №3 

Mənbə:1. Sabir Gəncəli; Hər sətirdə bir tarix; Bakı-1994; 2. Vikipediya  

Ziyalı qadın, ictimai xadim 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz